/ / Azərbaycanın QDİƏT-ə sədrliyi çərçivəsində Xarici İşlər Nazirləri Şurasının 50-ci iclası keçirilib
Azərbaycanın QDİƏT-ə sədrliyi çərçivəsində Xarici İşlər Nazirləri Şurasının 50-ci iclası keçirilib
28.06.2025 [09:24]
Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası videokonfrans formatında təşkil olunub.
Xarici İşlər Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, iclas zamanı müxtəlif sahələr üzrə QDİƏT daxilində mövcud təşəbbüslərin və yeni layihələrin reallaşdırılması, Təşkilatın müxtəlif sahəvi İşçi Qruplarının fəaliyyətinin nəticələri, QDİƏT-Avropa İttifaqı münasibətlərinin inkişaf etdirilməsi və təşkilatın iqtisadi gündəliyinin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, QDİƏT-in əlaqəli qurumları ilə əməkdaşlığın xüsusi rolunu nəzərə alaraq, onlarla mövcud qarşılıqlı fəaliyyət nəzərdən keçirilərək hazırkı əməkdaşlığın gücləndirilməsi üçün gələcək imkanlar müzakirə olunub.
QDİƏT regionunda əməkdaşlığın hazırkı durumu və inkişaf perspektivlərinə dair üzv ölkələrin nümayəndə heyətləri rəhbərlərinin çıxışları səsləndirilib, müvafiq qərar, tövsiyə və qətnamələr Nazirlər Şurası tərəfindən qəbul edilib.
Üzv ölkələr və QDİƏT Baş Katibi öz çıxışlarında son yarım il ərzində təşkilatın fəaliyyətini sədr ölkə qismində “Bağlantıların gücləndirilməsi, inkişafın təşviqi” şüarı altında fəal, inklüziv və effektiv şəkildə əlaqələndirdiyinə və irəlilətdiyinə görə Azərbaycan tərəfinə öz minnətdarlıqlarını ifadə ediblər. Toplantının sonunda təşkilatda sədrlik növbəti altı ay müddətinə Bolqarıstana təhvil verilib.
Azərbaycan Respublikasının sədrliyi dövründə QDİƏT çərçivəsində regional iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, nəqliyyat, enerji, rəqəmsallaşma və ticarət sahələrində inteqrasiyanın təşviqi istiqamətində ardıcıl və məqsədyönlü iş aparılıb. Azərbaycan eyni zamanda, QDİƏT Biznes Şurasına və QDİƏT Parlament Assambleyasına (PABSEC) da sədrlik edib və bu format çərçivəsində üzv dövlətlərin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət ayırıb.
Xəbər lenti
Hamısına baxGündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35

