/ / Qəbələ rayonu ilə tanışlıq Vatikanın mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazidə xoş təəssüratlar yaradıb
Qəbələ rayonu ilə tanışlıq Vatikanın mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazidə xoş təəssüratlar yaradıb
06.11.2013 [09:48]
Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində noyabrın 5-də Qəbələ rayonunda olub.
AzərTAc xəbər verir ki, qonağı Qəbələ Beynəlxalq Hava Limanında rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev qarşılayıb.
Canfranko Ravaziyə Qəbələ şəhərinin tarixi, rayonda sosial-iqtisadi inkişaf proqramı çərçivəsində həyata keçirilən müxtəlif layihələr və bütün sahələrdə əldə edilən uğurlar haqqında ətraflı məlumat verilib.
Əvvəlcə nümayəndə heyəti Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində olub. Məlumat verilib ki, 1980-ci ildən fəaliyyət göstərən bu muzeyin əsas fondunda Qəbələnin 2500 illik tarixini əks etdirən 12 mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur. Muzeyin ayrı-ayrı zallarındakı eksponatlarla tanış olan qonaqların diqqətini 900 il Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələ şəhəri və onun indiyədək gəlib çatmış möhtəşəm qala divarının, bürc və darvazasının maketi və burada aparılmış arxeoloji qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələri cəlb edib. Kardinal Canfranko Ravazi muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
Sonra qonaqlar “Beltmann” piano fabrikində olublar. Məlumat verilib ki, 2009-cu ildən fəaliyyətə başlayan fabrik hazırda dünyada “Beltmann” markalı pianolar istehsal edən yeganə müəssisədir. Fabrikdə istehsal prosesi ilə tanışlıq zamanı qeyd edilib ki, regionda analoqu olmayan və ən son beynəlxalq standartlara cavab verən bu müəssisə inzibati bina və istehsal sahəsindən ibarətdir. Pianolar ayrı-ayrı istehsal sahələrində yığılaraq xüsusi avadanlıqla təchiz olunmuş altı otaqda sazlanır və köklənir. Fabrikdə ildə 1200-1500 pianonun istehsal edilməsi mümkündür.
Qonaqlar hazırlanan pianoların sərgisinə baxıblar.
Nümayəndə heyəti Qəbələ konserv zavodunda da olub. Məlumat verilib ki, istehsal gücünə və texnoloji avadanlığına görə müəssisənin Qafqazda analoqu yoxdur. Zavodda “Tetra Pak” xətti istismara verilib, xaricdən gətirilən avadanlıq quraşdırılıb. Müəssisənin iş prinsipi xammal qəbulundan başlayaraq hazır məhsulun qablaşdırılmasına qədər bütün prosesləri əhatə edir. Ümumilikdə 350 nəfərin çalışdığı müəssisədə 30 çeşiddə meyvə şirəsi, konsentrat, nektar, 12 çeşiddə turşu, tomat, mürəbbə, cem, soyuq çaylar, 15 çeşiddə yarımfabrikat məhsullar hazırlanır. Məhsullar daxili bazara çıxarılmaqla yanaşı, 30-dan çox ölkəyə ixrac edilir.
Rayonla tanışlıq zamanı qeyd olunub ki, bu gün respublikamızda əldə edilən sosial-iqtisadi inkişafın bariz nümunəsini Qəbələ rayonunun simasında aydın görmək olar. Rayonda yaradılan yeni istehsal müəssisələri, sənaye və turizm obyektləri Qəbələnin iqtisadi inkişaf dinamikasının artmasında müstəsna rol oynayır.
Nümayəndə heyəti Qəbələnin Nic qəsəbəsindəki “Cotari” Alban kilsəsinə də baş çəkib. Qəsəbədə yaşayan azsaylı xalqların yaşayış tərzi, kilsənin tarixi, fəaliyyəti ilə yaxından maraqlanan qonaqlara məlumat verilib ki, “Cotari” Alban kilsəsi Nic qəsəbəsində tarixi baxımdan ən əhəmiyyətli abidələrdən biridir. Diqqətə çatdırılıb ki, Nic qəsəbəsi tolerantlığın kiçik modeli hesab edilir. Burada azərbaycanlılar, ləzgilər, udinlər mehriban şəraitdə bir yerdə yaşayırlar.
Rayondan xoş təəssüratla ayrılan Canfranko Ravazi Qəbələnin tarixi, mədəni, nadir təbii-iqlim şəraitinə malik gözəl bir məkan olduğunu söyləyib.
Vatikanın mədəniyyət üzrə pontifik şurasının prezidentinə xatirə hədiyyəsi təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
İqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05

