Strateji İşçi Qrupunun ilk iclası...
23.12.2025 [10:45]
ABŞ regionda Azərbaycanı əsas tərəfdaş kimi qəbul edir
Cənubi Qafqaz regionunda formalaşan postmüharibə reallıqları Azərbaycanı yeni dövrdə beynəlxalq birliyin ən diqqətçəkən aktorlarından birinə çevirib. Geostrateji ərazidə təhlükəsizlik arxitekturası yaratması, iqtisadi əməkdaşlıq perspektivlərini gücləndirməsi, ən əsası isə qütblərarası, hətta sivilizasiyalararası münasibətlərin inkişafına verdiyi töhfə Azərbaycanın aparıcı güc kimi əhəmiyyətini artırıb. Nəticə etibarı ilə rəsmi Bakının bütün platformalar üzrə etibarlı tərəfdaş statusu daha da möhkəmlənib.
Münasibətlər yeni mərhələdə
Ölkəmiz dünyada meydana çıxan yeni çağırışlar fonunda beynəlxalq həmrəyliyin güclənməsinə davamlı töhfələr verir. Xoş mərama əsaslanaraq irəli sürdüyümüz təşəbbüslər dünya ölkələri və müxtəlif beynəlxalq təşkilatlar arasında körpülərin yaradılmasına, etimad mühitinin möhkəmlənməsinə, əlaqələrin intensivləşməsinə, sülhün və beynəlxalq təhlükəsizliyin daha da dərinləşməsinə xidmət edir. Həm çoxtərəfli, həm də ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verən Azərbaycanın bu geniş diapazonlu fəaliyyəti dünyanın aparıcı dövlətləri tərəfindən də təqdir olunur. Bu gün rəsmi Bakı ilə strateji təmasların gücləndirilməsi istiqamətində atılan addımlar bunu təsdiqləyir. Xüsusi olaraq qeyd edilməlidir ki, bu məsələ güc mərkəzlərinin də gündəliklərində ən aktual prioritet kimi göstərilir. Dünyanın aparıcı güc mərkəzi kimi xarakterizə olunan ölkələr Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduqlarını irəli sürürlər. Azərbaycan da bu münasibətin qarşılığında hər zaman dostluq və işgüzar əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi üçün səy göstərir.
Avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalar, imzalanmış sənədlər də dövlətimizin nüfuzunun göstəricisidir. Donald Trampın yenidən dövlət başçısı seçilməsi ilə ABŞ - Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyub. Son dövrlərdə daha yüksək temp qazanan əməkdaşlıq əlaqələri bu mənada, xüsusi qeyd edilməlidir. Bəlli olduğu kimi, rəsmi Vaşinqton dünyanın iqtisadi-siyasi nəbzini formalaşdıran mühüm güc mərkəzlərindən biri sayılır. Nəhəng iqtisadiyyata, müqayisəyəgəlməz siyasi çəkiyə malik olan bu dövlətin son proseslərdə Cənubi Qafqaza, xüsusilə Azərbaycana diqqət yetirməsi bir sıra mətləblərdən xəbər verir.
Məsələ ondadır ki, ABŞ Prezidenti Donald Tramp Cənubi Qafqazda məhz Azərbaycanı özünün strateji tərəfdaşı seçərək keçmiş administrasiyanın yanlış siyasətini düzəltməyə çalışır. Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü təşəbbüslər ABŞ üçün olduqca cəlbedicidir. Bu təşəbbüslərin əsasında əməkdaşlıq, iqtisadi inkişaf, qitələrin ticarət əlaqələrini asanlaşdırmaq və ümumilikdə dünya iqtisadiyyatının inkişafına təkan verən pozitiv layihələr dayanır. ABŞ Azərbaycanı təsadüfən özünün strateji tərəfdaşı seçməyib. Dünya siyasətində aparıcı rol oynayan Amerika geosiyasi üstünlüyü müharibə və münaqişələrlə deyil, “yumşaq güclə” əldə etməyə çalışır. Onun sərmayəsi və siyasi dəstəyi hər bir qlobal xarakterli məsələdə həlledici rola malikdir.
Strateji İşçi Qrupunun iclasında nələr müzakirə olunub?
Münasibətlərin yeni mərhələyə qədəm qoymasını şərtləndirən bir sıra faktlara da diqqət yetirək. Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan və ABŞ liderləri tərəfindən Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumunu imzalanıb. Sənədə əsasən tərəflər Strateji İşçi Qrupunda 3 sahəyə diqqət yönəltmək niyyətindədir . Birincisi, enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılardır. İkincisi, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayələr, üçüncüsü isə müdafiə məhsullarının satışı və terrorizmə qarşı mübarizə daxil olmaqla təhlükəsizlik sahəsində əməkdaşlıqdan ibarətdir.
Yeri gəlmişkən, dekabrın 19-da Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupunun onlayn formatda tam tərkibdə ilk iclası keçirilib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, Strateji İşçi Qrupa Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Elnur Məmmədov, ABŞ tərəfdən Dövlət katibinin köməkçisinin müavini Sonata Koulter rəhbərlik edib.
İclas zamanı avqustun 8-də Vaşinqton Sülh Sammiti çərçivəsində iki dövlət arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Anlaşma Memorandumu çərçivəsində prioritet elan edilmiş enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə, eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
Avqustun 8-dən sonra qeyd edilən sahələr üzrə ayrı-ayrılıqda aparılmış ikitərəfli təmaslar və müzakirələr yüksək qiymətləndirilib. Bu və digər mühüm sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq istiqamətlərini müəyyən edəcək Strateji Tərəfdaşlıq Xartiyasının mətni üzrə fikir mübadiləsi aparılıb və sənədin qısa müddət ərzində razılaşdırılmasının əhəmiyyəti vurğulanıb. Eləcə də, Strateji İşçi Qrupunun növbəti iclasının tarixləri və gündəliyi barədə razılıq əldə edilib.
TRIPP layihəsi regionun gələcəyi üçün faydalıdır
Bütün bunlar göstərir ki, ABŞ-ı regiona cəlb edən əsas amillər Azərbaycan Prezidentinin həyata keçirdiyi sülh, sabitlik, dostluq, iqtisadi inkişaf və sosial rifah siyasətidir. Prezident İlham Əliyevin Zəngəzur dəhlizini reallığa çevirmək istəyinin də arxasında qlobal əməkdaşlıq dayanır. Bu əməkdaşlıq dəhliz boyu yerləşən dövlətlərin iqtisadi inkişafına böyük töhfələr verəcək. Ona görə də, TRIPP layihəsi də regionun gələcəyi üçün çox faydalıdır və strateji önəm daşıyır. Bütün bunların fonunda ABŞ-ın Azərbaycana münasibəti hər iki tərəfin maraqlarına uyğundur.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51

