/ / Azərbaycan dilinin müasir texnologiyalara inteqrasiyası dövlət siyasətinin prioritet istiqamətlərindəndir
Azərbaycan dilinin müasir texnologiyalara inteqrasiyası dövlət siyasətinin prioritet istiqamətlərindəndir
08.12.2025 [12:54]
Azərbaycan dilinin qorunması, ədəbi dil normalarının inkişafı və onun müasir texnologiyalara inteqrasiyası dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 8-də parlamentdə keçirilən “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı deyib.
Parlamentin sədri qeyd edib ki, Azərbaycan dili bu gün inkişaf edir, lakin qlobal proseslər qarşıya yeni tələblər qoyur. Dünya dəyişir, yeni texnologiyalar icad olunur və dilimizin həm qorunması, həm də modernləşdirilməsi üçün sistemli yanaşmaya ehtiyac yaranır. Parlamentin fəal iştirakı və qanunvericilik təşəbbüslərinin dəstəklənməsi bu hədəflərə çatmağı mümkün edir. Azərbaycan dilinin qarşısında müasir dünyanın dinamikasından irəli gələn yeni vəzifələr dayanır.
Sahibə Qafarovanın sözlərinə görə, bu vəzifələri şərti olaraq bir neçə əsas çağırış kimi qruplaşdırmaq olar. Bunlara dilin saflığının qorunması, rəqəmsallaşma və yeni texnologiyalara inteqrasiya, terminologiyanın elmi əsaslarla yenilənməsi və digər mühüm istiqamətlər daxildir. Bu çağırışların təhlili göstərir ki, Azərbaycan dilinin yeni inkişaf mərhələsinə qədəm qoyması sistemli, uzunmüddətli və elmi baxımdan əsaslandırılmış yanaşma tələb edir. Buna görə də gələcək dil siyasətinin strateji istiqamətlərinin müəyyənləşdirilməsi qarşıda duran ən mühüm vəzifələrdən biridir.
“Dil siyasətinin yeni mərhələsindən danışarkən, əsas prioritetlər kimi xüsusilə aşağıdakı hədəfləri qeyd etmək olar: Təhsildə müasir metod və texnologiyalar əsasında dil tədrisinin təkmilləşdirilməsi, mediada və ictimai məkanda ədəbi dil normalarına əməl olunmasının gücləndirilməsi, terminologiyanın geniş elmi baza üzərində eyniləşdirilməsi və yenilənməsi, Azərbaycan dilinin dünya elmi və mədəni mühitində nüfuzunun artırılması, dilimizin rəqəmsal və texnoloji platformalarda tam funksional tətbiqi, süni intellekt sistemlərinə inteqrasiya səviyyəsinin yüksəldilməsi və digər mühüm istiqamətlər.
Əminliklə demək olar ki, bu məqsədlərin hər birinin reallaşması təkcə dilimizin inkişafı baxımından deyil, bütövlükdə dövlətçiliyimizin möhkəmlənməsi üçün strateji əhəmiyyət daşıyır”, - deyə Milli Məclisin sədri əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

