/ / Almaniyanın Bad Zalçuflen şəhərində 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anma mərasimi keçirilib
Almaniyanın Bad Zalçuflen şəhərində 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anma mərasimi keçirilib
17.01.2014 [10:16]
Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri kimi daxil olmuş, eyni zamanda, xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə kimi yazılmış, azadlığımız, müstəqilliyimiz uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilmiş Qanlı Yanvar hadisələrindən 24 il keçir.
Xəbər verildiyi kimi, bununla əlaqədar Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” barədə sərəncam imzalayıb. Bu sənədə əsasən, ölkənin bütün şəhər və rayonlarında 20 Yanvar hadisələri ilə bağlı toplantı, konfransların təşkil edilməsi, o cümlədən diaspor təşkilatları və qurumları tərəfindən xarici ölkələrdə tədbirlərin keçirilməsi planlaşdırılır.
Bu tədbirlər planı rəhbər tutularaq Almaniyanın Bad Zalçuflen şəhərində 20 Yanvar faciəsinin 24-cü ildönümü münasibətilə faciə qurbanlarının xatirəsini anma mərasimi keçirilib. Almaniyanın Nordreyn-Vestfalen federal əyalətində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin dəstəyi ilə təşkil edilmiş bu tədbirdə Hannover, Hamburq, Minden, Herford və Almaniya Federativ Respublikasının digər şəhərlərindən gəlmiş 120-dən çox həmvətənimiz, türk və alman qonaqlar iştirak ediblər.
Tədbir çərçivəsində qanlı 20 Yanvar hadisələrini əks etdirən fotosərgi təşkil edilib, Azərbaycan, Türkiyə və Almaniyanın dövlət bayraqları endirilib.
Anma mərasiminin təşkilatçısı, Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Təranə Tağıyeva gecəni giriş sözü ilə açaraq Nordreyn-Vestfalen federal əyalətində məskunlaşmış Azərbaycan icması adından tədbir iştirakçılarını salamlayıb.
20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbirin aparıcısı Etibar Qəniyev xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar hadisələrini doğuran səbəblər, bu faciənin Azərbaycan milli-azadlıq hərəkatında yeri və rolu haqqında ətraflı məlumat verib. Bildirib ki, keçmiş SSRİ rəhbərlərinin göstərişinə əsasən, həyata keçirilmiş xüsusi hərbi əməliyyat nəticəsində bir neçə istiqamətdən Bakıya daxil olan silahlı qoşunlar milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 137 nəfər silahsız mülki şəxsi amansızcasına öldürüb, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 744 dinc, günahsız insan yaralanıb, yüzlərlə adam itkin düşüb, 841 nəfər qanunsuz həbs edilib.
E.Qəniyev sözünə davam edərək bildirib ki, həmin vaxt Moskvada yaşayan Ümummilli liderimiz Heydər Əliyev qətliamdan bir gün sonra, 1990-cı il yanvarın 21-də həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlib, baş vermiş faciə ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib. Ümummilli liderimiz mətbuat konfransı keçirərək sabiq SSRİ prezidenti M.Qorbaçov başda olmaqla bütün hakimiyyət nümayəndələrini cinayətkar adlandırıb, günahkarların cəzalandırılmasını tələb edib və bu vəhşiliyə etiraz əlaməti olaraq Kommunist Partiyası sıralarından çıxdığını bəyan edib.
Daha sonra Bielefeld şəhərindəki Göy məscidin axundu, ilahiyyatçı Elşən İsmayıllı islam dininin müqəddəs kitabı olan Qurani-Kərimdən surələr oxuyub, Fatihə surəsi ilə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda şəhid olanların ruhunu yad edib.
Anma mərasimində iştirak edən ağsaqqal Ramazan Məmmədov xalqın haqq işinin müdafiəsi uğrunda Bakı şəhərinin küçələrinə çıxmış dinc əhalinin qəddarcasına qətlə yetirilməsi, şahidi olduğu hadisələr haqqında ürək ağrısı ilə öz xatirələrini həmvətənləri ilə bölüşüb, şəhidlərimizə həsr edilmiş şeirini oxuyub.
Bielefeld şəhərindən gəlmiş İsmayıl Nefis bütün türk dünyasının faciəsinə çevrilən qanlı 20 Yanvar hadisələri ərəfəsində Azərbaycanda və eləcə də keçmiş SSRİ-də mövcud ictimai-siyasi vəziyyət barədə çıxış edib.
Ulu öndərimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” müdrik kəlamını xatırladan iş adamı Adem Yavuz Tumay Azərbaycan diasporu ilə türk diaspor təşkilatlarının sıx birliyinin belə matəm günlərində mübariz təzahürünü vurğulayıb.
1980-cı illərin sonlarında Azərbaycanda ictimai-siyasi vəziyyətin kəskinləşməsinin əsas səbəblərindən biri kimi də Ermənistanın Azərbaycan qarşı ərazi iddiaları ilə çıxış etməsinin vurğulandığı mərasimdə Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması ilə bağlı bəyanatı iştirakçıların diqqətinə çatdırılıb: “Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”.
Nordreyn-Vestfalen Alman-Azərbaycan Cəmiyyəti idarə heyətinin üzvü Faiq Məmmədov sovet imperiyasına məxsus hərbi birləşmələrin 1990-cı ilin yanvar ayında Bakıda, Cəlilabadda, Lənkəranda və digər rayonlarda Azərbaycan xalqına qarşı törətdiyi cinayətin misli görünməmiş bir vəhşilik olduğunu vurğulayıb, sözünü Ümumxalq Hüzn gününə həsr edilmiş şeiri ilə bitirib.
Daha sonra 20 Yanvar hadisələri ətrafında geniş diskussiya və fikir mübadiləsi aparılıb, məruzəçilər tərəfindən tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Anma mərasimində şəhidlərin xatirəsinə ehsan verilib.
Tədbirin sonunda Nordreyn-Vestfalen Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Təranə Tağıyeva xalqımızın kədərinə şərik olduqlarına görə iştirakçılara təşəkkürünü bildirib, qarşıda duran vəzifələr, o cümlədən fevral ayında Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilib və Bielefeld şəhərində keçiriləcək yürüş haqqında həmvətənlərimizi məlumatlandırıb və onları yekdilliklə bu aksiyaya qoşulmağa dəvət edib.
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51

