Azərbaycanla Qırğızıstan arasında Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilib
08.12.2025 [16:22]
Dekabrın 8-də Bakı şəhərində Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi vəhumanitar əməkdaşlıq üzrə birgə Hökümətlərarası Komissiyanın 6-cı iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Baş nazirinin müavini, Komissiyasının Azərbaycan tərəfdən həmsədri Samir Şərifovun və Qırğız Respublikası Nazirlər Kabineti sədrinin müavini, Komissiyanın Qırğızıstan tərəfdən həmsədri Bakıt Torobayevin sədrlik etdikləri iclasda hər iki ölkənin müvafiq dövlət qurumlarının səlahiyyətli nümayəndələri iştirak ediblər.
Əvvəlcə Hökumıtlərarası Komissiyanın həmsədrlərinin ikitərəfli görüşü keçirilib, daha sonra müzakirələr Komissiyanın 6-cı iclasında, geniş tərkibdə davam etdirilib.
Tərəflər qardaş və dost xalqlarımızı birləşdirən tarixi-mədəni bağlara, iki ölkə prezidentləri – İlham Əliyev vəSadır Japarov arasında mövcud olan mütəmadi siyasidialoqun və qarşılıqlı səfərlərin iki ölkə arasında əlaqələrinstrateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində həlledici roloynadığını vurğulayıblar.
Qeyd olunub ki, 2024-2029-cu illəri əhatə edənəməkdaşlıq proqramı ikitərəfli münasibətlərin sistemlişəkildə genişləndirilməsi üçün əsas yol xəritəsi rolunu oynayır.
Son dövrdə ticarət dövriyyəsində artım müşahidə olunur,2025-ci ilin ilk 10 ayı ərzində ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 94 faizdən çox artıb.
İclas zamanı iqtisadi əlaqələrin daha da genişləndirilməsi, ticarət dövriyyəsinin şaxələndirilməsi və işgüzar dairələr arasında əməkdaşlığın dərinləşdirilməsi üçün bir sıra əhəmiyyətli razılaşmalar əldə edilib. Tərəflər Qırğızıstanərazisində ticarət-logistika mərkəzinin yaradılması imkanlarının araşdırılmasını, biznes missiyalarının təşkili və məlumat mübadiləsinin gücləndirilməsini, həmçinin COP29 çərçivəsində irəli sürülmüş “Yaşıl keçid” təşəbbüslərində əməkdaşlığı müzakirə ediblər.
Habelə, investisiya və sənaye sahələrində də mühüməməkdaşlıq istiqamətləri müəyyən olunmuşdur.
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun fəaliyyəti yüksək qiymətləndirilmiş, birgə investisiya layihələrinin genişləndirilməsi, AZPROMO ilə Qırğızıstan Ticarət-Sənaye Palatası arasında Azərbaycan-Qırğızıstan Biznes Şurasının yaradılması, İssık-Kul gölü sahilində beşulduzlu otel tikintisinin dəstəklənməsi, həmçinin kurort şəhərinin yaradılması layihəsinin nəzərdən keçirilməsi kimi məsələlər razılaşdırılmışdır.
Sənaye zonaları və azad iqtisadi zonalar üzrə təcrübə mübadiləsinin təşkil olunması da tərəflərin diqqət mərkəzində olmuşdur.
Turizm sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə turizm şirkətlərinin əlaqələndirilməsi, birgə turpaketlərin hazırlanması, sərgi və festivallar üzrə məlumat mübadiləsi, sağlamlıq turizmi üzrə əməkdaşlıq kimi istiqamətlər müəyyən edilmişdir. Bakı-Bişkek-Bakı hava reyslərininturizm axınına müsbət təsiri xüsusi vurğulanmışdır.
Kənd təsərrüfatı sahəsində tərəflər virussuz tinglərin istehsalı üzrə təcrübə mübadiləsi, intensiv balıqçılıq, balıqçılıq və akvakultura sahəsində birgə təlimlər, baytarlıq və fitosanitar nəzarəti üzrə əməkdaşlığın genişləndirilməsi, damazlıq heyvanların ticarəti və aqrosığorta sistemlərinin inkişafı kimi geniş spektrli fəaliyyət istiqamətlərini razılaşdırıblar.
Enerji sahəsində "2024-2025-ci illər üzrə Yol Xəritəsi"ninicrası, SOCAR-la Qırğızstannefteqaz arasındaəməkdaşlığın genişləndirilməsi, Qırğızıstanın "MərkəziAsiya - Azərbaycan Yaşıl Enerji Dəhlizi" layihəsində iştirakıkimi məsələlər üzrə qarşılıqlı fəaliyyətin davam etdirilməsidair razılıq əldə olunub.
Nəqliyyat sahəsində isə tərəflər Orta Dəhlizin rəqəmsallaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin region üçün perspektivləri, Bakı limanının imkanlarından istifadə və tranzit keçidlərin artırılması məsələlərini müzakirə ediblər.
Humanitar və təhsil sahəsində, universitetlər arasında əməkdaşlıq, tələbələr üçün illik təqaüd kvotaları, "Study in Azerbaijan" proqramında iştirak, müəllim müdadiləsi, dil mərkəzlərinin yaradılması, akademik araşdırmaların birgə təşkili və kitabxanalararası virtual platformaların yaradılması müzakirə edilib.
İclasda həmçinin ekologiya, rəqəmsal inkişaf, kiber-təhlükəsizlik, səhiyyə, sosial təminat, dövlət xidmətləri, memarlıq və şəhərsalma, eləcə də bank sektoru üzrə əməkdaşllq məsələləri müzakirə olunmuş və yeni istiqamətlər müəyyən edilmişdir.
Tərəflər bütün sahələrdə qarşılıqlı etimada əsaslanan, dostluq və qardaşllq ruhunda inkişaf edən münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.
Komissiyanın 7-ci iclasının Qırğız Respublikasında keçirilməsi barədə razılıq əldə olunmuş və tarixlərin diplomatik kanallar vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Sonda Azərbaycan Respublikası Başnazirinin müavini Samir Şərifov və Qırğız Respublikası Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayev Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşllq üzrə birgə Hökümətlərarası Komissiyanın 6-cı iclasının Protokolunui mzaladılar.
İclasdan sonra Hökumətlərarası Komissiyanın Qırğız Respublikasından olan üzvləri Kosmik Agentliyin fəaliyyəti ilə tanış olmaq üçün “Azərkosmos”a gediblər.
Dekabrın 9-da qonaqlar Bakı Gəmiqayırma və Heydər Əliyev adına Neft emalı zavodlarının işi ilə də tanış olacaqlar.
Dekabrın 7-də Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt sənaye parkındakı İstifadə olunmuş mühərrik və sənaye yağlarının emalı və baza yağlarının istehsalı zavodu ilə tanış olub.
Xəbər lenti
Hamısına baxMədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19

