Azərbaycan əsilli fransız aktyoru Rober Osseyn Azərbaycan qadını haqqında tamaşa hazırlayacaq
01.11.2013 [15:37]
Bakıda keçirilən III Beynəlxalq Forum mükəmməl səviyyədə təşkil olunub. Mükəmməldir ona görə ki, Forum Azərbaycanın əldə etdiyi nailiyyətləri ümumiləşdirilmiş şəkildə əks etdirir.
Bu sözləri AzərTAc-a müsahibəsində III Bakı Beynəlxalq Humanitar Forumda iştirak edən, Azərbaycan əsilli fransız aktyoru Rober Osseyn deyib.
Aktyor valideynlərinin Azərbaycan torpağından olmalarını və özünün bu ölkəyə aidliyindən qürur duyduğunu bildirib. “Burada gördüklərim məndə böyük təəssüratlar yaratdı. Çünki burada bütün dinlərin və xalqların nümayəndələri bir ailə kimi yaşayırlar. Bu, məndə böyük fərəh hissi oyadır. Hesab edirəm ki, dinlər və xalqlar arasında Azərbaycanda olan münasibətlər dünyanın heç bir yerində yoxdur. Fəxr edirəm ki, mən də bu xalqın bir parçasıyam”, - deyə o bildirib. Azərbaycanda mövcud olan yüksək tolerantlıq, humanizm səviyyəsindən fərəhləndiyini bildirən Rober Osseyn qeyd edib ki, əgər bütün dünyada belə şərait olsa insanlar çox xoşbəxt olardılar.
Aktyor Azərbaycanda insani münasibətləri, qadınlara olan hörməti bütün dünyaya göstərmək üçün tamaşa hazırlamağı düşünür. Dünyanın heç bir yerində qadına belə münasibətin şahidi olmadığını deyən aktyor tamaşanın çariça Tomris timsalında Azərbaycan qadınına həsr olunacağını diqqətə çatdıraraq deyib: “Tamaşa lap qədimdən müasir dövrümüzə qədər Azərbaycan cəmiyyətində qadının rolundan bəhs edəcəkdir. Səhnə əsərinin hazırlanmasında Azərbaycan dövləti və Heydər Əliyev Fondunun dəstəyinə də ümid edirəm. Azərbaycanda qadına olan ehtiramı dünya ictimaiyyətinə çatdırmağı özümə borc bilirəm. Əgər bu fikri reallaşdıra bilsəm, bu, mənim incəsənətlə bağlı sonuncu işim olacaqdır. Əsas amalım odur ki, bu tamaşanı Parisdə nümayiş etdirim”.
Rober Osseyn Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirib. O qeyd edib ki, Fondun prezidenti Mehriban Əliyeva Azərbaycan mədəniyyətini dünyaya tanıtmaq üçün böyük işlər görür: “Mən Azərbaycana birinci dəfədir gəlirəm. Bu sevinci mənə bəxş etdiyi üçün Mehriban xanıma təşəkkür edirəm. Bu mənim üçün böyük hədiyyə oldu”.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

