Nyu-York şəhərinin merinə çağırış: Səhvinizi düzəldin!
28.04.2026 [11:17]
ABŞ-ın Nyu-York şəhərinin meri Zohran Kvami Mamdani 1915-ci il hadisələri ilə bağlı “X” paylaşımında əsassız olaraq Azərbaycanı və Türkiyəni 2020-ci ildə Qarabağın erməni əhalisinə hücumda və onları Qarabağdan qovmaqda ittiham edib. O, bunu “100 il əvvəl başlamış soyqırım kampaniyasının davamı” adlandırıb. Əslən hindistanlı müsəlman ailəsində dünyaya gələn Zohran Kvame Mamdani bu ilin yanvarında Nyu-York meri seçilib. Onun qələbəsi bir çox ABŞ KİV-ləri tərəfindən 2024-cü il seçkilərində Respublikaçılara ağır məğlub olmuş Demokratlar Partiyasının geri dönüşü kimi dəyərləndirilib.
XİN: Bu cür məsuliyyətsiz bəyanatlar qəbuledilməzdir
Qeyd edək ki, Nyu-York merinin sözügedən paylaşımı ölkəmizdə etirazla qarşılanıb. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Zohran Kvame Mamdaninin anti-Azərbaycan bəyanatını tənqid edərək, ictimai xadimləri dezinformasiya yaymaqdan çəkinməyə və barışığa töhfə verməyə çağırıb. O, “X” sosial şəbəkəsində merə müraciətlə yazıb: “Mer Zohran Kvame Mamdani, ictimai xadimlər məsuliyyətlə davranmalı, dezinformasiya yaymaqdan çəkinməli və siyasi motivli, eləcə də tarixi cəhətdən yalan bəyanatlar vasitəsilə ayrılığı dərinləşdirməyə deyil, barışığa töhfə verməlidirlər. Biz sizin təxribat xarakterli bəyanatınızı rədd edirik”. Onun sözlərinə görə, bu cür açıqlamalar regionun tarixi və reallıqlarının anlaşılmadığını göstərir və faktları siyasi narrativlərin xeyrinə təhrif edir.
A.Hacızadə vurğulayıb ki, 2020-ci ildə Azərbaycan özünün beynəlxalq səviyyədə tanınmış ərazisi hüdudlarında, beynəlxalq hüquq normalarına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq hərəkət edib. XİN rəsmisi əlavə edib ki, 2023-cü ilin antiterror tədbirləri 30 illik qanunsuz işğaldan sonra konstitusiya quruluşunun bərpa olunması ilə nəticələnib: “Qovulma” barədə iddialar erməni sakinlərə reinteqrasiya, tam bərabər hüquqlar və təhlükəsizlik zəmanətlərinin təklif edildiyi faktını gözardı edir. Seçilmiş vəzifəli şəxsin işğal dövründə yüzminlərlə azərbaycanlıya qarşı etnik təmizləmə və kütləvi qətlləri, eləcə də mədəni və dini irsin dağıdılmasını gözardı edərək birtərəfli narrativləri təşviq etməsi xüsusi narahatlıq doğurur. Bu cür məsuliyyətsiz bəyanatlar qəbuledilməzdir və dərhal silinməlidir”.
