Erməni terrorizmi beynəlxalq təhlükə mənbəyidir
07.12.2013 [09:29]
Bu gün Ermənistanın işğal siyasətini və dövlət terrorunu, erməni diasporunun və lobbisinin saxta iddialarını birbaşa və dolayı yollarla dəstəkləyən ölkələr də bir vaxtlar erməni terrorizminin hədəfinə çevrilib
Sirr deyil ki, dünyada terrorçu şəbəkələrə qarşı illərdir beynəlxalq mübarizənin aparıldığı bir dövrdə erməni terrorizmi diqqət mərkəzindən kənarda qalıb. XIX əsrin sonlarında “Hnçak”, “Armenakan”, “Erməni inqilab federasiyası” (“Daşnaksütyun”) kimi partiyalarla baş qaldıran və yüz ildən artıq tarixi olan erməni terrorizmi öz təcrübəsinə, təşkilatlanma səviyyəsinə, törətdiyi cinayətlərə görə heç də bu gün adı dünya gündəmində olan terror təşkilatlarından geri qalmır.
ERMƏNİ TERRORİZMİ DOST-DÜŞMƏN TANIMIR
Qondarma “soyqırımı” iddialarını dünyaya qəbul etdirməyə çalışan, Azərbaycanın və Türkiyənin əraziləri hesabına “Böyük Ermənistan” qurmağa çalışan erməni terrorizminin dünyanın müxtəlif ölkələrində əsasən Türkiyə diplomatlarını hədəfə aldığı məlumdur. Lakin eyni zamanda, erməni terrorizmi dost-düşmən ayırd etmədən maraqlarının gerçəkləşməsi yolunda əngəl hesab etdiyi hər kəsə qarşı yönəlib. Ötən əsrin ikinci yarısında bir sıra erməni terror təşkilatları, xüsusən də, ASALA, “Erməni soyqırımına ədalət döyüşçüləri” (ESƏD) və digərləri dünyanın onlarla şəhərində yüzə yaxın terror aktları törədiblər. Təkcə 1975-1985-ci illər arasında ASALA və ESƏD təşkilatlarının müxtəlif ölkələrdə törətdikləri 84 terror aktı ümumilikdə 46 nəfərin ölümü, 299 nəfərin yaralanması ilə nəticələnib. Adıçəkilən terror təşkilatlarının mənfur əməllərini gerçəkləşdirdikləri şəhərlər içərisində Beyrut, Paris, Lion, Strasburq, Roma, Los Anceles, Nyu York, Sidney, Sürix, Afina, Madrid, Vyana, Cenevrə, Frankfurt, Haaqa, Milan, İstanbul, Ankara, London, Tehran, Kopenhagen, Ottava, Burqas (Bolqarıstan), Belqrad, Lissabon və Brüsselin adları yer alır. Üstəlik, erməni terrorçular cinayət əməllərini həyata keçirmək üçün odlu silahdan atəş açma, partlayıcı qurğu yerləşdirmə, qumbara atma, hədəfin roketlərlə vurulması kimi ən müxtəlif üsullardan istifadə ediblər.
Erməni terrorizminin erməni diasporu ilə sıx əlaqədə olduğu da məlumdur. Daha dəqiq desək, erməni terrorçu təşkilatları diasporun insani və maliyyə dəstəyindən geniş faydalanırlar. Erməni diasporu ilə erməni terrorizmi arasındakı sıx bağlılığı nümayiş etdirən ən məşhur hadisələrdən biri ABŞ-da yaşayan Murad Topalyanın üzə çıxan əməlləridir. Belə ki, ABŞ-dakı ən nüfuzlu erməni diaspor təşkilatlarından olan Amerika Erməni Milli Komitəsinin (ANCA) keçmiş sədri M.Topalyan “Daşnaksütyun”un da üzvüdür. Onun 1979-1996-cı illərdə ABŞ-ın bir sıra şəhərlərində qondarma “soyqırımı”na diqqəti çəkmək məqsədi daşıyan terror aktlarının törədilməsində iştirakı məlum olduqdan sonra 1999-cu ildə sədrlikdən istefa verib. Lakin əksər erməni terrorçuları kimi Topalyan da layiq olduğu cəzanı almayıb, qısa müddətli həbs cəzasından sonra azadlığa buraxılıb.
