Münasibətlərimiz qarşılıqlı hörmət əsasında inkişaf edir
18.04.2025 [09:47]
Sloveniya şirkətləri işğaldan azad olunmuş ərazilərin bərpasında iştirak edə bilər
Azərbaycanın xarici siyasətində Avropa ölkələri ilə əlaqələr önəmli yer tutur. Bu baxımdan, ölkəmiz Sloveniya ilə də əməkdaşlığı genişləndirir. Sloveniya Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri Tanya Fayonun Azərbaycana səfəri ölkələrimiz arasında münasibətlərin inkişafının göstəricisidir.
Diplomatik münasibətlərin 30 illiyi qeyd ediləcək
Qeyd edək ki, aprelin 17-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tanya Fayon ilə görüşüb. Təkbətək və geniş tərkibdə görüşlər zamanı Azərbaycan və Sloveniya arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti, inkişaf perspektivləri, o cümlədən siyasi dialoqun intensivləşdirilməsi, yüksəksəviyyəli təmasların artırılması, müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub. Azərbaycan-Sloveniya münasibətlərinin dostluq, qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsiplərinə əsaslandığı vurğulanıb, 2026-cı ildə diplomatik münasibətlərin 30 illiyinin qeyd ediləcəyi diqqətə çatdırılıb. İkitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı baxımından siyasi dialoq, yüksəksəviyyəli səfərlər, parlamentlərarası əlaqələr, iqtisadi və humanitar mübadilələrin böyük önəm daşıdığı vurğulanıb.
Tərəflər enerji, yaşıl texnologiyalar, nəqliyyat, İKT, kimya və əczaçılıq, turizm və digər sahələr üzrə əməkdaşlıq imkanlarını, eləcə də iqtisadi-ticarət əlaqələrinin, ticarət dövriyyəsinin genişləndirilməsi və artırılması üçün potensialı müzakirə ediblər. Təbii qaz və energetika sahəsində ötən il ərzində Azərbaycanın “SOCAR” və Sloveniyanın “Geoplin” şirkətləri, eləcə də iki ölkənin Energetika nazirlikləri arasında imzalanmış sənədlər xüsusilə qeyd olunub.
Azərbaycan Sloveniyanın enerji təhlükəsizliyini təmin edir
Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-yenidənqurma prosesi, eləcə də beynəlxalq nəqliyyat dəhlizləri və Ələt Azad İqtisadi Zonası çərçivəsində əməkdaşlıq məsələlərinin Azərbaycan-Sloveniya əməkdaşlığı kontekstində böyük əhəmiyyət daşıdığı vurğulanıb.
Ceyhun Bayramov Tanya Fayona postmünaqişə dövründə bölgədəki vəziyyət, azad edilmiş ərazilərdə aparılan bərpa işləri, mina təhdidi ilə mübarizə və məcburi köçkünlərin qayıdışı barədə məlumat verib. Azərbaycan-Ermənistan sülh sazişi üzrə danışıqların hazırkı mərhələsi və bu prosesə mane olan amillər, xüsusilə də Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına istinadların mövcudluğu və artıq öz əhəmiyyətini itirmiş Minsk qrupu kimi təsisatların ləğv edilməsi məsələləri diqqətə çatdırılıb.
Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər və beynəlxalq platformalarda əməkdaşlığın perspektivləri müzakirə olunub.
Ermənistanla intensiv təmaslar davam etdirilir
Görüşdən sonra mətbuat konfransı keçirilib, nazirlər bəyanatla çıxış edərək, media nümayəndələrinin suallarını cavablandırıblar. Ceyhun Bayramov bildirib ki, Qarabağda və Şərqi Zəngəzurda Sloveniya şirkətləri üçün də əməkdaşlıq imkanlarının mövcud olduğunu düşünürük. O, Qarabağda və Şərqi Zəngəzurda aparılan yenidənqurma və bərpa işləri barədə sloveniyalı nazirə ətraflı məlumat verildiyini diqqətə çatdıraraq əlavə edib: “Azərbaycanın təbii qazı artıq Sloveniyaya çatdırılır. Bugünkü biznes-forum çərçivəsində konkret layihələr ətrafında müzakirələrin aparılması planlaşdırılıb. Bəzi şirkətlər arasında ilkin razılaşmalara nail olunub”.
Cənubi Qafqazda vəziyyətə gəlincə, C.Bayramov deyib ki, Azərbaycan Ermənistanla dialoqun aparılmasının və məsələlərin müzakirə olunmasının tərəfdarıdır. Nazir qeyd edib ki, son illərdə Ermənistanla intensiv təmaslar davam etdirilir: “Antalya Diplomatiya Forumu çərçivəsində Ermənistanın xarici işlər naziri ilə görüşüm oldu və mən bu görüşü kifayət qədər faydalı hesab edirəm. Hərçənd ki, belə görüşlər məsələlərin tam həllinə gətirib çıxarmasa da, tərəflərin fərqli mövqelərinin və arqumentlərinin qarşılıqlı şəkildə təqdim olunması baxımından əhəmiyyətlidir. Həmin görüş də məhz bu baxımdan faydalı oldu”.
Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində əsas istiqamətlərdən biri sərhədlərin delimitasiya və demarkasiyası, eləcə də bu sahədə dövlət komissiyalarının fəaliyyətidir. Nazir bildirib ki, son illərdə Ermənistanla aparılan intensiv təmaslar çərçivəsində bu istiqamətdə əhəmiyyətli irəliləyişlər əldə olunub. O, 2024-cü ili bu baxımdan yaddaqalan il kimi dəyərləndirib: “İlk dəfə olaraq danışıqlar nəticəsində razılıq əldə olundu və 1990-cı illərin əvvəlindən Ermənistanın işğalı altında olan Qazax rayonunun 4 kəndinin azad olunması prosesi həyata keçirildi. Dövlət komissiyaları arasında təmaslar davam edir və bu prosesin qarşıdakı aylarda da davam edəcəyi gözlənilir. Azərbaycan, ümumilikdə bu prosesə nikbin yanaşır”.
Kommunikasiyalaran açılması ilə bağlı hələ razılıq yoxdur
Azərbaycanın XİN başçısı əlavə edib ki, digər mühüm məsələ iki ölkə arasında nəqliyyat əlaqələrinin bərpasıdır: “Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında maneəsiz keçidin təmin olunması məsələsi də uzun müddətdir danışıqların mövzusudur. Təəssüf ki, bu istiqamətdə hələlik konkret nəticə əldə olunmayıb. Azərbaycan bu məsələdə irəliləməyə hazırdır, lakin Ermənistan razılaşmanın icrasını hələ də həyata keçirməyib. Ümumilikdə, kommunikasiya xətlərinin açılması ilə yanaşı, qərb bölgələri ilə Naxçıvan arasında birbaşa əlaqənin bərpası bizim üçün xüsusi əhəmiyyət kəsb edir”.
Tanya Fayon isə qeyd edib ki, Sloveniya Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasında maraqlıdır: “Sülh sazişi üzrə mətnin yekunlaşmasını alqışlayıram və hər iki tərəfi zəruri addımlar ataraq bu sənədi tezliklə imzalamağa çağırıram. Sülhün region üçün çoxsaylı faydaları olacaq. Bu, müxtəlif ticarət təşəbbüslərinin gerçəkləşməsinə şərait yaradacaq və həm region daxilində, həm də ondan kənarda müsbət nəticələr verəcək. Eyni zamanda, bu proses Şərqlə Qərbi birləşdirəcək mühüm kommunikasiya kanalı ola bilər”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına bax
Dünya
18 May 10:36

