Elektron Hökumət İnformasiya Sisteminin Əsasnaməsi təsdiqlənib
18.08.2025 [18:13]
Ölkədə rəqəmsal hökumət infrastrukturunun inkişafı istiqamətində mühüm addım atılıb. Prezident İlham Əliyevin 2025-ci il 12 avqust tarixli Fərmanı ilə Elektron Hökumət İnformasiya Sisteminin (EHİS) Əsasnaməsi təsdiq edilib. Bu sənəd sistemin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.
AZƏRTAC xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi məlumat yayıb.
Məlumatda qeyd oluunub ki, Əsasnaməyə görə, EHİS-in sahibi funksiyalarını Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirəcək.
Sistem, müxtəlif istiqamətlərdə rəqəmsal idarəetməni təmin edən səkkiz əsas altsistemdən ibarətdir. Kommunal xidmətlər üzrə məlumatların toplanması, emalı, analizi və mərkəzləşdirilmiş elektron xidmətlərin göstərilməsini həyata keçirən “Vahid Kommunal Xidmətlər”, fərdi məlumatların yalnız qanuni razılıq əsasında işlənməsi və ötürülməsini təmin edən “Rəqəmsal Razılıq”, yerli icra hakimiyyəti orqanlarının elektron xidmətlərinin və qəyyumluq-himayəçilik qərarlarının idarə olunmasını icra edən “Rəqəmsal İcra Hakimiyyəti”, qəbul edilmiş qeyri-normativ hüquqi aktların vahid bazasını formalaşdıran “Yerli İcra Hakimiyyəti Orqanları Başçılarının Qeyri-normativ Hüquqi Aktlarının Reyestri”, dövlət qurumları arasında real vaxt rejimində təhlükəsiz sənəd mübadiləsini təmin edən “Rəqəmsal Sənəd Dövriyyəsi”, bütün dövlət informasiya resurslarını vahid bazada birləşdirən “Dövlət İnformasiya Ehtiyatlarının, Sistemlərinin və Elektron Xidmətlərin Vahid Reyestri”, dövlət informasiya sistemləri arasında təhlükəsiz məlumat mübadiləsini həyata keçirən “Rəqəmsal Məlumat Mübadiləsi” və təkmil sertifikatlı gücləndirilmiş elektron imza və digər eyniləşdirmə vasitələri ilə vahid autentifikasiyanı təmin edən “Vahid Giriş” bu altsistemlərə daxildir.
EHİS-də xidmətlər “bir pəncərə prinsipi” əsasında “mygov”, “mygov biznes”, “Açıq məlumatlar” və “Geoportal” portalları üzərindən təqdim ediləcək.
Qeyd edək ki, sahibkarlıq subyektlərinə dövlət xidmətləri "mygov Biznes" portalı üzərindən təqdim olunacaq. “Rəqəmsal Razılıq” altsistemi vasitəsilə fərdi məlumatların sahibkarlıq subyektləri ilə qanuni əsasla paylaşılması mümkün olacaq, sahibkarlıq subyektlərinin xidmətləri “mygov” və “mygov Biznes” portalları vasitəsilə təqdim oluna biləcək. Həmçinin vətəndaş müraciətləri və informasiya sorğuları “mygov” portalı üzərindən göndərilə biləcək. Bundan əlavə, mobil tətbiqlər, virtual köməkçilər və digər rəqəmsal kanallar vasitəsilə də əlçatan olacaq. İstifadəçi yönümlü yanaşma və rahat interfeys prinsiplərinə əsaslanan bu imkanlar, vətəndaşların və biznesin rəqəmsal xidmətlərdən istifadəsini sadələşdirəcək.
Yeni Əsasnamənin tətbiqi dövlət idarəçiliyində rəqəmsallığı artırmaqla yanaşı, xidmətlərin sürətini və əlçatanlığını yüksəldəcək, dövlət qurumları arasında koordinasiyanı gücləndirəcək. Nəticədə həm vətəndaş, həm dövlət, həm də biznes üçün vaxt və resurs qənaəti təmin olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

