Dövlət qulluğuna dair yeni kitab təqdim olunub
26.11.2013 [09:11]
Bu günlərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nazənin Hüseynovanın “Dövlət qulluğu və kadr siyasəti” adlı yeni monoqrafiyasının təqdimatı keçirilib. Təqdimatda Akademiyanın professor-müəllim heyəti, həmçinin, tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Akademiyanın I Tədris işləri üzrə prorektoru, professor Əlikram Abdullayev kitabın aktuallığından və müasir dövr üçün əhəmiyyətindən bəhs edib. Akademiyanın Siyasi Araşdırmalar İnstitutunun müdiri professor Elman Nəsirov monoqrafiyada dövlət qulluğu ilə kadr siyasətinin qarşılıqlı əlaqəli şəkildə tədqiqinin, dövlət qulluğunun tarixi inkişafının, bu sahəyə dair nəzəri fikirlərin araşdırılmasının əhəmiyyətindən bəhs edib və monoqrafiyanın aktual mövzuya həsr olunduğunu xüsusilə diqqətə çatdırıb.
“Rəhbər kadrların ixtisasının artırılması” fakültəsinin dekanı professor Gülnarə Qurbanova monoqrafiyanın dolğun məzmunundan bəhs edib, dövlət qulluğu ilə kadr siyasətinin qarşılıqlı əlaqədə təhlil olunmasının, həmçinin, yalnız nəzəri deyil, praktiki bilikləri də əhatə etməsinin əhəmiyyətini vurğulayıb və onun bu sahəyə dair fənnlərin tədrisi prosesində də əhəmiyyətli mənbə ola biləcəyini qeyd edib.
Qeyd edək ki, Nazənin Hüseynovanın təqdim olunan yeni monoqrafiyası Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tədris-Metodik Şurasının 27.06.2013-cü il tarixli qərarı ilə çapa tövsiyə edilib. Monoqrafiyanın elmi redaktoru fəlsəfə elmləri doktoru, professor Əlikram Abdullayev, rəyçiləri hüquq elmləri doktoru, professor Mayis Əliyev və siyasi elmləri doktoru, professor Elman Nəsirovdur.
Kitabda dövlət qulluğunun ümumi səciyyəsi verilir, onun mahiyyəti, mənşəyi, vəzifə və prinsipləri, beynəlxalq təcrübədə mövcud olan əsas modelləri nəzərdən keçirilir və dövlət qulluğu ilə kadr siyasətinin qarşılıqlı əlaqəsindən, kadr siyasətinin məzmunundan, strukturundan, kadr texnologiyalarından və kadr siyasətinin əsas icra mexanizmlərindən bəhs olunur.
Monoqrafiyada dövlətin məqsəd və funksiyalarının yerinə yetirilməsi, dövlət qulluğunun nüfuzunun, dövlət orqanlarının fəaliyyətində səmərənin və çevikliyin artırılması, vətəndaş məmnunluğunun təmin olunması, dövlət orqanlarının yüksək ixtisaslı, peşəkar və kreativ kadrlarla təmin edilməsi, kadr potensialının inkişaf etdirilməsi və s. dövlət qulluğunun qarşısında duran əsas vəzifələr kimi qiymətləndirilir.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

