/ / ABŞ Dövlət Departamentinin 2013-cü il üzrə Azərbaycanda insan hüquqlarına dair hesabatı qərəzli səciyyə daşıyır
ABŞ Dövlət Departamentinin 2013-cü il üzrə Azərbaycanda insan hüquqlarına dair hesabatı qərəzli səciyyə daşıyır
05.03.2014 [09:40]
“ABŞ Dövlət Departamentinin 2013-cü il üzrə Azərbaycanda insan hüquqlarına dair hesabatı qərəzli səciyyə daşıyır”. Bu sözləri AzərTAc-a müsahibəsində Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib:
- ABŞ Dövlət Departamentinin 2013-cü il üzrə Azərbaycanda insan hüquqlarına dair hesabatını necə şərh edərdiniz?
- ABŞ Dövlət Departamentinin 2013-cü il üzrə Azərbaycanda insan hüquqlarına dair hesabatı ötən illərdə olduğu kimi, ölkədə insan hüquqları və demokratiyanın real vəziyyətindən tam fərqli bir mənzərə təqdim etməklə qərəzli səciyyə daşıyır.
Müxtəlif şübhəli mənbələrdən irəli sürülən və subyektiv mülahizələr üzərində qurulduğu aydın olan əsassız ittihamları özündə əks etdirən sənəd obyektivlikdən tam uzaqdır, onu hazırlayanlar Azərbaycanın dövlət və hökumət qurumları ilə heç bir əməkdaşlıq əlaqəsi qurmamışlar. Dövlət qurumlarımız ötən illərin təcrübəsindən çıxış edərək və ABŞ tərəfini növbəti qeyri-obyektiv və metodoloji baxımdan qüsurlarla dolu dəyərləndirmə sənədinin dərc edilməsindən çəkindirmək üçün əvvəlki bənzər hesabatlarla bağlı şərhlərini ABŞ Dövlət Departamentinə təqdim etmişdir. Təəssüf ki, nə bu şərhlər, nə də hesabatın əhatə etdiyi dövrdə Azərbaycan hökuməti tərəfindən ölkədə insan hüquqlarının qorunmasının təkmilləşdirilməsi istiqamətində atılan mühüm qanunvericilik və praktiki addımlar sənəddə nəzərə alınmamışdır.
- İnsan hüquqlarının qorunması üzrə beynəlxalq təsisatlar, xüsusilə, BMT-nin İnsan Hüquqları Şurası mövcud olduğu halda, ABŞ Dövlət Departamentinin birtərəfli qaydada dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair şərh verməsi nə dərəcədə düzgündür?
- ABŞ Dövlət Departamentinin dünya ölkələrində insan hüquqları vəziyyətini dəyərləndirən hesabatlar dərc etməsi təcrübəsinin özünü doğrultmadığı aydındır. Əgər bu zaman güdülən məqsəd həqiqətən də dünyada insan hüquqları durumunun yaxşılaşdırılmasından ibarətdirsə, biz ABŞ tərəfini insan hüquqları üzrə beynəlxalq mexanizmlərin təkmilləşdirilməsinə daha çox səy göstərməyə çağırırıq.
Ölkədə güclü və səmərəli insan hüquqlarının müdafiəsi sistemi qurmağa müvəffəq olmuş Azərbaycana münasibətdə belə bir qərəzli sənədin yayılması ona siyasi təzyiq göstərilməsi cəhdlərindən başqa bir şey deyildir.
- Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonun işğalına münasibətdə hesabatda bu ərazilərin Ermənistanın dəstəyi ilə separatçıların “nəzarətində” olduğu yazılır.
- Nəzərə almaq lazımdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi ABŞ-ın iştirakı ilə qəbul edilmiş BMT TŞ-nin 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi və suverenliyinin pozulması faktları öz əksini tapmışdır.
ABŞ tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin toxunulmazlığının dəstəklənməsi dəfələrlə ifadə olunmuşdur. Ümidvarıq ki, növbəti hesabatda ABŞ Azərbaycan ərazilərinin işğalı və təcavüz faktını qeyd etməkdən çəkinməyəcəkdir.
Digər vacib məqam ondan ibarətdir ki, ən elementar hüquqlardan belə məhrum olmuş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının pozulmasının əsl səbəblərindən niyyətli şəkildə bəhs edilmir.
- Ukraynada baş verən son hadisələrlə bağlı nə deyə bilərsiniz?
- Azərbaycan Ukraynadakı vəziyyətin ölkə daxilindəki bütün siyasi qüvvələrin dialoqu və konstruktiv əməkdaşlığı, həmçinin maraqlı tərəfdaş dövlətlərlə birgə fəaliyyət vasitəsilə həllinin tərəfdarıdır.
Azərbaycan, həmçinin Ukraynada sabitliyin, əmin-amanlığın və milli birliyin bərqərar olması prosesinə ciddi xələl yetirən radikalizm və ekstremizmin qarşısının alınmasına çağırır və Ukraynanın konstitusiyası əsasında ölkədəki vəziyyətin tezliklə sabitləşdirilməsinin tərəfdarıdır.
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19

