Siyasi əlaqələrin inkişafında parlament diplomatiyası...
07.05.2026 [11:58]
Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində güclü və nüfuzlu dövlət kimi tanınır. Ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında isə uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Azərbaycan bu gün nəinki bölgə çərçivəsində, artıq dünya miqyasında etibarlı tərəfdaş, güclü ölkə kimi tanınır. Cənubi Qafqaz geosiyasi məkanında lider dövlət kimi çıxış edən ölkəmiz özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun inkişafına mühüm töhfələr verir. Azərbaycanın fəal xarici siyasəti, həmçinin davamlı inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən qlobal mərkəzlərindən birinə çevirməkdədir.
Qeyd edək ki, ölkəmizin beynəlxalq əlaqələrinin inkişafında Azərbaycan parlamentinin də xüsusi rolu var. Başqa sözlə, parlament diplomatiyası dövlətimizin xarici siyasət kursunda mühüm yer tutur. Bu baxımdan, Milli Məclisin beynəlxalq fəaliyyəti xüsusi qeyd olunmalıdır. Məlumdur ki, Milli Məclis bir sıra beynəlxalq təşkilatlarda təmsil olunur, eləcə də bir çox ölkələrin parlamentləri ilə dostluq qrupları fəaliyyət göstərir. Əlbəttə, parlament çox mühüm hakimiyyət qoludur və onun işində beynəlxalq fəaliyyət xüsusi yer tutur. Parlamentarilər beynəlxalq miqyasda Azərbaycan həqiqətlərinin təbliği istiqamətində öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar.
Milli Məclisin fəal əməkdaşlıq etdiyi təşkilatlardan biri də Parlamentlərarası İttifaqdır. Son illər Azərbaycan bu təşkilatla əməkdaşlığı daha da gücləndirib, parlamentarilər qurumun işində daha fəal iştirak edirlər. Bugünlərdə Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun ölkəmizə səfəri də qarşılıqlı əməkdaşlığın inkişafının göstəricisidir. Yeri gəlmişkən, mayın 5-də Azərbaycan Prezidenti İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edib. Söhbət zamanı dövlətimizin başçısının Martin Çunqonqla görüşləri məmnunluqla xatırlanıb. Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı əldə edilmiş nailiyyətlər, həmçinin ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası münasibətilə Prezident İlham Əliyevi təbrik edib.
Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirib. Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında Vaşinqtonda sülh gündəliyi ilə bağlı əldə olunmuş nailiyyətləri qeyd edərək, ölkələrimiz arasında artıq iqtisadi-ticari münasibətlərin başladığını və Azərbaycanın birtərəfli qaydada Ermənistana gedən tranzit yüklər üzərindəki məhdudiyyəti aradan qaldırdığını bildirib.
Görüşdə Azərbaycan Prezidentinin Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilmiş “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında iştirakı iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində tarixi hadisə kimi qiymətləndirilib. Dövlət başçısı Parlamentlərarası İttifaqın Azərbaycanla Ermənistan arasında parlament üzrə dialoqun, eyni zamanda, Azərbaycan və Ermənistan parlament sədrlərinin sülh prosesinin müzakirəsi üçün mütəmadi görüşlərinin keçirilməsinə şəraitin yaradılmasında rolunu müsbət dəyərləndirib.
Söhbət zamanı Azərbaycanla Parlamentlərarası İttifaq arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi də qeyd olunub. Baş katib Azərbaycanın Parlamentlərarası İttifaqın işində fəal iştirak etdiyini deyərək, ölkəmizin parlamentlərarası dialoqa verdiyi töhfəyə toxunub.
Görüşdə, həmçinin işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, həmçinin Azərbaycanın mina problemindən əziyyət çəkməsi, minaların mülki insanlara və quruculuq prosesinə törətdiyi maneələr vurğulanıb, əməkdaşlığın mövcud vəziyyəti, əlaqələrin perspektivləri və parlamentlərarası dialoqun inkişafı ətrafında fikir mübadiləsi aparılıb.
