Yalan dəyirmanına su tökənlər...
05.04.2025 [08:41]
Öz siyasətində ardıcıl olaraq müstəqillik, suverenlik prinsiplərindən çıxış edən Azərbaycan erməni lobbisinin təsiri atında olan bir sıra dairələrin ölkəmizlə bağı irəli sürdükləri əsassız ittihamları heç vaxt cavabsız qoymur və ikili standartlara qarşı qətiyyətli mövqe sərgiləyir. Elə bu günlərdə Azərbaycan-Birləşmiş Krallıq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fariz İsmayılzadə Birləşmiş Krallıq parlamentinin Ermənistan üzrə parlament qrupuna etiraz məktubu ünvanlayıb. Məktubda deyilir ki, Birləşmiş Krallıq hökumətinə bu yaxınlarda etdiyiniz müraciətlə əlaqədar biz 30 illik erməni işğalı dövründə törədilmiş müharibə cinayətləri, etnik təmizləmələr və hərbi təcavüz üçün məsuliyyət daşıyan şəxslərin mühakiməsi prosesini nüfuzdan salmağa yönələn əsassız ittihamları qətiyyətlə rədd edirik. Bu insanların “hərbi əsir” adlandırılması, azadlığa buraxılmasına çağırışlar edilməsi onların törətdikləri və əsaslı sübutlarla təsdiqlənən cinayətlərinə göz yumulması deməkdir.
Dəhşət saçan müharibə cinayətləri
Ermənistanın ötən əsrin doxsanıncı illərinin əvvəllərindən başladığı təcvüzkarlıq siyasəti nəticəsində Azərbaycan sözün əsl mənasında humanitar fəlakətlə üzləşib. Üç onillik ərzində ərazilərimizdə ermənilərin törətdikləri çoxsayı müharibə cinayətləri dəhşət saçır. İşğal zamanı Ermənistan bir milyona yaxın azərbaycanlını zorla yurd-yuvasından didərgin salıb, Xocalı soyqırımı, urbisid, kultursid və ekosid aktları törədib. Azərbaycan şəhərləri və kəndləri yerlə-yeksan edilib, onun mədəni və dini mirası dağıdılıb, ətraf mühitə ciddi ziyan vurulub. Bundan əlavə, Ermənistan işğal olunmuş ərazilərdə minalar basdıraraq Azərbaycanı dünyanın minalarla ən çox çirklənmiş ölkələrindən birinə çevirib. Bu minalar mülki insanları öldürməyə və yaralamağa davam edir, keçmiş köçkünlərin geri dönməsini və bərpa səylərini ləngidir. Postmünaqişə dövründə 380-dən çox vətəndaşımız mina partlayışında həyat və sağlamlıqlarını itirib. Ümumilikdə isə Azərbaycanda 4 minə yaxın mina qurbanı qeydə alınıb.
Məktubda göstərilir ki, bütün bu hadisələrin daha bir dəhşətli nəticəsi isə itkin düşmüş 4 minə yaxın azərbaycanlının, o cümlədən qadınların və uşaqların aqibətidir. Ermənistan kütləvi məzarlıqlar barədə məlumat verməkdən imtina edir. Bununla yanaşı, erməni liderləri uzun müddətdir ki, azərbaycanlılara qarşı etnik nifrəti qızışdırırlar. Bütün bu cinayətlərə baxmayaraq, Ermənistanda heç kəs məsuliyyətə cəlb edilməyib, hərbi cinayətkarlar isə hələ də hörmət sahibidirlər. Birləşmiş Krallıq parlamentinin Ermənistan üzrə parlament qrupu öz ölkəsinin hökumətinə müraciət ünvanlayanda ilk növbədə bu kimi faktlara istinad etməli və həqiqətin izinə düşməli idi. Belə görünür ki, Birləşmiş Krallıq parlamentinin bəzi üzvlərinə həqiqət axtarışı ümumiyyətlə lazım deyil. Onlar öz məsuliyyətlərini, eləcə də Azərbaycanın Avropa üçün önəmini unudaraq yalan dəyirmanına su tökməklə məşğuldurlar. Onların bu mövqeyi hazırda iki ölkə arasında cərəyan edən sülh prosesinə mənfi təsir göstərir. Məktubda bildirildiyi kimi, bu prosesin tənqid edilməsi haqq-ədalətə etinasızlıq göstərilməsi, etnik təmizləmənin və təcavüzün dolayısı ilə dəstəklənməsi deməkdir.
