12-ci görüş...
02.12.2025 [11:57]
Delimitasiya işlərinin həyata keçirilməsi qaydasına dair müvafiq təlimat layihələri müzakirə olunub
Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması üçün Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması başlıca şərtdir. Artıq bu istiqamətdə davamlı addımlar atılmaqdadır. Prosesə dəstək verən amillərdən biri də ikitərəfli dövlət komissiyalarının fəaliyyətidir.
Ermənistan ilə Azərbaycan arasında müvafiq komissiyalar çərçivəsində baş tutan görüşlər, aparılan müzakirələr və əldə edilən razılaşmalar göstərir ki, üçüncü tərəfin iştirakı olmadan razılıq əldə etmək imkanları daha böyükdür. Bu yöndə nümunələr də ortadadır. Davam edən prosesdə iki ölkənin müvafiq dövlət strukturları arasında birgə açıqlamalar yayılıb, komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə qəbul edilib və s. Münasibətlərin normallaşması prosesində mühüm bir ştrix sayılan sərhədlərin delimitasiyası və demarkasiyasında əldə olunan razılıqlar isə sülh üçün vacib amillər sırasındadır.
Tərəflər Qəbələdə görüşdülər
Yeri gəlmişkən, noyabrın 28-də Qəbələ şəhərində Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 12-ci görüşü keçirilib. Rəsmi məlumata görə, məmnunluqla qeyd olunub ki, komissiyaların 12-ci görüşü tərəflərdən birinin ərazisində - Azərbaycanın Qəbələ şəhərində keçirilir.
Görüş zamanı tərəflər 2025-ci il yanvarın 16-da keçirilmiş 11-ci görüşün yekunları üzrə əldə olunmuş, delimitasiyası üzrə kompleks işlərin dövlət sərhədinin şimal sahəsindən başlayaraq Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının İran İslam Respublikası ilə sərhədinə qədər başlanması barədə razılaşmanı qeyd ediblər.
Tərəflər delimitasiya tədbirləri ilə bağlı təşkilati və texniki məsələlər üzrə ətraflı fikir mübadiləsi aparıblar. Həmçinin delimitasiya işlərinin həyata keçirilməsi qaydasına dair müvafiq təlimat layihələri müzakirə olunub.
Növbəti iclas Ermənistan şəhərlərinin birində olacaq
Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan qarşılıqlı maraq doğuran məsələlər üzrə ayrıca fikir mübadiləsi aparıblar. Tərəflər növbəti görüşün tarixini iş qaydasında, Ermənistan Respublikasının şəhərlərindən birində müəyyən etmək barədə razılığa gəliblər.
Xatırladaq ki, bu ilin yanvar ayında keçirilən 11-ci görüşdə tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin/hissələrinin ardıcıllığı məsələsi ilə bağlı fikir mübadiləsini davam etdirib və dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimal sahəsindən başlayaraq Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının İran İslam Respublikası ilə sərhədinə qədər başlanması barədə razılığa gəlmişdilər. Bu baxımdan, 12-ci görüşdə prosesin davamı ilə bağlı razılığın əldə olunması müsbət haldır.
Qeyd olunduğu kimi, Azərbaycan və Ermənistan birbaşa danışıqlara üstünlük verir. Ötən dövrdə bu istiqamətdə müəyyən pozitiv nəticələr əldə olunub. Belə ki, əldə edilən razılığa uyğun olaraq Qazaxın işğal altında olan 4 kəndi Azərbaycana qaytarılıb. İkitərəfli dialoqun nəticəsi olaraq Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri ölkəmizə təhvil verilib. Bütövlükdə, hazırda hər iki tərəf hansısa kənar vasitəçi olmadan sərhədlərin delimitasiya və demarkasiyası işlərini davam etdirirlər. Bu işlərin nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib. Proseslər göstərir ki, Azərbaycanla Ermənistan arasında məsələlərin həllində üçüncü qüvvələrə ehtiyac yoxdur. 12-ci görüşün Azərbaycanın Qəbələ şəhərində keçirilməsi isə etimad quruculuğu yönündə vacib addımlardan biridir. İndiyədək, görüşlərin sərhədyanı ərazilərdə keçirildiyini nəzərə alsaq, budəfəki Qəbələ görüşü təqdirəlayiq haldır.
