Tarixi dəyişən Lider
19.06.2025 [09:39]
Zaman-zaman tarix səhnəsinə elə şəxsiyyətlər çıxır ki, onların varlığı bir millətin özünüdərkini bərpa edir, dövlətin taleyini dəyişir. Belə insanlar həyatları boyu təkcə qərarlar vermirlər - onlar xalqların ruhuna toxunur, keçmişlə gələcək arasında möhkəm körpü salırlar. Ümummilli Lider Heydər Əliyev məhz bu cür nadir şəxsiyyətlərdən biridir. Onun fəaliyyəti bir dövrün sərhədlərinə sığmadı - o, bütöv bir xalqın gələcəyinə yol göstərən işığa çevrildi.
1969-cu ildən etibarən Azərbaycan SSR rəhbərliyinə gələn Heydər Əliyev, sırf siyasi idarəçiliyi deyil, milli oyanışı əsas məqsəd kimi qarşıya qoydu. Onun uzaqgörənliyi nəticəsində sənaye, kənd təsərrüfatı, təhsil və mədəniyyət sahələrində ciddi irəliləyişlər baş verdi. Ən önəmlisi isə, o, milli düşüncənin dirçəlişini başlatdı. Azərbaycan gəncləri SSRİ-nin qabaqcıl universitetlərində təhsil almağa göndərilir, intellektual potensialın əsası qoyulurdu. Bu, sadəcə, kadr hazırlığı deyil, gələcəyin təməlini formalaşdırmaq idi.
Ulu Öndər Heydər Əliyev xalqına güvənməyi öyrətdi. O dövrdə Azərbaycan dili, ədəbiyyatı, mədəni irsi təkcə qorunmadı - fəxrlə təbliğ olunmağa başlandı. Millət özünə inam qazandı, keçmişi ilə barışdı və gələcəyinə doğru ümidlə addımlamağa başladı. Bu, təkcə rəhbərin yox, həm də müdrik bir xalq adamının mövqeyi idi. Onun verdiyi qərarlar arxasında dərin strateji baxışla yanaşı, millətinə olan sonsuz sevgi dayanırdı.
1990-cı illər Azərbaycanın tarixində ziddiyyətli və fırtınalı bir dövr idi. Dövlət müstəqilliyini yeni əldə etsə də, daxili çəkişmələr, sosial çətinliklər və Qarabağda davam edən müharibə ölkəni uçurumun kənarına gətirmişdi. Həmin vaxt xalqın tək ümidi bir daha Heydər Əliyevə yönəldi. 1993-cü ildə Onun xalqın çağırışı ilə yenidən siyasi arenaya qayıdışı, Azərbaycan tarixində dönüş nöqtəsinə çevrildi. Ölkədə hüquqi, siyasi və iqtisadi sabitlik bərpa olundu. Milli dövlətçiliyin əsasları möhkəmləndi, gələcəyə inam geri qayıtdı.
“Əsrin müqaviləsi” kimi tanınan neft strategiyası isə sadəcə, iqtisadi layihə deyildi - bu, Azərbaycanın müstəqil gələcəyinə açılan bir pəncərə idi. Heydər Əliyevin müəllifi olduğu bu müqavilə ilə ölkə beynəlxalq iqtisadi arenaya daxil oldu, regional güc statusu qazandı. Enerji diplomatiyası Azərbaycanın siyasi çəkisini artırdı, xalqın rifahını yüksəltdi.
Lakin Heydər Əliyevin siyasəti yalnız iqtisadi yüksəlişə və diplomatik balanslara hesablanmamışdı. O, millətin ruhunu qoruyur, sabaha ideoloji təməllər qururdu. “Mən hər zaman fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” fikri bir millətin tarixi qürurunu ifadə edən, vətəndaş şüurunu oyadan əbədi bir çağırışa çevrildi. Bu çağırış bu gün də Azərbaycanın inkişaf fəlsəfəsinin mərkəzində dayanır.
Məhz bu baxışla yetişən yeni nəsil bu gün müstəqil Azərbaycanın sütunlarına çevrilib. Dövlət idarəçiliyində, təhsildə, mədəniyyətdə, orduda, səhiyyədə Heydər Əliyevin qoyduğu yolun davamçıları uğurla fəaliyyət göstərirlər. Bu irsin daşıyıcılarından biri də Heydər Əliyev Fondudur. Fondun fəaliyyəti humanitar dəyərlərə, maariflənməyə, milli-mənəvi irsin qorunmasına xidmət edir. Onun adı artıq təkcə siyasi keçmişlə deyil, bu günlə və gələcəklə birgə səslənir.
Ulu Öndərin strateji kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi ilə Azərbaycan regionda söz sahibi olan, siyasi müstəqilliyini güclü iqtisadi əsaslarla möhkəmləndirən, öz torpaqlarını azad edən qalib bir dövlətə çevrildi. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər, təkcə hərbi gücün deyil, Heydər Əliyevin vaxtilə qurduğu milli birliyin və dövlətçiliyin təntənəsidir. Cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəltməklə yanaşı, bu irsin canlı daşıyıcısı olduğunu bir daha sübut etdi.
Heydər Əliyev təkcə keçmişin xatirəsi deyil - bu günün qüdrəti, sabahın ilhamıdır. Onun qurduğu dövlət bu gün müstəqil, güclü və qalibdirsə, bunun arxasında xalqına sarsılmaz inamla xidmət etmiş bir liderin adı dayanır. Bu ad bu gün də millətin qəlbində yaşayır, gələcəyimizə yol göstərir.
Ş. Hüseynova
Azərbaycan Dövlət Pedoqoji Universiteti
Xəbər lenti
Hamısına baxGündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35