Qeyd edək ki, erməni terror təşkilatlarının cinayət əməllərini törətdikləri ərazilər içərisində bu gün Ermənistanın işğal siyasətini və dövlət terrorunu, erməni diasporunun və lobbisinin saxta iddialarını birbaşa və dolayı yollarla dəstəkləyən ölkələrin şəhərləri də var. Hazırda erməni lobbisinin ən fəal olduğu ölkələrdən biri Fransadır. Hətta bir müddət əvvəl Fransa parlamentində qondarma “erməni soyqırımı”nı inkara görə cəza müəyyənləşdirən qanun layihəsinin müzakirəsi də aparılmışdı. Lakin görünür, bəziləri erməni terrorizminin yaxın keçmişdə bu ölkəni də hədəf aldığını xatırlamaq istəmirlər. Məsələn, erməni terrorçularını həbs edən İsveçrə hüquq-mühafizə orqanlarının tədbirlərinə etiraz olaraq erməni terror təşkilatları ölkənin özündə və xarici ölkələrdə yerləşən şirkət və ofislərinin yaxınlığında dəfələrlə terror aktları törədiblər. Fransada törətdiyi terror aktlarına görə həbs olunan Monte Melkonyanın azadlığa buraxılması üçün hökumətə təzyiq göstərmək məqsədilə erməni terror təşkilatları, xüsusən də, ASALA Fransada və müxtəlif ölkələrdəki fransız şirkətlərinə məxsus məkanlarda partlayışlar törədiblər.
Ümumiyyətlə, erməni terrorizminin müxtəlif ölkələrdəki yüzlərlə qurbanları arasında çoxlu sayda həmin ölkə vətəndaşları və yerli xalqların nümayəndələri var.
ERMƏNİ TERRORİZMİ PROBLEMİ BU GÜN DƏ AKTUALDIR
Məsələ ondadır ki, XX əsr boyunca fəallıq nümayiş etdirən erməni terrorizmi təhlükəsi bu gün də aradan qalxmayıb. Xatırladaq ki, ötən il erməni terrorçuları avqust ayında “Nor ASALA” (Yeni ASALA) təşkilatının yaradıldığını elan edərək, Azərbaycan və Türkiyə diplomatlarını hədələyən məktublar yayıb. Şəbəkələşmiş erməni terrorçu təşkilatlarının hazırda bir sıra ölkələrdə, xüsusən də, ABŞ-da və Livanda təşkilatlandığı, yeni üzvlər topladığı, təlimlər keçdiyi barədə mediada məlumatlar mövcuddur.
Beləliklə, erməni terrorizmi beynəlxalq təhlükə mənbəyidir. Bu səbəbdən də problemlə bütün dünyanın məlumatlandırılmasına ehtiyac var. Daha doğrusu, təkcə bu problemin özünü göstərdiyi ölkələrin əhalisinə yaxın keçmişdə baş verənləri xatırlatmaq lazımdır. Bunun üçün tarixi faktları olduğu kimi əks etdirən nəşrlərin, materialların təbliğinə ehtiyac var. Lakin bu yöndə fəaliyyətə müxtəlif ölkələrdəki ermənipərəst çevrələr tərəfindən maneələr törədildiyi məlumdur. Bildiyimiz kimi, Azərbaycanın mərhum baş prokuroru İsmət Qayıbov və “Azərinform”un (indiki AzərTAc) mərhum sabiq baş direktoru Azad Şərifovun müəllifliyi ilə 1992-ci ildə ölkəmizdə nəşr olunmuş “Erməni terrorizmi” kitab-albomunun Rusiyada yayılmasına qarşı tədbirlər görülür. Lakin erməni terrorizminin törətdiyi dəhşətləri, faciələri nəzərə aldıqda, bu həqiqətlərin ört-basdır edilməsi cəhdlərinin heç bir insani dəyərə sığmadığını bir daha aydın görmək olar.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