Göründüyü kimi, uzun illərdən sonra Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunması artıq reallığa çevrilir. Azərbaycanın 2020-ci il Vətən müharibəsində və 2023-cü il antiterror tədbirlərində əldə etdiyi qələbə bölgədə yeni siyasi mənzərə formalaşdırıb. Ermənistan anlayır ki, regional təhdidə çevrilməklə heç nə əldə etməyəcək. Əksinə, Azərbaycanın sülh çağırışlarına adekvat cavab vermək regional inkişafın bir hissəsinə çevrilmək, bu inkişafdan yararlanmaq perspektivi formalaşdırır. Bunun nəticəsidir ki, son zamanlar Ermənistan ilə Azərbaycan arasında gedən müvafiq danışıqlar müəyyən pozitiv nəticələrə yol açıb. İkitərəfli komissiyaların aktiv şəkildə görüşməsi isə sülh prosesinə mühüm töhfələr qazandıra bilər. Dövlət sərhədlərinin müəyyənləşməsi, delimitasiya və demarkasiyanın həyata keçirilməsi sülh şərtlərindən biri kimi münasibətlərin normallaşmasına xidmət göstərir. Xüsusilə, Vaşinqton razılaşmaları fonunda sülhlə bağlı açıq mətnli fikirlərin səsləndirildiyi bir dövrdə ikitərəfli komissiyaların aktiv işi mövqelərin yaxınlaşmasına əsaslı yol aça bilər.
Kommunikasiyaların açılması diqqət mərkəzindədir
Vurğulayaq ki, Azərbaycan hər zaman sülhün və beynəlxalq hüququn tərəfdarı kimi çıxış edib. Hətta 30 illik işğal dövründə belə ölkəmiz sülhpərvər mövqedən geri çəkilməyib. İndiki halda, bu istiqamətdə addımların davam etdirilməsi yenə də Azərbaycanın mövqeyinin düzgün olmasını növbəti dəfə sübuta yetirir. İllərdir ki, ikitərəfli təmasların yarada biləcəyi üstünlükləri önə çəkən dövlətimiz bunu əyani şəkildə ortaya qoyur. İndiki mərhələdə isə Ermənistanın atacağı addımlar sülhün daha da tezləşdirilməsinə yol aça bilər. Bu mənada, Ermənistanın konstitusiyasında və digər hüquqi sənədlərində Azərbaycana qarşı iddiaların aradan qaldırılması sülh sazişinin imzalanmasını sürətləndirəcək. Doğrudur, tərəflərin Vaşinqton razılaşmasına əsasən ATƏT-in Minsk qrupunun fəaliyyətinə xitam verilib, lakin Ermənistan öz konstitusiyasında dəyişiklikləri də yubatmamalıdır. Çünki Azərbaycana qarşı ərazi iddialarına rəsmi olaraq son qoyulması sülhün başlıca şərtidir.
Digər tərəfdən, müvafiq komissiyaların fəaliyyəti regional kommunikasiyaların açılmasını da özündə ehtiva edir. Bu danışıqlar nəticə etibarı ilə regional kommunikasiya əlaqələrinin yenidən bərpası pespektivi yaradır - regional səviyyədəki əməkdaşlıqlar yeni mərhələdə hətta qlobal inkişaf konsepsiyasının aparıcı coğrafi indeksi kimi müəyyənləşə bilər. Bu fakt qarşılıqlı inteqrasiyanı gücləndirən amil kimi çıxış etməklə yanaşı, regionun təhlükəsizliyinin, sülhün və sabitliyin daha yüksək səviyyədə təminatının qarantı kimi çıxış edir. Bəllidir ki, Azərbaycan Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdırır və hazırda bu geniş coğrafiyanın bütün əsas yolları məhz ölkəmizdə kəsişir. Ermənistan ilə Azərbaycan arasında kommunikasiya qovşağının açılması, nəqliyyat imkanlarının gerçəkləşməsi yeni və çox mühüm gələcək vəd edir. Bu, xüsusilə Ermənistan üçün olduqca vacibdir. Dəhliz imkanları Ermənistana dəmir yolu xətti vasitəsilə dünyaya çıxmaq kimi bir üstünlük vəd edir.
