İlk dəfə...
16.04.2025 [10:35]
Bakı Təşəbbüs Qrupunun keçirdiyi beynəlxalq konfrans BMT-nin tədbiri olaraq qeydiyyata düşüb
Azərbaycan müstəmləkəçiliyə və neokolonializmə qarşı mübarizə aparan xalqları dəstəkləyir. Dövlətimiz bu mövqeyini bütün beynəlxalq platformalarda bəyan edib. Bakı Təşəbbüs Qrupunun (BTQ) yaradılması da bu məqsədə xidmət edir. Belə ki, Bakı Təşəbbüs Qrupu Qoşulmama Hərəkatının 2023-cü ilin iyulun 5-6-da Bakıda keçirilmiş nazirlər toplantısı çərçivəsində baş tutan tədbirin nəticəsi olaraq yaradılıb. Yarandığı vaxtdan Bakı Təşəbbüs Qrupu ölkəmizdə və xaricdə, o cümlədən BMT müstəvisində həmin xalqların hüquqları ilə bağlı çoxlu sayda beynəlxalq konfrans təşkil edib.
Yeri gəlmişkən, BMT-nin Nyu-Yorkdakı Baş qərargahında Afrikaəsilli xalqların Daimi Forumunun 4-cü sessiyası keçirilib. BMT Baş Assambleyasının 2021-ci il 2 avqust tarixli qətnaməsi ilə yaradılmış Daimi Forum quldarlığın və kolonializmin səbəb olduğu ədalətsizliyin aradan qaldırılması üçün tədbirlər görür. Beynəlxalq hüquq çərçivəsində dünyada kolonializmə qarşı mübarizə aparan, müstəmləkəçiliyin fəsadlarını beynəlxalq müstəvidə ifşa edən Bakı Təşəbbüs Qrupu ilə Daimi Forum arasında qurulmuş əməkdaşlıq nəticəsində Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Qvadelup, Martinik, Kanaki (Yeni Kaledoniya), Sint Maarten, Reunyon, Bonayre, Aruba, Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianası nümayəndələrinin tədbirdə iştirakı təmin edilib.
Tədbirdə çıxış edən BTQ-nin icraçı direktoru Abbas Abbasov rəhbərlik etdiyi təşkilatın dekolonizasiya istiqamətində gördüyü işlər haqqında ətraflı məlumat verərək, Fransa və Niderlandın əsarəti altında olan ərazilərin bu gün də kolonial idarəetmədən əziyyət çəkdiyini təəssüflə xatırladıb. Onun sözlərinə görə, 2023-cü ilin iyul ayında Qoşulmama Hərəkatının nazirlər toplantısında təsis olunmuş Bakı Təşəbbüs Qrupu (BTQ) müstəmləkə əsarəti və neokolonializm rejimi altında yaşayan xalqların azadlıq və müstəqillik uğrunda mübarizələrinə daim və qətiyyətlə dəstək verir, həmrəyliyi və praktiki yardımı özünə öhdəlik kimi qəbul edir. A.Abbasov bildirib ki, Afrika və Afrika mənşəli xalqlar da müstəmləkəçiliyin törətdiyi faciələrdən kənarda qalmayıb: “Yaşamaq, azadlıq, bərabərlik, mədəni kimlik və dekolonizasiya hüquqları imtiyaz deyil. Bunlar BMT Nizamnaməsində, Qoşulmama Hərəkatının Bandunq prinsiplərində və digər bir çox beynəlxalq sənədlərdə təsbit olunmuş ümumbəşəri insan hüquqlarıdır. Buna baxmayaraq, bir çox Afrika ölkələri və Afrika mənşəli insanlar üçün bu hüquqlar hələ də reallıqdan çox arzu olaraq qalmaqdadır. Son iki il ərzində təşkilatımız təxminən 30 beynəlxalq konfransa ev sahibliyi edib.
İcraçı direktor əlavə edib ki, müstəmləkəçilik irsinin sadalanan mənfi təsirləri hələ də müstəmləkə siyasətindən əziyyət çəkən Qvadelup, Martinik, Boneyra, Sen Martin, Kanaki (Yeni Kaledoniya), Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianası, Reyunyon, Mayot, Korsika və digər ərazilərdən olan müstəqillik hərəkatlarının nümayəndə və liderlərini, dekolonizasiya üzrə ekspertləri və tədqiqatçıları bir araya gətirib: “Bu gün biz burada yalnız tarixi müzakirə etmirik, həm də gələcəyi formalaşdırırıq. Bu forum tarixən kənarda qalmış Afrika mənşəli xalqların səslərinin qlobal miqyasda eşidilməsi üçün mühüm bir platformadır”.
A.Abbasov forum çərçivəsində Bakı Təşəbbüs Qrupunun “Dekolonizasiya: Sakit İnqilab” adlı yan tədbir təşkil edəcəyini bildirib və iştirakçıları konfransa dəvət edib. O sonda əlavə edib ki, bu mübarizə təkcə keçmişin səhvlərini üzə çıxarmaq üçün deyil, daha ədalətli, daha inklüziv və insan hüquqlarına hörmət edən bir gələcəyin qurulmasına yönəlib.
BTQ-nin xətti ilə Forumda iştirak edən Qvadelup, Sint Maarten, Reunyon, Martinik, Fransız Qvianasından olan nümayəndələr də çıxışlarında Fransa və Niderlandın kolonial siyasətini qınayıb, ölkələrinin tezliklə müstəqil olması üçün səylərin birləşdirilməsinin vacibliyini vurğulayıblar.
Tədbirdə, həmçinin BTQ-nin sifarişi ilə BMT-nin tanınmış eksperti, ABŞ vətəndaşı Karlayl Korbin tərəfindən hazırlanmış “Fransız kolonializminin təkamülü: Siyasi və konstitusional tədqiqat” adlı hesabat sessiyanın iştirakçılarına təqdim olunub.
Qeyd edək ki, Forum çərçivəsində mediaya açıqlama verən BTQ-nin icraçı direktoru A.Abbasovun sözlərinə görə, son zamanlar Bakı Təşəbbüs Qrupu Afrika əsilli xalqların Daimi Forumu ilə sıx əməkdaşlıq qurub. O deyib ki, Bakı Təşəbbüs Qrupunun Afrika əsilli xalqların Daimi Forumunun 4-cü sessiyası çərçivəsində keçirdiyi beynəlxalq konfrans ilk dəfə BMT-nin tədbiri olaraq qeydiyyata düşüb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

