Qarşılıqlı etimad quruculuğunda növbəti addım...
17.02.2026 [09:58]
Azərbaycanın vətəndaş cəmiyyəti üzvlərinin delimitasiya olunmuş hissədən Ermənistana keçməsi sülh mühitinin göstəricisidir
Hazırda Cənubi Qafqazda dayanıqlı sülhün və sabitliyin təmin olunması üçün əlverişli mühit yaranıb. Ötən ilin avqustunda Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmasından sonra tərəflər arasında etimadın formalaşması üçün addımlar atılır. Vaşinqton razılaşmalarında əksini tapan məqamlardan biridə tərəflər arasında etimad mühitininin formalaşdırılması prosesində vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkil olunmasıdır.
QHT təmsilçilərinin qarşılıqlı səfərləri dəstəklənir
Xatırladaq ki, ötən ilin oktyabr və noyabr aylarında bu cür səfərlər reallaşmışdı. Belə ki, Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə “Sülh körpüsü” Təşəbbüsü çərçivəsində ilk görüş 2025-ci il oktyabrın 21-22-də İrəvanda keçirilib. Həmin görüşdə qarşıdakı 6 ay ərzində vətəndaş cəmiyyəti nümayəndələrinin məlumatlandırılması istiqamətində görüləcək işlər, ekspertlər və media sektorunda əməkdaşlıq məsələləri müzakirə edilib, konkret istiqamətlər üzrə layihələrin həyata keçirilməsi üçün hazırlıq işlərinə başlanılması təsdiqlənmişdi.
Sonra Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup noyabrın 21-də Bakıya səfər etmişdi. İki günlük səfər çərçivəsində “Sülh körpüsü” Təşəbbüsünün Ermənistandan olan nümayəndələri Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan Azərbaycandan olan həmkarları Fərhad Məmmədov, Rusif Hüseynov, Kəmalə Məmmədova, Ramil İskəndərli və Fuad Abdullayev ilə görüşmüşdülər. Görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh prosesinin dinamikası, vətəndaş cəmiyyətinin dialoqun bərpasındakı rolu və yaxın gələcəkdə icra olunacaq birgə layihələr müzakirə olunub, həmçinin sülh prosesi ilə bağlı hər iki cəmiyyəti maraqlandıran aktual mövzulara toxunulub. Bundan əlavə, media məkanında birgə fəaliyyətin intensivləşdirilməsi, ekspert qrupları arasında birbaşa əlaqələrin qurulması, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin sülh prosesinə daha geniş şəkildə cəlb edilməsi barədə razılıq əldə olunub. “Sülh körpüsü” Təşəbbüsü çərçivəsində işgüzar səviyyədə əlaqələrin və hər iki ölkəyə qarşılıqlı səfərlərin davam etdirilməsi də qərara alınmışdı.
Səfər zamanı “Sülh körpüsü” Təşəbbüsü üzvləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşmüşdülər. Səmimi şəraitdə keçən fikir mübadiləsi zamanı Vaşinqton görüşündən sonra Azərbaycan və Ermənistan tərəfindən sülh gündəliyinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar müzakirə olunub. Hikmət Hacıyev Təşəbbüs üzvlərinin suallarını cavablandırıb.
Aşağı Əskipara kəndindən Voskepar kəndinə keçid...
Qarşılıqlı etimad quruculuğuna xidmət edən bu layihə çərçivəsində sayca üçüncü səfər reallaşıb. Belə ki, Azərbaycanın vətəndaş cəmiyyətinin bir qrup nümayəndəsi fevralın 13-də Ermənistana bir neçə günlük səfər edib. Vacib məqam odur ki, QHT nümayəndələrimiz qonşu ölkəyə bundan əvvəlki səfərdə olduğu kimi, hava yolu ilə, bu dəfə Azərbaycanın Aşağı Əskipara və Ermənistanın Voskepar kəndləri yaxınlığındakı quru sərhədin delimitasiya və demarkasiya olunmuş hissəsindən keçib gediblər. Bu fakt iki ölkə arasında “de-fakto” sülhün bərqərar olmasının daha bir göstəricisidir. Eləcə də, bu amil rəsmi Bakının münaqişə başa çatandan dərhal sonra irəli sürdüyü sülh gündəliyi sayəsində mümkünə çevrilir. Əslində, bu keçid iştirakçılar tərəfindən etimadın möhkəmləndirilməsi istiqamətində atılan praktiki addım, iki ölkə arasında normallaşma prosesinin daha bir bariz göstəricisi sayılmalıdır.