Dünya
18 May 09:28

Dünya
18 May 08:34

Dünya
18 May 07:55

Hadisə
18 May 07:48

İdman
18 May 07:43

İdman
17 May 23:30

Dünya
17 May 22:19

Elm
17 May 21:27

Siyasət
17 May 20:42

İdman
17 May 20:36

Sosial
17 May 19:25

Sosial
17 May 18:32

Sosial
17 May 17:26

Sosial
17 May 16:45

Sosial
17 May 15:34

Dünya
17 May 14:43

YAP xəbərləri
17 May 14:22

YAP xəbərləri
17 May 13:19

Gündəm
17 May 13:01

Gündəm
17 May 12:40

YAP xəbərləri
17 May 12:37

Gündəm
17 May 11:50

İqtisadiyyat
17 May 11:38

Siyasət
17 May 11:15

MEDİA
17 May 10:57

Sosial
17 May 10:34

Analitik
17 May 10:14

Analitik
17 May 09:57

Analitik
17 May 09:36

Siyasət
17 May 09:16

Ədəbiyyat
17 May 08:53

Sosial
17 May 08:31

Sosial
17 May 08:17

Dünya
16 May 23:32

Dünya
16 May 23:14

Gündəm
16 May 22:57

İqtisadiyyat
16 May 22:39

Sosial
16 May 22:19

Sosial
16 May 21:47

Dünya
16 May 21:27

İdman
16 May 20:45

YAP xəbərləri
16 May 20:38

Xəbər lenti
16 May 20:36

Dünya
16 May 20:21

Sosial
16 May 19:34

İqtisadiyyat
16 May 19:13

Xəbər lenti
16 May 18:33

YAP xəbərləri
16 May 18:11

Gündəm
16 May 18:01

Dünya
16 May 17:56
YAP xəbərləri
16 May 17:19

Dünya
16 May 17:12

Gündəm
16 May 16:50

Siyasət
16 May 16:20

Xəbər lenti
16 May 16:14

YAP xəbərləri
16 May 16:10

Siyasət
16 May 16:09

Sosial
16 May 15:57
YAP xəbərləri
16 May 15:32

YAP xəbərləri
16 May 14:59

Gündəm
16 May 14:58

Siyasət
16 May 14:54

Dünya
16 May 14:43

Gündəm
16 May 14:37

Sosial
16 May 13:21

Hərbi
16 May 12:16

Dünya
16 May 12:14

Elm
16 May 12:07

İdman
16 May 11:48
