“Human Rights Watch” ölkəmizə qarşı qərəzli mövqeyini davam etdirir
24.01.2014 [08:53]
Məlum olduğu kimi, mənzil-qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən “Human Rights Watch” təşkilatı yanvarın 21-də özünün növbəti, sayca 24-cü illik hesabatını yayıb. Və radikal müxalifət mətbuatı dərhal “2014-cü il Dünya Hesabatı:Suriyada dinc əhaliyə qarşı nəzarətsiz müharibə” başlıqlı, 667 səhifəlik hesabatda, guya Azərbaycan hakimiyyəti ilə bağlı kəskin tənqidi fikirlərin yer aldığına dair məlumat yayıb. Lakin məsələ burasındadır ki, “Human Rights Watch” təşkilatının rəsmi saytının (http://www.hrw.org/ru) rus dilində olan versiyasında həmin hesabatın əsas məqamları barədə məlumat yerləşdirilib. Yəni, hesabatın adından da göründüyu kimi, burada əsas diqqət ötən il Suriyada baş verən hadisələrə yönəldilib, İran və “Hizbullah”ın Bəşər Əsəd rejiminə dəstək verməsi tənqid olunub. 2013-cü ilin əsas tendensiyaları sırasında bir çox hakimiyyətlərin sözdə demokratiyanı dəstəklədiyi halda, praktiki olaraq insan hüquqlarının qorunmasına əməl etmədikləri qabardılıb. Bunların sırasında Misir və Birmadakı yeni hökumətlərin demokratitik dəyərlərdən çox uzaq olduğu, Şimali Koreya və Şri-Lankada insan hüquqlarının kobud şəkildə pozulması haqqında və s. məlumatlar öz əksini tapıb.
Beləliklə, burada qaranlıq bir məqam üzə çıxır. Daha dəqiq desək, sözügedən hesabatın xülasəsində ölkəmizin adının keçmədiyi halda, hesabatda “Azərbaycanda insan hüquq və azadlıqlarının pozulması”na dair məlumatların əks olunması haqqında informasiyanın radikal müxalifət mətbuatında dərhal peyda olması heç də təsadüfi sayıla bilməz.
Daha doğrusu, radikal müxalifət mətbuatının bu “uzaqgörənliyinin” nədən qaynaqlandığını bilmək üçün bəzi detalları xatırlatmaq kifayət edir. Belə ki, bir qayda olaraq, okeanın o tayında , antimilli qüvvələr tərəfindən maliyyələşdirilən bütün QHT-lər kimi, “Human Rights Watch” təşkilatının “hesabatları” da “sapı özümüzdən olan baltalar”-müxalifyönlü yerli QHT-lər tərəfindən okeanın o tayına “send” edilən donoslara istinadən hazırlanır. Başqa sözlə, radikal müxalifət mətbəxində hazırlanan həmin “hesabatlar”, “nüfuzlu xarici beynəlxalq təşkilatların hesabatları” adı altında müxalifyönlü mətbu orqanlar tərəfindən təkrar ölkə ictimaiyyətinə sırınır.
Yəni, bu baxımdan “2014-cü il Dünya Hesabatı: Suriyada dinc əhaliyə qarşı nəzarətsiz müharibə” başlıqlı , 667 səhifəlik həmin hesabatda, Azərbaycanla bağlı hansısa “məqamlar”ın özünə yer alması gözlənilməz deyil. Çünki, ötən il Azərbaycanda prezident seçkisi ili idi. Və antimilli mərkəzlər tərəfindən maliyyələşdirilən “Human Rights Watch” kimi “QHT”lərin çox canfəşanlıq etmələrinə rəğmən, Azərbaycan xalqı öz doğru seçimini etdi - ölkədəki sabitliyi və inkişafı dəstəklədi və cənab İlham Əliyevi növbəti 5 il müddətinə ölkə başçısı görmək arzusunu ifadə etdi. Təbii ki, bu seçim “Human Rights Watch” kimi bir çox xarici təşkilatların arzusunu gözlərində qoydu. Odur ki, Azərbaycan hakimiyyətinin ünvanına belə böhtan xarakterli yazıların, “hesabatlar”ın hələ çox yazılacağı heç də istisna deyil.
Öz növbəsində məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisinin deputatı Aydın Mirzəzadə jurnalistlərə müsahibəsində radikal müxalifət mətbuatında yer alan məqamlara toxunaraq, sözügedən hesabatı Azərbaycana qarşı növbəti saxtakarlıq və böhtan adlandırıb. “Hesabatda, guya, Azərbaycan hakimiyyətinin onlarla siyasi fəalı saxta ittihamlarla həbsə atdığı, tənqidi əhval-ruhiyyəli jurnalistləri tutdurduğu, bir neçə dinc ictimai nümayişlərin dağıdıldığı iddia edilir. Təşkilatın müdafiə etdiyi “siyasi fəallara” qarşı ittihamların məhkəmə prosesində öz təsdiqini tapdığı, onların Azərbaycan qanunlarına qarşı bilərəkdən hörmətsizliyi faktının mövcudluğuna isə “Human Rights Watch” göz yumur və hesabatında yada salmır. Tənqidi əhval-ruhiyyəli jurnalistlərin isə açıq şəkildə hökuməti tənqid etdikləri, buna baxmayaraq hətta dövlət hesabına tikilən binadan mənzil almaları isə xarici QHT-ni qətiyyən maraqlandırmır. Hesabatda, həmçinin, guya, bir neçə siyasi fəalın həbs edildiyi xüsusi ilə vurğulanır. Ancaq REAL hərəkatının həmsədri İlqar Məmmədovun, Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublunun ötən ilin əvvəlində İsmayıllı şəhərindəki hadisələr zamanı insanaları iğtişaşa çağırış etməsi “Human Rights Watch”ı qətiyyən maraqlandırmır. Hansısa hadisəni yarımçıq, faktları saxtalaşdırmaqla təqdim etmək bu təşkilatın adi fəaliyyət normasına çevrilibdir”, - deyə Aydın Mirzəzadə vurğulayıb.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan növbəti dəfə xarici QHT-nin böhtanı və saxtakarlığı ilə rastlaşır: “Bu birinci dəfə deyildir, müstəqilliyimizin bütün illərində təşkilat ölkəmizə, müstəqilliyimizə qarşı qərəzli mövqe tutur. Bunun siyasi sifariş olduğuna, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun aşağı salınması üçün növbəti cəhd olduğu aşıq-aşkar hiss edilir”.
Bir sözlə, göründüyü kimi, antimilli qüvvələr tərəfindən maliyyələşən xarici QHT-lərin bir qayda olaraq hazırladıqları “hesabatlar”, əsasən, Azərbaycan haqda dünyada mənfi imic formalaşdırmağa yönəlir. Lakin həmin antimilli qüvvələr unudurlar ki, bu gün Azərbaycan artıq 20 il əvvəlki ölkə deyil. Hazırda Azərbaycan dünyada söz sahibi olan, regionun lider dövlətidir. Və bu cür böhtan, uydurma məlumatlarla dövlətimizin beynəlxalq imicinə zərbə vurmaq mümkün olmayacaq.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50