Azərbaycanın suveren hüququ
Qalib Azərbaycan ərazi bütövlüyünün və suverenliyinin bərpasına öz gücünə nail olduqdan sonra ədalət mühakiməsini təmin edir. 200-dən çox erməni Azərbaycan tərəfindən humanitar akt qaydasında azad edilsə də, separatçı rejimin 30 illik işğal dövründə bir sıra dəhşətli müharibə cinayətlərində təqsirli bilinən üzvləri hazırda Bakıda məhkəmə qarşısına çıxarılırlar. Azərbaycan qanunvericiliyinə uyğun olaraq, onlar hərbi təcavüz, müharibə cinayətləri, zorakılıqla yoxa çıxarma, qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq, işgəncə vermə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və s. kimi cinayətlərdə ittiham edilirlər. Məktubda vurğulandığı kimi, məhkəmə prosesi şəffafdır, hüquqi təmsilçilik təmin edilir və amansız rəftarla bağlı heç bir şikayət daxil olmayıb. Yeri gəlmişkən, ədalət mühakiməsinə cəlb olunan şəxslərin özləri də istintaq prosesində onlara hər hansı bir təzyiq göstərilmədiyini dəfələrlə dilə gətiriblər.
Ərazilərimizdə müharibə cinayətləri törətmiş şəxsləri mühakimə etmək və ədaətin bərpasına nail olmaq Azərbaycanın suveren hüququdur və heç bir xarici dövlət, beynəlxalq təsisat buna müdahilə edə bilməz. Müharibə cinayətlərinə yol vermiş şəxslər layiq olduqları cəzalarını almalıdırlar və bu, mütləq qaydada təmin ediləcək. Erməni lobbisinin təsir altına düşən bəzi beynəlxalq təsisatların diqqətinə onu da çatdırmaq yerinə düşər ki, yuxarıda adları çəkilən şəxsərin özləri də zamanında yol verdikləri cinayətərin bir çoxunu etiraf ediblər. O da etiraf olunur ki, ərazilərimizdə törədilmiş müharibə cinayətlərinin böyük əksəriyyətinin sifarişləri məhz Ermənistan rəhbərliyindən, o cümlədən də hazırda özünü beynəlxalq auditoriyaya “sülh göyərçini” kimi təqdim etməyə çalışan baş nazir Nikol Paşinyandan gəlib.
Dünya üçün nümunə
Məktubda çox vacib məqamlara diqqət çəkilib. Bildirilir ki, davam edən məhkəmə prosesi Ermənistan tərəfindən törədilmiş hərbi təcavüzə və işğala, eləcə də onun siyasi və hərbi xadimlərinin daşıdıqları məsuliyyətə işıq salır. Bu proseslə bağlı “narahatlıq” mühakimənin gedişini pozmaq və məhkəmənin işinə müdaxilə etmək cəhdləri anlamına gəlir. Lakin bu cür əsassız mövqe tutmaq əvəzinə, hüquqi prosesə kömək göstərilməsi ədalət mühakiməsinə və bölgədə möhkəm sabitlik yaradılmasına töhfə verə bilərdi. “Bu cür məhkəmə yanaşması beynəlxalq birlik üçün gələcək münaqişələrin və beynəlxalq hüquq pozuntularının qarşısının alınmasında önəmli nümunədir. Cinayətlərə göz yumulması ədalətin bərqərar edilməsinə mane ola bilməz. Həqiqi və ədalətli məsuliyyət boş ritorika deyil, anlayışlı hərəkətlər tələb edir”, - deyə Azərbaycan parlamentinin təmsilçisi vurğulayıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxGündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21

