/ / Siyavuş Novruzov: Mitinqdə YAP-ın və namizədimizin ünvanına çox ciddi təhqirlər, şər və böhtanlar səsləndirilib
Siyavuş Novruzov: Mitinqdə YAP-ın və namizədimizin ünvanına çox ciddi təhqirlər, şər və böhtanlar səsləndirilib
24.09.2013 [09:30]
Yeni Azərbaycan Partiyası (YAP) “Milli şura”nın namizədi Cəmil Həsənlinin ötən bazar günü keçirdiyi təşviqat mitinqində baş verənlərlə bağlı Mərkəzi Seçki Komissiyasına və aidiyyəti qurumlara rəsmi müraciət ünvanlayacaq.
Bunu APA-ya açıqlamasında YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
S.Novruzov qeyd edib ki, keçirilən mitinqdə çıxış edənlər nəinki Seçki Məcəlləsinin, o cümlədən digər qanunvericiliyin tələblərini pozub, hətta bundan xüsusi zövq aldıqlarını da nümayiş etdiriblər: “Mitinq kifayət qədər aşağı səviyyəli idi. Ora yığışanlarını sayının çox olması ilə bağlı yalan informasiyalar yayırlar, amma orada həddindən artıq az adam iştirak edirdi. Əksəriyyəti özlərinin qohum əqrəbası, ordan-burdan yığılmış, ayrı-ayrı təşkilatların üzvü olan adamlar idi. Diqqət çəkən isə o idi ki, çıxış edən hər bir kəs Azərbaycan Konstitusiyasının, Seçki Məcəlləsinin, digər normativ hüquqi aktların tələblərini ciddi şəkildə pozmaqdan sanki xüsusi zövq alırdılar. Aydın görünürdü ki, çıxış edənlərin hər biri seçki ərəfəsində təxribat yaratmaq istəyir. Çıxışlarda söyüşlər, əxlaqa zidd çağırışlar yer alırdı ki, bu da Seçki Məcəlləsi və digər qanunvericiliklə tamamilə qadağandır. Eyni zamanda mitinq üçün razılaşdırılmış vaxt başa çatandan sonra dağılmamaq, yürüş və sair çağırışlarla xüsusi provokasiya hazırlanırdı. İstəyirdilər ki, polis onlara müdaxilə eləsin, təxribat yaransın. Bunu ora toplaşan, gənclərdən ibarət təxminən 50 nəfərlik qrup edirdi. Bütün bunlar bir daha sübut etdi ki, mitinq tamamilə təxribat xarakterli idi”.
YAP funksioneri deyib ki, sadaladıqları faktların hamısı qeydə alınıb: “Xüsusilə də mitinqdə YAP-ın və namizədimizin ünvanına çox ciddi təhqirlər, şər və böhtanlar səsləndirilib. Hər bir fakt üzrə MSK-ya və aidiyyəti qurumlara rəsmi müraciət olunacaq. MSK da buna görə bilavasitə cavabdehlik daşıyır”.
Qeyd edək ki, MSK mitinqdən əvvəl İctimai TV-dəki çıxışına görə Cəmil Həsənliyə artıq ciddi xəbərdarlıq edib.
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23