QHT-lər: Bu, Ermənistanla normallaşma addımlarına qarşıdır
Qeyd edək ki, Azərbaycanın bir qrup QHT nümayəndəsi də “X” platformasında 1915-ci il qondarma erməni soyqırımı, həmçinin 2020-2023-cü illərdə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək səyləri barədə həqiqətdən uzaq fikirlər səsləndirmiş Nyu-York şəhərinin meri Zohran Kvame Mamdaniyə açıq məktubla müraciət edib. Açıq məktubda QHT təmsilçiləri merin Azərbaycan əleyhinə reallıqdan uzaq fikirlərini qəbulolunmaz hesab ediblər. “Təəssüf ki, Bayden-Blinken dövrünün ruhuna uyğun olaraq Nyu-York şəhər meri kimi mandatınızla uzlaşmayan bu siyasi açıqlama ilə milyonlarla insanın hisslərinə toxunmusunuz. Erməni lobbi qruplarının, Nyu-Yorkdakı bir qrup erməni icmasının birtərəfli məlumatları əsasında Azərbaycan və Türkiyə əleyhinə səsləndirdiyiniz fikirləri biz 2025-ci il 8 avqust tarixli Vaşinqton Zirvəsində ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunmuş sülh prosesinə zidd hesab edirik, bu, Ermənistanla normallaşma addımlarına qarşıdır. Regiondan, Ermənistan hüdudlarından xeyli kənarda yaşayan erməni diasporunun, o cümlədən ABŞ-dəki erməni diasporunun müəyyən hissəsi bu sülh səylərinə mane olmağa çalışır. Siz bu açıqlama ilə faktiki olaraq revanşist qüvvələrin destruktiv gündəliyini müdafiə etmisiniz. Ola bilsin sizi yanlış məlumatlandırıblar”, - deyə məktubda vurğulanıb.
Qeyd olunub ki, hazırda Cənubi Qafqaz ağır, qanlı bir tarixi səhifəni çevirərək sülh, təhlükəsiz birgəyaşayış üçün imkanları, fürsətləri genişləndirir. Bu gün regionda sülh var, biz sizi sülhü dəstəkləməyə çağırırıq. Azərbaycan və Ermənistan xalqlarının tarixində yeni bir dövr açılır. Təəssüf edirik ki, bir qrup erməni diaspor dairələri sülhü deyil, müharibəni dəstəkləyir, ABŞ siyasətçilərini də yanlış istiqamətə doğru yönəldirlər. İnsan hüquqlarının müdafiəsi və tarixi faciələrin anılması həqiqətən mühüm dəyərə malikdirsə, o zaman Ermənistan tərəfindən Azərbaycan xalqının başına gətirilən faciələr, 1992-ci il Xocalı soyqırımı, işğal dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Qarabağda və Şərqi Zəngəzurda məhv edilmiş tarixi, dini, mədəni abidələr, urbisid unudulmamalıdır. Bu gün hələ də dinc azərbaycanlılar vaxtilə Qarabağda və Şərqi Zəngəzurda Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minalara düşərək həyatlarını itirir, əlil olurlar. Yüz minlərlə azərbaycanlı onilliklər boyunca fundamental hüquqlardan - təhlükəsizlik, mülkiyyət və doğma yurdlarına qayıtmaq hüququndan məhrum şəkildə yaşamalı olub.
QHT təmsilçiləri hesab edir ki, Nyu-York meri kimi nüfuzlu vəzifə sahibinin açıqlamaları yalnız bir tərəfin mövqeyinə əsaslanmamalı, əksinə, reallıqları əhatə etməlidir. Lakin təəssüf ki, onun açıqlamasında yüz minlərlə azərbaycanlı məcburi köçkünün taleyi və uzun illər davam edən əziyyətləri qeyd olunmayıb. “İnanırıq ki, məlumatların daha geniş və müstəqil şəkildə nəzərdən keçirilməsi regionda baş verən hadisələrin daha düzgün anlaşılmasına, işğalçı ilə işğala məruz qalanı fərqləndirməyə kömək edəcək. Biz sizə mövzu ilə bağlı daha geniş məlumat təqdim edə bilərik, sizinlə görüşməyə də hazırıq. Çox istərdik ki, Nyu-York təkcə uydurma “erməni soyqırımı” abidələrinin, xatirə lövhələrinin olduğu şəhər kimi tanınmasın. Siz tarixi faciələrə xüsusi diqqət ayıran mer kimi Nyu-Yorkda 1992-ci il Xocalı soyqırımı barədə abidə və ya xatirə lövhəsi ucalda, hər il fevralın 26-da bu memorial üzərinə erməni və azərbaycanlı icmalarının tər güllər düzmələrini təşkil edə bilərsiniz”, - deyə açıq məktubda vurğulanıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

