/ / “Ermənistana 10 milyon dollar maliyyə yardımı ayrılması ilə bağlı deyilənlər əsassızdır” - Hulusi Kılıç
“Ermənistana 10 milyon dollar maliyyə yardımı ayrılması ilə bağlı deyilənlər əsassızdır” - Hulusi Kılıç
27.01.2026 [15:05]
“Cənab Prezident Rəcəb Tayyib Ərdoğanın Ermənistanda ölən əsgərlərin ailələrinə və ehtiyacı olanlara 10 milyon dollar məbləğində maliyyə yardımı ayırmaq barədə fərman imzalamasına dair əsassız iddialar yayılıb. Türkiyə-Azərbaycan qardaşlığı poladdan toxunub. Kənardan başqalarının nə söyləməsindən asılı olmayaraq, onlar bu münasibətlərə zərər vermək gücündə deyillər”.
Bu fikirləri 525.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş səfiri, “İMZA” İctimai Birliyinin Türkiyə təmsilçisi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin üzvü Hulusi Kılıç deyib. O bildirib ki, belə əsassız iddialar Azərbaycan-Türkiyə münasibətlərinə kölgə salmaq məqsədi daşıyır.
“Türkiyə–Azərbaycan arasındakı qardaşlıq dünyanın heç bir digər ölkələri arasında yoxdur. Bu, bir nümunədir. Ona görə də bəzi dairələr tərəfindən bu cür yalan məlumatların ortaya atılması anlaşılandır. Qardaşlığımızı qısqanırlar. Qısqanclıq xəstəlikdir, görünür, bu cür insanlar bu xəstəlikdən sağalmayacaqlar”, – sabiq səfir deyib.
Hulusi Kılıç daha sonra əlavə edib ki, Türkiyə və Azərbaycan bir-biri ilə koordinasiyalı şəkildə, məsləhətləşərək hərəkət edirlər: “Türkiyə Azərbaycanın istəmədiyi heç bir addımı atmayacaq. Azərbaycan da eyni şəkildə davranır. Bu cür xəbərlərə etibar edilməməli, yalnız rəsmi mənbələrə əsaslanan məlumatlara inanılmalıdır. Can Azərbaycan xalqı bizim xalqımızdır, biz bir millət, iki dövlətik”.
Qeyd edək ki, bəzi media orqanlarında və sosial media platformalarında bu barədə dezinformasiyalar yer almışdı. Lakin Türkiyə Prezident Administrasiyasının nəzdində fəaliyyət göstərən Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi rəsmi açıqlama yayaraq bu iddiaları təkzib edib. Vurğulanıb ki, bu iddialar tamamilə əsassızdır və həqiqəti əks etdirmir. Mərkəz ictimaiyyəti Türkiyə–Azərbaycan münasibətlərini hədəf alan bu cür saxta məlumatlara inanmamağa, yalnız rəsmi qurumların yaydığı açıqlamalara etibar etməyə çağırıb.
Xəbər lenti
Hamısına baxDünya
12 Oktyabr 10:40
Dünya
12 Oktyabr 10:35
Dünya
12 Oktyabr 09:42
YAP xəbərləri
12 Oktyabr 09:30
Dünya
12 Oktyabr 09:16
İdman
12 Oktyabr 08:59
Dünya
12 Oktyabr 08:30
Dünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22

