/ / Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli Ulu öndər Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur
Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli Ulu öndər Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur
11.12.2013 [09:27]
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar tədbir keçirilib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar “Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli Ulu öndər Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən bəhs edib. O bildirib ki, Azərbaycan dövlətinin müstəqil inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır: “Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilaskarıdır. Heydər Əliyev ideyaları bu gün də yaşayır və bu ideyalar Azərbaycan dövlətinin inkişaf mənbəyini təşkil edir”.
Əli Həsənov deyib ki, Ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıdanadək Ermənistandan qaçqın düşmüş və Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində məcburi köçkün həyatı yaşamağa məcbur olmuş insanlar üçün, demək olar ki, heç bir iş görülməmişdi. Lakin Heydər Əliyevin hakimiyyəti illərində onlara dövlətin diqqət və qayğısı artırıldı, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər görüldü.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin bu gün Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran Əli Həsənov əlavə edib ki, həyata keçirilən inkişaf siyasəti nəticəsində Azərbaycan güclü, qüdrətli və müasir dövlətə çevrilib. Baş nazirin müavini 2003-cü ildən - Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etməyə başladığı dövrdən etibarən Azərbaycanın inkişafının yeni mərhələsinin başladığını qeyd edib, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrin inkişafına nail olunduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan artıq beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib.
Azərbaycanın inkişafının keyfiyyətcə yeni eraya qədəm qoyduğunu deyən Ə.Həsənov əlavə edib: “Bu gün bizim işğal olunmuş torpaqlarımızdan başqa ciddi problemimiz qalmayıb. Prezident İlham Əliyevin iradəsi və qətiyyəti sayəsində bu problemi də həll edəcəyik”.
Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərdiyini deyən Baş nazirin müavini əlavə edib ki, Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərin ehtiyaclarını ödəmək üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər görür. Diqqətə çatdırılıb ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli prioritet istiqamətlərdən birini təşkil edir. Onun sözlərinə görə, qaçqın və məcburi köçkünlər üçün görülmüş işlərin 92 faizi məhz son 10 ilin payına düşür.
Daha sonra Milli Məclisin deputatı Flora Qasımova və Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Əliyev çıxış edərək bildiriblər ki, müstəqil Azərbaycanın memarı, Ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətləri gələcək nəsillər üçün örnəkdir. Bu gün Heydər Əliyev irsinin öyrənilməsi və təbliği istiqamətində xüsusi əhəmiyyət kəsb edən işlərin görüldüyünü deyən natiqlər müstəqil Azərbaycanın Ulu öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf etdiyini diqqətə çatdırıblar.
Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış maketə baxış keçirilib. Daha sonra Azərbaycan və ingilis dillərində nəşr olunmuş “Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı” kitabının təqdimatı olub. Bununla yanaşı, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı partiyanın ictimai-siyasi həyatında, 9 oktyabr tarixində keçirilən prezident seçkilərində fəal iştirakına görə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin bir qrup əməkdaşını fəxri fərmanla təltif edib.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