Qeyd edək ki, Azərbaycanın vətəndaş cəmiyyətinin üzvləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və xarici işlər nazirinin müavini Vahan Kostanyan ilə görüşlər keçiriblər. Bu müzakirələr sülh gündəliyinin dəstəklənməsində vətəndaş cəmiyyətinin rolu və ictimai təşəbbüslərin rəsmi səyləri necə tamamlaya biləcəyi barədə fikir mübadiləsi üçün imkan yaradıb.
Bundan əlavə, Ermənistanın Tsaxkadzor şəhərində “Sülh körpüsü” Təşəbbüsü çərçivəsində ikigünlük konfrans keçirilib. Tədbir çərçivəsində hər iki ölkənin vətəndaş cəmiyyəti, ekspert icması və media nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa başa tutub. Tərəflər geniş tərkibdə təmsil olunub ki, bu da hər iki ölkənin inklüziv və davamlı dialoqa sadiqliyini bir daha təsdiqləyir. Müzakirələr Azərbaycan-Ermənistan münasibətlərinin inkişafının hazırkı mərhələsi və gələcək istiqamətlərinə, 2025-ci il 8 avqust tarixli Vaşinqton razılaşmalarına uyğun olaraq sülh gündəliyinin həyata keçirilməsinə və onun regionun sonrakı inkişafındakı roluna həsr olunub. İştirakçılar dəyişən regional təhlükəsizlik mühiti və sülh prosesi nəticəsində yaranan iqtisadi imkanlarla bağlı fikir mübadiləsi aparıblar.
Ayrıca bir sessiya dialoq iştirakçıları arasında əməkdaşlığa, o cümlədən birgə layihələrə, ictimai kommunikasiya strategiyalarına və cəmiyyətlərarası qarşılıqlı fəaliyyət mexanizmlərinə həsr edilib. Etimadın möhkəmləndirilməsini, ictimai diplomatiyanı və cəmiyyətlər səviyyəsində yaxınlaşmanı dəstəkləyən praktiki tövsiyələrin işlənib hazırlanmasına xüsusi diqqət yetirilib. Həmçinin, regional təhlükəsizliklə bağlı məsələlər geniş müzakirə olunub.
Rəsmi sessiyalarla yanaşı, əlaqələrin inkişafına və konstruktiv mühitin formalaşmasına töhfə verən qeyri-rəsmi görüşlər də keçirilib. İştirakçılar davamlı sülhün üstünlüklərini və cəmiyyətlərarası münasibətlərin qurulmasından əldə edilə biləcək mümkün sosial-iqtisadi faydaları da nəzərdən keçiriblər. Vətəndaşlar üçün sülh prosesinin real nəticələrinin əldə olunması yolları və gözləntilər müzakirə edilib.
Xalq diplomatiyası sülh üçün böyük imkandır
Beləliklə, onilliklər ərzində münaqişədən əziyyət çəkən Cənubi Qafqaz coğrafiyasında yeni bir dönəm başlayıb. Ötən dövrdə Azərbaycanın siyasi rəhbərliyi müxtəlif daxili və xarici auditoriyalar qarşısında ölkəmizin sülh prosesinə, Vaşinqton razılaşmalarına sadiqliyini dəfələrlə birmənalı şəkildə təsdiqləyib. Azərbaycanı fərqləndirən əsas məqamlardan biri də ondan ibarətdir ki, ölkədə sülhyaratma prosesi ilə bağlı fikir ayrılığı yoxdur, bütün siyasi qüvvələr və vətəndaş cəmiyyəti təsisatları hakimiyyətin bu istiqamətdə apardığı siyasəti dəstəkləyir. Azərbaycan tarixi unutmamaqla sülhə qapıları açıq saxlayır.
Nəzərə alaq ki, Azərbaycan və Ermənistan eyni coğrafiyanı bölüşürlər. Vurulan yaralardan sonra barışıq mühiti yaratmaq çətin görünsə də, əbədi düşmənçilik də istisnadır. Bu mənada, Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətlərinin təmsilçilərinin görüşləri nikbinlik doğurur. Xalq diplomatiyasının işə salınması ilə sülh prosesində yeni və çox mühüm mərhələ başlayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34

