Rusiya FTX-nin Əli Kərimliyə sifarişi: Saleh Rüstəmli vasitəçillik edib
30.11.2025 [14:38]
AXCP funksionerindən etiraf: Saleh Rüstəmliyə demişdilər ki…
Sirr deyil ki, Azərbaycan dövlətinin maraqlarına və xalqımızın mənafeyinə qarşı çıxmaq, ölkəmizdəki sabitliyə və inkişafa xələl yetirmək, respublikamızın beynəlxalq imicinə kölgə salmaq Azərbaycanın radikal müxalifət partiyalarının və onların rəhbərlərinin fəaliyyətindən qırmızı xətlə keçir. Bu xüsusda AXCP və onun sədri Əli Kərimli, “Milli şura” həmişə öndə olub. Bu şəxslərin öz cılız məqsədləri və maddi maraqlarını təmin etmək naminə Azərbaycan dövlətçiliyinə qarşı fəaliyyətlərini təsdiq edən kifayət qədər faktlar mövcuddur.
Yayılan məlumatlara görə, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin evində axtarış aparıb. Axtarış zamanı evdən “Milyarderlər İttifaqı” ilə əlaqəyə dair materiallar, Ramiz Mehdiyev tərəfindən yazılmış məktubun mediada olmayan ilkin redaktə variantı, sair sənədlər tapılıb. Məlumatlara görə, onlar barələrində aparılan araşdırma çərçivəsində dindiriliblər. Bildirilir ki, proses Ramiz Mehdiyev barəsində açılan cinayət işi çərçivəsində aparılıb.
Əli Kərimli Rusiyadan yüz minlərlə dollar alıb…
Əli Kərimlinin Rusiya ilə əlaqəli fəaliyyətdə olması və onun əməllərinin əsas hədəfinin Azərbaycan dövlətçiliyinə qarşı yönəlməsi yeni bir hal deyil. Hələ 2018-ci ildə Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda bildirilirdi ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası adlı qurum ölkəmizdə və xaricdə dövlətimizə, dövlətçiliyimizə və milli maraqlarımıza zidd olaraq keçirilən tədbirlərinin maliyyələşdirilməsi üçün qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş külli miqdarda çirkli pul vəsaitlərinin leqallaşdırılması əməllərini törətməsinə dair kifayət qədər sübutlar toplanıb. Həmin əməllərin törədilməsində qurumun funksionerlərindən Əli Kərimli, Qənimət Zayidov, Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov və digərlərinin - Bakı şəhər sakinləri Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov və Tural Mehdixanovun adı qeyd edilirdi. Bəli, bu həmin Sadeh Rüstəmlidir ki, yenidən Rusiya ilə əlaqədə ittiham olunur. 2018-ci ildə rəsmi qurumların yaydığı məlumtda bildirilirdi ki, Rusiyada yaşayan Saleh Rüstəmov çirkli pul vəsaitlərinin əldə edilməsinin mənbəyini gizlətmək məqsədilə fərqli yollara əl atıb. Hələ o vaxt bildirilirdi ki, 2016-cı ilin martından adıçəkilən dövrə qədər Bakıda valyuta əməliyyatlarının qanunsuz köçürülməsi ilə məşğul olanların vasitəsilə Əli Kərimliyə çatdırılan pulun miqdarı 412 min ABŞ dolları olub.
Saleh Rüstəmlidən "imtina" – AXCP məsuliyyətdən yayınmaq istəyir
Bu xatırlatmanı verməkdə məqsəd artıq AXCP-nin funksionerlərinin əl-ayağa düşərək birmənqalı şəkildə ittihamları özlərindən kənarlaşdırmaq üçün əl atdıqları manevrlərə diqqət çəkməkdir. Məsələn, AXCP sədrinin saxlanılması xəbəri yayılandan az sonra partiyanın funksioneri Seymur Həzi tələm-tələsik internet resurslarından birinə çıxaraq saxlanılan Saleh Rüstəmlinin AXCP üzvü olmadığı bəyanatını verir. Halbuki, bu şəxsin Əli Kərimli ilə birgə pul maxanasiyasının tarixi hələ 10 illər öncədən başlayır. Bunu rəsmi orqanlar da təsdiqləyib. Bəs, indi hansı səbəbdən Əli Kərimliyə illərlə pul daşıyan bu şəxslə əlaqədən imtina olunur? Səbəb bəllidir...Onlar Rusiyadan alınan təlimatlardan və bu təlimatların alıniması faktıdan imtina etmək üçün bu fəndə əl atırlar.
Rusiya FTX-nin Əli Kərimli "sifarişi"
Seymur Həzi deyir ki, sonuncu dəfə həbsdən çıxıb Rusiyaya gedən Saleh Rüstəmlidən Rusiya Federal Təhlükəsizlik Xidməti, xüsusi xidmət orqanları tələb edirdilər ki, "o Əli Kərimli ilə danışsın, Azərbaycanda Ukraynanın müdafiəsi məsələsi dayandırılsın. Başqa sözlə, Azərbaycanda Ukraynanın mövqeləri müdafiə olunmasın, Azərbaycan bütövlükdə ruspərəst ölkə olsun..."
Buradan iki əsas nəticə çıxarmağa çalışılır:
- Saleh Rüstəmlinin Əli Kərimliyə təlimat verməsi ilk hal deyil. Əks halda, Rusiya FTX-si bunu bu qədər rahat "tələb etməzdi";
- Əli Kərimli indiyə qədər danışdığı, müdafiə etdiyi və ya pislədiyi bütün prosesləri təlimat, sifariş əsasında yerinə yetirib. Seymur Həzi etiraf edir ki, Əli Kərimli özünün siyasi "düşüncələrini", siyasi prioritetlərini və siyasi hərəkətlərini şimaldan gələn təlimatlar əsasında qurur. Əli Kərimli ilə Saleh Rüstəmlinin işbirliyinin "şifrəsi" "pul - təlimat", "sifariş – icraçı" prinsiplərinə əsaslanıb. Bunu AXCP funksionerləri özləri də etiraf edirlər. Niyə Rusiya FTX-si Saleh Rüstəmliyə birbaşa Əli Kərimli "sifarişi"ni verib. Demək ki, bu kimi əlaqələr əvvəlki dövrlərdə də olub, yaşanıb.
Bütün xəyanətlər geci-tezi açılır. Əli Kərimli kimi radikal xainlərin ifşası isə heç 40 gün də çəkməyəcək...
Görünür ki, bu proseslər Azərbaycanın təhlükəsizliyini təhdid edə bilər. Rusiyanın ölkəmizə qarşı müxtəlif müstəvilərdə təxribatlar həyata keçirdiyinin şahidi oluruq. Bu proseslərdə Ramiz Mehdiyev, radikal müxalifət və AXCP-nin adı hallanır. Bu kontekstdə dövlətçiliyimizi hədəf alan marjinal qruplar mütləq şəkildə Azərbaycan siyasətindən getməlidir. Bu cür xəyanaətkar ünsürlər – Əli Kərimlilər, Cəmil Həsənlilər, Ramiz Mehdiyevlər bütövlükdə öz komanadaları ilə birlikdə Azərbaycanın siyasi sistemindən birdəfəlik təmizlənməlidirlər.
Sadiq İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxHadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05
Sosial
06 Avqust 14:02
Siyasət
06 Avqust 13:54
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Sosial
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
İqtisadiyyat
06 Avqust 13:31
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55

