/ / Arye Qut: Bu gün Ermənistanda yüksək vəzifə tutan Seyran Ohanyan, Serj Sarkisyan, sabiq prezident Robert Koçaryan Xocalı soyqırımının əsl günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər
Arye Qut: Bu gün Ermənistanda yüksək vəzifə tutan Seyran Ohanyan, Serj Sarkisyan, sabiq prezident Robert Koçaryan Xocalı soyqırımının əsl günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər
11.10.2013 [10:11]
Xəbər verdiyimiz kimi, bu il fevralın 25-də Təl-Əviv Universitetinin nəzdində fəaliyyət göstərən Yəhudi Diaspor Muzeyində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının və “STMEGİ” Dağ Yəhudilərinin Beynəlxalq Təşkilatının dəstəyi, “Azərbaycan-İsrail” Beynəlxalq Assosiasiyasının (Azİz) təşkilatçılığı ilə Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş “Xocalıya ədalət!” adlı anma mərasimi və sənədli fotosərgi keçirilib.
Azİz-in idarə heyətinin üzvü, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut AzərTAc-a bildirib ki, oktyabrın 8-də İsrailin Netanya şəhərində Xocalı qətliamının dəhşətli və qanlı hadisələrini əks etdirən səyyar fotosərgi açılıb.
Sərginin açılış mərasimində İsraildə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, ictimai təşkilatların başçıları, ölkənin media nümayəndələri iştirak ediblər.
Fotosərgini açıq elan edən Azİz-in idarə heyətinin üzvü, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut Dağlıq Qarabağ münaqişəsindən, 1992-ci il fevralın 25-dən 26-na keçən gecənin dəhşətlərindən danışıb. O, mərasim iştirakçıları qarşısında Xocalı qətliamına həsr olunmuş təqdimatla çıxış edib.
Arye Qut bildirib ki, misli görünməmiş vəhşiliklə törədilmiş Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir. A.Qut deyib: “Bu fotosərgidə gördüyünüz sənədli şəkillər dəhşətli dərəcədə, dözülməz səhnələr Azərbaycan xalqının ürəyində sağalmaz bir yara açmışdır. Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri - Xocalı şəhəri cəmi bir gecə ərzində yerlə-yeksan edilərək yandırılmışdır. Bu faciə bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Artıq tarixi faktdır ki, erməni silahlı qüvvələri və muzdlu dəstələri şəhəri və onun ətraflarını tərk etməyə macal tapmayan heç bir günahsız Xocalı sakininə aman verməmişdir. Erməni silahlı birləşmələrinin yırtıcılığı nəticəsində 613 adam qətlə yetirilmiş, 487 adam əlil olmuş, 1275 dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək görünməmiş işgəncələrə, təhqirlərə və həqarətlərə məruz qalmışlar”.
Beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut deyib ki, dünya bu cinayətin təkcə Azərbaycan xalqına deyil, həm də bütün bəşəriyyətə qarşı yönəldiyini bilməlidir. Politoloq sözünə davam edərək deyib: “Faktlar təsdiq edir ki, Xocalı şəhərinin mülki əhalisinin düşünülmüş şəkildə qətlə yetirilməsi bu insanlara yalnız azərbaycanlı olduqlarına görə kütləvi divan tutmaq məqsədi daşımışdır. Bu gün Ermənistanda yüksək vəzifə tutan Seyran Ohanyan, Serj Sarkisyan, sabiq prezident Robert Koçaryan və başqaları Xocalı soyqırımının günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Cinayət cəzasız qalmamalıdır. Dünya ictimaiyyəti hərbi-siyasi təcavüzə görə Ermənistana qarşı ittiham irəli sürməlidir. Beynəlxalq qurumlar, dünya ölkələrinin parlamentləri Ermənistanın Azərbaycan ərazisində törətdiyi Xocalı soyqırımına əsl soyqırımı kimi beynəlxalq hüquqi-siyasi qiymət verməlidir”.
Tədbirdə çıxış edən vəkil Vaqif Əliyev deyib ki, Xocalı qətliamı təkcə Azərbaycan xalqına deyil, ümumilikdə insanlığa qarşı yönəlmiş dəhşətli cinayətdir: “Mən Xocalı qətliamına həsr olunan fotosərginin mənim şəhərimdə keçirdiyinə görə “Azİz” Beynəlxalq Assosiasiyasına və Heydər Əliyev Fonduna minnətdaram. Xocalı qətliamına həsr edilmiş bu fotosərgi məni sadəcə sarsıdıb. Bu, Azərbaycan xalqına qarşı törədilmiş vəhşiliyin təzahürüdür. Məhz buna görə də biz bu sənədli səyyar fotosərgini il ərzində İsrailin müxtəlif şəhərlərində təşkil etməliyik. Elə etməliyik ki, İsrailin siyasi elitası Xocalı qətliamı ilə bağlı məlumatlansın”.
Netanya şəhərinin bələdiyyə şurasının üzvü, “Bizim ev Netanya” təşkilatının sədri Boris Tsirulnik səyyar fotosərgidə gördüyü şəkillərdən sarsıntı keçirdiyini bildirib. Qeyd edib ki, biz yəhudilər 70 il əvvəl Holokostu yaşadıq: “Düşünürdük bundan sonra ki, heç kim daha belə qətliamları görməyəcək. Fəqət 21 il əvvəl bu qanlı faciəni Xocalı sakinləri yaşadılar. Holokost genosidini yaşamış yəhudilər Xocalı soyqırımını yaşamış azərbaycanlıları hamıdan yaxşı anlaya bilərlər. Bu fotosərgi onun üçün vacibdir ki, onu yüzlərlə, minlərlə gənc israilli görəcək”.
“İsrail-Azərbaycan” Assosiasiyasının baş direktoru Lev Spivak tədbirin iştirakçılarına minnətdarlığını bildirib. O, Azərbaycan icmasına daim diqqət yetirdiyinə görə və Xocalı qətliamı ilə bağlı dəstək sözlərinə görə Netanya bələdiyyə şurasına minnətdarlığını bildirib.
Xəbər lenti
Hamısına baxSosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
Gündəm
22 İyun 11:45
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21

