Siyavuş Novruzov: Mənim təklif və iradlarım nəzərə alınıb
02.08.2013 [09:58]
Milli Məclisin müxtəlif iclaslarında deputatlar seçildikləri bölgələrdəki mövcud problemləri mütəmadi olaraq çıxışlarında qabardırlar. Bu məsələlərin bir qismi artıq həllini tapıb. “Modern.az” bu mövzuda deputatlardan fikirlərini öyrənib.
5 saylı Şahbuz-Babək seçki dairəsindən millət vəkili seçilmiş Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş Novruzov parlament iclaslarında qaldırdığı məsələlərdən danışarkən Naxçıvan əhalisinin nəqliyyat ehtiyacını daim qabardıb: “Naxçıvanlıların təyyarə ilə Bakıya getməsi və geriyə qayıtmasının baha olduğunu nəzərə çatdırdım. Təklif edirəm ki, dövlət həmin məqsədlə dotasiyanın həcmini artırsın”.
Başqa bir iclasda S.Novruzov AMEA-da çalışanların əksəriyyətinin cəmiyyət və dövlət üçün heç bir ciddi töhfə vermədiyini qabartmışdı: “AMEA-da elə institutlar var ki, heç nə ilə məşğul olmurlar. Hətta Ramazan bayramının nə zaman gəldiyini belə deyə bilmirlər”.
Daha bir iclasda isə Siyavuş Novruzov yol kənarlarında sürücülərin avtomobillərini saxlamasına diqqət çəkib.
“Modern.az”-a açıqlamasında Siyavuş Novruzov bildirib ki, Milli Məclisdə qaldırılan məsələlərlə bağlı artıq konkret addımlar atılır: “Yol dayanacaqları ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyəti xüsusi sərəncam verdi və bəzi küçələrdə maşınların saxlanılması ilə əlaqədar qadağalar qoydu. O cümlədən yeni açılmış 4500 maşınlıq avtomobil parkının istifadəyə verilməsi ilə əlaqədar bu ərazilərdə maşınların ora yığılması və toplanılan vəsaitin də nəzarət altında düzgün istifadə olunması qeyd olunub. Həmçinin, bu yaxınlarda “Azadlıq” meydanının altındakı avtomobil dayanacağı da istifadəyə veriləcək, bununla da şəhər mərkəzindəki tıxacların aradan qaldırılması üçün kifayət qədər imkanlar yaranacaq ki, yol kənarında maşınlar saxlanılmasın”.
Deputat elm adamları ilə bağlı da addımlar atıldığını qeyd edib: “Akademiyanın yeni seçilmiş rəhbərliyi yeni sistem tətbiq edir, addımlar atır və yəqin ki, gələcəkdə də davam edəcək. Naxçıvan vətəndaşları üçün isə müəyyən güzəştlər var və bilavasitə Naxçıvan vətəndaşları, orada yaşayan insanlar üçün güzəştlər davamlı olmalıdır”.
S.Novruzov bildirib ki, onun bir sıra məsələlərlə bağlı təklif və iradları nəzərə alınıb. O, həmçinin, deyib ki, müəyyən məsələlər var ki, növbəti sessiyalarda onları da qabardacaq.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22

