Araz çayında sahilbərkitmə işləri aparılır
09.10.2013 [14:32]
Naxçıvan Muxtar Respublikasında çayətrafı torpaqların yuyulmasının qarşısının alınması və şoranlaşmış torpaqların münbitləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində sahilbərkitmə işləri mühüm əhəmiyyət kəsb edir. 2003-cü ildən başlayaraq Araz çayında sahilbərkitmə işləri aparılır.
Bu istiqamətdə həyata keçirilən tədbirlər 2013-cü ildə də davam etdirilib, Araz çayının Sədərək rayonu ərazisində sahilbərkitmə işləri aparılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, oktyabrın 8-də Ali Məclisinin Sədri Vasif Talıbov sahilbərkitmə işlərinin gedişi ilə maraqlanıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov məlumat verib ki, Azərbaycan Respublikası ilə İslam İnkişaf Bankı arasında bağlanmış “Naxçıvan Muxtar Respublikasında selə qarşı tədbirlər, suvarılan ərazilərin modernləşdirilməsi və genişləndirilməsi” layihəsi çərçivəsində Araz çayı sahili boyunca daşla sahilbərkitmə işlərinin aparılması nəzərdə tutulub. Layihəyə uyğun olaraq bu ilin mart ayında Sədərək rayonu ərazisində sahilbərkitmə işlərinə başlanılıb. Bu günə qədər 6471 metr məsafədə daşla sahilbərkitmə işləri aparılıb, 2090 metr məsafədə isə yeni torpaq bənd tikilib. Hazırda 720 metr məsafədə daşla sahilbərkitmə işləri davam etdirilir. Sahilbərkitmə işlərinin aparılması Sədərək rayonunda yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına, torpaqların yuyulmasının və şoranlaşmasının qarşısının alınmasına səbəb olub.
Ali Məclisin Sədri muxtar respublikada meliorativ tədbirlərin əhatə dairəsinin genişləndirilməsi və sahilbərkitmə işlərinin davam etdirilməsi barədə müvafiq tapşırıqlar verib.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
İqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05