Səfər zamanı təşkilatın rəhbəri Milli Məclisin sədri Sahibə Qafaraova ilə də görüşüb, eləcə də, Ulu Öndər Heydər Əliyevin məzarını və Zəfər parkını ziyarət edib. Baş katib jurnlistlərə açıqlamasında Milli Məclisin sədri və deputatları ilə çox səmərəli müzakirələr apardığını vurğulayaraq deyib: “Biz iki qurum - PAİ və Milli Məclis arasında əməkdaşlığı müzakirə etdik və bu münasibətlərin sabit, uğurlu olduğu barədə razılığa gəldik. Biz müxtəlif sahələrdə əməkdaşlığı davam etdirmək və möhkəmləndirmək əzmindəyik. Bir neçə günlük Azərbaycan səfərimin mahiyyəti də bundan ibarətdir. Bir daha demək istəyirəm ki, mən vəzifəmdən ayrılsam da, bilirəm ki, Azərbaycan və Parlamentlərarası İttifaq arasındakı əməkdaşlıq getdikcə daha da güclənəcək. Çünki mənim xələfim də regionda həyata keçirdiyimiz bu sülh gündəliyinə tam sadiqdir”.
Martin Çunqonq bildirib ki, Ermənistan və Azərbaycan arasında ticarətin və digər əməkdaşlıq sahələrinin bərpası müşahidə olunur. Eyni zamanda, hər iki ölkənin icraedici hakimiyyətləri səviyyəsində əməkdaşlıq artmaqdadır. “İndi Azərbaycanın və Ermənistanın parlamentləri arasında da əməkdaşlıq genişlənir. Münaqişələrin hökm sürdüyü bir regionda Azərbaycan və Ermənistan arasındakı irəliləyişləri dəstəkləməliyik. Çünki regionun digər ölkələrinin münaqişəyə daha dərindən sürükləndiyini gördüyümüz halda, bu iki ölkə münaqişədən çıxır, onlar əks istiqamətdə irəliləyirlər və biz bunu yüksək qiymətləndiririk”, - deyə o, qeyd edib.
Xatırladaq ki, Parlamentlərarası İttifaq ən qədim və ən böyük beynəlxalq parlament təşkilatıdır. 1889-cu ildə yaradılmış bu ittifaq dünyanın 179 ölkəsinin parlamentarilərini və bır sıra parlamentlərarası təşkilatı birləşdirir. Dünyada ən nüfuzlu parlament təşkilatlarından biri olan Parlamentlərarası İttifaq öz fəaliyyətində parlamentarizmin inkişafına, insan haqlarına riayət edilməsinə, həmçinin millətlərarası sülhün bərqərar olmasına və beynəlxalq təhlükəsizliyin qorunub saxlanmasına kömək edir. Ötən ay İstanbulda Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası keçirilmişdi. Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə təşkil olunan tədbirdə “Gələcək nəsillər naminə ümidin gücləndirilməsi, sülhün təmin edilməsi və ədalətin qorunması” mövzusu müzakirə edilib. Ümumilikdə 160-a yaxın ölkənin qatıldığı tədbirdə parlament sədrləri və deputatlar da daxil olmaqla 2400-dən çox nümayəndə iştirak edib. Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Tədbir çərçivəsində Assambleya sessiyaları, daimi komitə müzakirələri, forumlar və tematik görüşlər daxil olmaqla 80-dən çox tədbir keçirilib.
Tədbir çərçivəsində Azərbaycan və Ermənistan parlament spikerlərinin görüşü də baş tutub. Bu, spikerlərin ilk görüşü deyil. Parlamentlərarası İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə əvvəllər də belə görüşlər reallaşdırılıb. Bütün bunlar nüfuzlu beynəlxalq parlament təşkilatının Cənubi Qafqaz regionunda sülhün tərəfdarı olduğunu təsdiqləyir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42