Vaşinqtonda əldə edilən razılaşmalar kommunikasiyaların, yəni Zəngəzur dəhlizinin açılacağına ümidləri artırır. Bunun üçün Ermənistan praktiki addımlar ataraq prosesi sürətləndirməlidir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
03 Dekabr 23:14
Dünya
03 Dekabr 22:48
Dünya
03 Dekabr 22:16
Dünya
03 Dekabr 21:54
Dünya
03 Dekabr 21:22
Dünya
03 Dekabr 20:51
İqtisadiyyat
03 Dekabr 20:19
İdman
03 Dekabr 19:45
Sosial
03 Dekabr 19:17
YAP xəbərləri
03 Dekabr 18:33
Xəbər lenti
03 Dekabr 17:36
Hərbi
03 Dekabr 17:36
YAP xəbərləri
03 Dekabr 17:22
Sosial
03 Dekabr 16:19
YAP xəbərləri
03 Dekabr 15:20
Hadisə
03 Dekabr 15:08
Sosial
03 Dekabr 15:06
Sosial
03 Dekabr 14:02
Xəbər lenti
03 Dekabr 13:38
İqtisadiyyat
03 Dekabr 12:40
Dünya
03 Dekabr 12:29
İdman
03 Dekabr 12:25
Sosial
03 Dekabr 12:23
Gündəm
03 Dekabr 11:59
Siyasət
03 Dekabr 11:45
Siyasət
03 Dekabr 11:40
İqtisadiyyat
03 Dekabr 11:39
Siyasət
03 Dekabr 11:29
Sosial
03 Dekabr 11:16
İqtisadiyyat
03 Dekabr 11:15
İqtisadiyyat
03 Dekabr 11:14
İqtisadiyyat
03 Dekabr 10:57
İqtisadiyyat
03 Dekabr 10:55
İqtisadiyyat
03 Dekabr 10:52
İqtisadiyyat
03 Dekabr 10:35
MEDİA
03 Dekabr 10:18
Analitik
03 Dekabr 09:57
Analitik
03 Dekabr 09:31
Analitik
03 Dekabr 09:16
Analitik
03 Dekabr 08:59
Sosial
03 Dekabr 08:36
Sosial
03 Dekabr 08:12
Dünya
02 Dekabr 23:19
İdman
02 Dekabr 22:54
Hərbi
02 Dekabr 22:26
Dünya
02 Dekabr 21:47
Siyasət
02 Dekabr 21:22
İqtisadiyyat
02 Dekabr 20:50
Sosial
02 Dekabr 20:29
Dünya
02 Dekabr 19:45
Dünya
02 Dekabr 19:18
Siyasət
02 Dekabr 18:12
Dünya
02 Dekabr 17:26
Dünya
02 Dekabr 16:35
Elanlar
02 Dekabr 16:26
Dünya
02 Dekabr 15:49
Siyasət
02 Dekabr 15:46
Siyasət
02 Dekabr 15:43
Siyasət
02 Dekabr 15:09
Sosial
02 Dekabr 14:46
Dünya
02 Dekabr 14:22
Xəbər lenti
02 Dekabr 13:54
Dünya
02 Dekabr 13:43
Dünya
02 Dekabr 13:25
Dünya
02 Dekabr 12:54
Dünya
02 Dekabr 12:10
Sosial
02 Dekabr 12:09
Siyasət
02 Dekabr 11:57
İqtisadiyyat
02 Dekabr 11:45
Siyasət
02 Dekabr 11:45

