Almaniya Azərbaycandan üzr istədi
02.04.2025 [10:18]
Güclü dövlət olan Azərbaycan hər zaman ardıcıllıqla həyata keçirdiyi siyasətində müstəqillik, suverenlik prinsiplərindən çıxış edir və milli maraqları əsas götürür. Bunun nəticəsidir ki, beynəlxalq səviyyədə Azərbaycanla hesablaşırlar və ölkəmizin həqiqətlərini qəbul eirlər. Almaniya Prezidenti Administrasiyasının bu ölkənin Prezidentinin sosial media profilində yerləşdirilmiş postla bağlı Azərbaycan tərəfinə üzrxahlıq etməsi bunun daha bir təsdiqidir.
Rəsmi Bakının kəskin etirazı
Bu günlərdə Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Ermənistana səfəri çərçivəsində rəsmi instaqram səhifəsində Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “bayrağı” paylaşılıb. Azərbaycan Almaniya kimi nüfuzlu bir dövlətin Prezidentinin sosial media platformasında qondarma rejimin “bayrağı”nın paylaşılmasını və onun altında müvafiq mətnin yazılmasını ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı yönəlmiş cəhd kimi dəyərləndirib və buna kəskin etirazını bildirib. Dərhal iki ölkənin Prezident administrasiyaları və Xarici İşlər nazirlikləri arasında təmaslar başlayıb. O cümlədən martın 31-də Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann Xarici İşlər Nazirliyinə çağırılıb.
Görüşdə Almaniya Prezidentinin bu paylaşımının Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin dəstəkləndiyi barədə bəyanatlara, davam edən sülh prosesinə zidd olduğu vurğulanıb.
Bununla yanaşı, Qarabağ bölgəsinin erməni sakinləri barədə fikirlər ifadə olunarkən Azərbaycanın keçmiş işğal edilmiş ərazilərindən və Ermənistandan zorla qovulmuş 1 milyondan artıq azərbaycanlının hüquqlarına məhəl qoyulmamasının ölkəmizə qarşı qərəzli münasibətin daha bir göstəricisi olduğu bildirilib.
Azərbaycanın 30 ilə yaxın müddətdə davam etmiş münaqişəni hərbi-siyasi yolla həll etdiyi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdiyi, münaqişənin keçmişdə qaldığı Almaniya tərəfinin diqqətinə çatdırılıb. Azərbaycanda “Dağlıq-Qarabağ” adlı inzibati ərazi vahidi olmadığı xatırladılıb. Ərazilərimizə istinad edilərkən mövcud olmayan, siyasi qərəzli və saxta adlardan istifadədən çəkinməyin zəruriliyi diqqətə çatdırılıb. Görüşdə bölgəyə səfər zamanı bu açıq siyasi təxribatın qəbuledilməz olduğu, Almaniya tərəfinin bu paylaşıma görə ictimai şəkildə üzrxahlıq etməsinin zəruriliyi vurğulanıb.
Almaniya tərəfi səhfini etiraf edib
Azərbaycanın etirazı başadüşüləndir və ölkəmizin mövqeyi Almaniyada anlayışa qarşılanıb. Belə ki, Almaniya tərəfi bu postun səhvən yerləşdirildiyini etiraf edərək onu dərhal çıxarıb. Almaniya Prezidenti Administrasiyasının rəhbəri, Dövlət katibi Dörte Dingerin adından Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevə ünvanlanan məktubda baş vermiş bu hadisəyə görə üzrxahlıq ifadə olunaraq, məktubun mediaya verilməsinə razılıq bildirilib. Məktubda sözügedən paylaşımın texniki səhv səbəbindən dərc edildiyi və Almaniyanın Azərbaycanın ərazi bütövlüyünə dair məlum mövqeyi ilə bağlı heç bir məna kəsb etmədiyi bildirilir. Məktubda oxuyuruq: “Belə bir səhvə yol verilməsinə görə çox məyusam. Paylaşımın Azərbaycanda bəzi insanlarda yaratdığı yanlış təəssürata görə səmimi-qəlbdən üzr istəyirəm.
Federal Prezidentin qarşıdan gələn səfəri Azərbaycan-Almaniya tərəfdaşlığını möhkəmləndirmək və regionda davam edən sülh prosesinə dəstək vermək məqsədi daşıyır”.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

