Geosiyasi reallığın etirafı...
22.01.2026 [10:58]
İlham Əliyevin fikirlərinə əlavə etmək mümkün deyil, sadəcə, onun dediklərini təkrar etmək olar
Ermənistan prezidenti reallığı etiraf edir
Sovet İttifaqının süqutundan sonra Cənubi Qafqazda formalaşan geosiyasi mənzərə region üçün ağır nəticələr doğurdu. Ermənistanın beynəlxalq hüququ açıq şəkildə tapdalayan işğal və təcavüz siyasəti, separatizmi dövlət ideologiyasına çevirməsi, reallıqdan uzaq miflər üzərində gələcək qurmağa çalışması regionu təxminən 30 il geriyə atdı. Bu dövr ərzində Azərbaycan dəfələrlə sülhə, danışıqlara, müharibəsiz tənzimləməyə çağırış etdi, lakin Ermənistan siyasi iradə nümayiş etdirmədi, destruktiv mövqedən geri çəkilmədi.
Nəticədə, Cənubi Qafqaz 30 il ərzində inkişaf imkanlarını itirdi, regional əməkdaşlıq iflic oldu, təhlükəsizlik riskləri dərinləşdi. Ermənistanın forpost siyasəti həm regionun, həm də öz xalqının maraqlarına zidd oldu. Lakin tarix göstərdi ki, reallıqdan qaçmaq mümkün deyil.
Nəhayət, 30 illik ədalətsizliyə Azərbaycan öz gücü, siyasi iradəsi və beynəlxalq hüquqa əsaslanan mövqeyi ilə son qoydu. 2020-ci ildən sonra formalaşan yeni reallıqlar Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və inkişafın əsasını qoydu. Prezident İlham Əliyevin liderlik fenomeni sayəsində Azərbaycan yalnız müharibədə deyil, postmünaqişə dövründə də qalib tərəf olduğunu sübut etdi. Bu gün artıq Ermənistan da bu reallığı dərk etməyə və qəbul etməyə məcburdur. Onlar anlayırlar ki, sülhsüz gələcək mümkün deyil.
Ermənistanın iflası və sülhə məcbur qalması...
Ermənistan cəmiyyəti uzun illər müstəqil dövlət kimi deyil, xarici mərkəzlərin idarəsi altında olan forpostu kimi formalaşdırıldı. Bu ölkə 30 il ərzində yalnız verilən tapşırıqları yerinə yetirdi, regional maraqları deyil, kənar qüvvələrin gündəmini əsas götürdü. İşğalçılıq, aqressiv ritorika və antagonistik siyasət Ermənistanın özünü dalana dirədi. Onlar anlamadılar ki, təcavüz nə təhlükəsizlik, nə də rifah gətirə bilər.
Müharibədən sonrakı dövrdə Prezident İlham Əliyev bu reallığı Ermənistana açıq və qəti şəkildə izah etdi. Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsləri, kommunikasiyaların açılması, regional layihələrə inteqrasiya çağırışları Ermənistan üçün də real xilas yolu kimi təqdim olundu. Bu yanaşma gücə deyil, məntiqə, uzunmüddətli perspektivə əsaslanırdı.
Azərbaycan Prezidenti dəfələrlə bəyan etdi ki, bölgədə qalıcı sülh olmadan inkişaf mümkün deyil. Bu gün Ermənistan rəhbərliyi faktiki olaraq bu mövqeni etiraf edir. Onlar anlayırlar ki, İlham Əliyevin yaratdığı siyasi çərçivədən kənara çıxmaq, alternativ gündəm formalaşdırmaq mümkün deyil. Ermənistan artıq etiraf etməyə məcburdur: Azərbaycan liderinin dediklərinə əlavə ediləcək arqument yoxdur. Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Davosda deyir: “Cənab Prezident İlham Əliyevin söylədiyi kimi, biz siyasi qətiyyəti sülh üçün nümayiş etdirdik ki, artıq bundan sonra əməli tədbirlər sülhü sübut etsin, təsdiq etsin. Biz 30 ildir bunu görməmişdik. Amma indi isə biz sülh və əmin-amanlıq şəraitində yaşayırıq. Bu isə həqiqətən də inanılmaz hadisədir”“.
