Qədim diyardan - Naxçıvandan başlayan həmrəylik yolu
25.12.2025 [10:17]
Tarixin bu günündə - 1991-ci il dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası “Azərbaycanlıların həmrəyliyi günü haqqında” tarixi qərar qəbul edib
Dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar yaşayırlar. Ancaq harada yaşamalarından asılı olmayaraq, dünya azərbaycanlılarının qəlbi ana Vətənlə döyünür. Tarixin bu günündə - 1991-ci il dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası “Azərbaycanlıların həmrəyliyi günü haqqında” tarixi qərar qəbul edib. Bəhs olunan sənədlə qərara alınıb ki, hər il dekabr ayının 31-i bütün dünyada yaşayan azərbaycanlıların həmrəyliyi günü elan edilsin.
Beləliklə, həmin tarixdən etibarən hər il 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününü soydaşlarımız tərəfindən böyük coşqu ilə qeyd edilir.
Heydər Əliyevin Azərbaycan məfkurəsinə gətirdiyi ümummilli ideya
Artıq həmrəylik günü sayı 50 milyonu ötən dünya azərbaycanlıları üçün ümummilli bayrama çevrilib. Bu ümummilli ideyanı Azərbaycan məfkurəsinə gətirən isə böyük siyasətçi Heydər Əliyev olub. O, Özünə xas olan uzaqgörənliklə qədim diyarda - Naxçıvanda həmrəylik günümüzün əsasını qoyub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə tarixi qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət ünvanlayıb. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq müvafiq qərar qəbul edib.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd olunması üçün dekabrın 31-nin müəyyənləşdirilməsi də təsadüfi deyil. Bəllidir ki, imperialist güclərin maraqları bütöv coğrafiyamızı və xalqımızı Arazın o tayı və bu tayı deyilən iki hissəyə bölüb. Keçmiş SSRİ-nin süqutu ərəfəsində - 1989-cu il dekabrın son günlərində Araz sahillərində yaddaşımızda əbədi qalacaq hadisələr yaşandı. Arazın o tayından və bu tayından olan azərbaycanlılar onları ayıran tikanlı çəpərləri dağıtdılar. Hava soyuq və şaxtalı olsa da, Arazın sahilində bir-birinə qovuşan azərbaycanlılar günlərlə orada qaldılar və birləşmək istədiklərini bütün dünyaya bəyan etdilər. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü məhz xalqımızın birləşmək istəyini simvolizə edir.
Mütəşəkkil təsisatlanma istiqamətində atılan mühüm addımlar
Dünya azərbaycanlılarının həmrəyliyi ideyasını milli məfkurəmizə gətirən Heydər Əliyev, eyni zamanda, bu birliyin institutlaşması prosesinin də əsasını qoyub. Onun təşəbbüsü ilə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına öz müsbət təsirini göstərdi. Qurultaydan sonra Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təsisatlanması prosesini daha da gücləndirdi.
Zamanında Heydər Əliyevin əsasını qoyduğu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirilir. Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirmiş Prezident İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi kimi müəyyənləşdirib. Prezident İlham Əliyevin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir. Hədəf xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsidir. Prezident İlham Əliyevin 2018-ci 6 iyul tarixli fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb. Bu fond Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək, bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək məqsədilə yaradılıb. Dövlət başçımızın təşəbbüsü ilə 2019-cu ildə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təsis edilib.
Azad Şuşada Zəfər qurultayı
Dünya azərbaycanlılarının 2001-ci ildə Bakıda keçirilən birinci qurultayında Heydər Əliyev əminliklə bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Bu missiyanı xalqımız dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə reallaşdırmağa nail oldu. Artıq müstəqil Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Şanlı Azərbaycan Bayrağının ölkənin bütün ərazisində əzəmətlə dalğalanması dünya azərbaycanlılarına sonsuz qürur hissi yaşadır.
Eyni zamanda, soydaşlarımız son dərəcə qürurludurlar ki, uzun işğal illərindən sonra dünya azərbaycanlılarının V qurultayı azad Şuşada keçirildi. 22 aprel 2022-ci ildə baş tutan qurultayın açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev Şuşadan dünya azərbaycanlılarını salamladı.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22