Yeni regional nizamın memarı - Azərbaycan
Bu gün Prezident İlham Əliyev təkcə sülh təşəbbüslərinin müəllifi deyil, eyni zamanda Cənubi Qafqazın yeni gələcəyinin memarıdır. Bölgədə maraqların uzlaşdırılması, qarşılıqlı etimad mühitinin yaradılması, yeni əməkdaşlıq formatlarının təşkili Azərbaycanın irəli sürdüyü konseptual yanaşmanın nəticəsidir.
Postmünaqişə dövründə formalaşan siyasi arxitektura göstərir ki, Cənubi Qafqazda liderlik faktoru artıq mübahisə mövzusu deyil. Azərbaycan bu liderliyi həm hərbi, həm siyasi, həm də diplomatik müstəvidə təsdiqləyib. Ermənistan isə yeni situasiyaya heç bir əlavə dəyər qata bilmir.
Bütün yol xəritəsi, bütün siyasi konturlar, bütün strateji ştrixlər Azərbaycan tərəfindən müəyyənləşdirilib. Regional əməkdaşlığın formatı, nəqliyyat-kommunikasiya xətləri, təhlükəsizlik mexanizmləri Bakının iradəsi əsasında formalaşır. Ermənistanın rolu isə passiv müşahidəçi mövqeyindən irəli getmir. Bu reallıq bir daha təsdiqləyir ki, Cənubi Qafqazda gündəmi müəyyən edən tərəf Azərbaycandır. Prezident İlham Əliyevin sözü, fəaliyyəti bölgənin işıqlı gələcəyi üçün yol xəritəsidir - buna nə isə əlavə etmək olmaz, bunu yalnız təkrarlamaq olar. Ermənistan prezidentinin İlham Əliyev haqqında dedikləri yalnız bir məqamın yox, bütövlükdə geosiyasi reallığın etirafıdır.
“İlham Əliyevin fikirlərinə əlavə etmək mümkün deyil, sadəcə, onun dediklərini təkrar etməliyəm...”
İlham Əliyev - qlobal prosesləri idarə edən lider
Ermənistan rəhbərliyinin İlham Əliyevin dediklərinə əlavə edə bilməməsinin çox səbəbi var. Əsas səbəb isə odur ki, İlham Əliyev qlobal miqyaslı liderdir, qlobal prosesləri görür və onu Cənubi Qafqaza transformasiya edir. Prezident İlham Əliyev dünyada baş verən siyasi, iqtisadi və təhlükəsizlik proseslərini dərindən təhlil edir, onların Cənubi Qafqaza mümkün təsirlərini öncədən hesablayır. Mənfi təsirləri neytrallaşdırır, müsbət imkanları isə regionun inkişafına yönəldir.
Bu gün İlham Əliyev qlobal güc mərkəzlərinin maraqlarını Cənubi Qafqazda ustalıqla uzlaşdıran nadir liderlərdəndir. Şərqlə Qərbin maraqları məhz bu coğrafiyada toqquşmur, əksinə, uzlaşır. Yeni dünya nizamının konturları Cənubi Qafqazda cızılır və bu prosesin mərkəzində Azərbaycan dayanır. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, siyasi dialoq platformaları - bütün bu proseslər Azərbaycanın təşəbbüsü ilə reallaşır. Regionun qlobal sistemə inteqrasiyası İlham Əliyevin strateji baxışının nəticəsidir.
Sülh, inkişaf və sabitlik...
Nəticə etibarilə, Cənubi Qafqazda yaranmış yeni reallıqlar təsadüfi deyil. Bu reallıqlar uzunmüddətli strateji düşüncənin, qəti siyasi iradənin və peşəkar liderliyin məntiqi nəticəsidir. Azərbaycan bu gün təkcə öz ərazi bütövlüyünü bərpa etmiş qalib dövlət deyil, eyni zamanda regionda sülhün və inkişafın əsas təminatçısıdır.
Ermənistan isə 30 illik yanlış siyasətin nəticələrini yaşayır və artıq alternativ yolunun olmadığını anlayır. Sülhə gedən yol Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi çərçivədən, strateji baxışından keçir. Bu çərçivə beynəlxalq hüquqa, qarşılıqlı maraqlara və gələcəyə hesablanmış yanaşmaya əsaslanır.
Yeni dünya nizamında Cənubi Qafqaz mühüm geosiyasi mərkəzə çevrilir. Bu mərkəzin aparıcı gücü isə Azərbaycandır. Prezident İlham Əliyev təkcə regionun deyil, qlobal proseslərin də memarlarından biri kimi tarixə düşür. Sülh, inkişaf və sabitlik aparılan uğurlu siyasətin əsas nəticəsidir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

