Milli Məclisin növbədənkənar sessiyasının ikinci iclası keçirilib
22.06.2013 [09:27]
İyunun 21-də Milli Məclisin növbədənkənar sessiyasının ikinci iclası keçirilib.
AzərTAc xəbər verir ki, iclasın gündəliyinə ümumilikdə 19 məsələ daxil edilib.
Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Avropa Parlamenti artıq ikinci dəfədir Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən “təxirəsalınmaz qətnamə” qəbul edib. Həmin sənədi ölkəmizə təzyiq vasitəsi kimi dəyərləndirən O.Əsədov Milli Məclisin bu qətnaməyə kəskin münasibət bildirməsinin vacibliyini vurğulayıb.
Milli Məclis sədrinin təklifinə əsasən, “Avropa Parlamentinin 2013-cü il 13 iyun tarixli qətnaməsi ilə əlaqədar Milli Məclisin Bəyanatı” məsələsi gündəliyə əlavə olunub.
Oqtay Əsədov çıxışında Azərbaycanın Avropa İttifaqı, Milli Məclisin Avropa Parlamenti ilə tərəfdaşlıq və əməkdaşlıq əlaqələrinin genişlənməsi tarixinə toxunub. Sədr bir sıra arqumentlərə istinadla xaricdə Azərbaycanın inkişafına, müstəqil siyasət yürütməsinə qarşı çıxan qüvvələrin mövcudluğunu vurğulayıb. Bildirib ki, budəfəki qətnamənin qəbul olunduğu iclasda Avropa Parlamentinin 754 üzvündən cəmi 32-nin iştirak etməsinə baxmayaraq, sənəd qurumun adından göndərilib.
“Avropa Parlamentinin 2013-cü il 13 iyun tarixli qətnaməsi ilə əlaqədar Milli Məclisin Bəyanatı” məsələsinin müzakirəsində deputatlar Musa Quliyev, Siyavuş Novruzov, Valeh Ələsgərov, Asəf Hacıyev, Sahibə Qafarova, Azay Quliyev, Fərəc Quliyev, Musa Qasımlı, Hadi Rəcəbli, Fazil Mustafa, Əli Əhmədov, Fəzail Ağamalı, Fəzail İbrahimli, Yaqub Mahmudov və başqaları fikirlərini bölüşüblər. Qeyd olunub ki, sözügedən qətnamə bütövlükdə Azərbaycan ictimaiyyətini narahat edən, qərəzli, əsassız, hüquqi cəhətdən qeyri-ciddi və Azərbaycan-Avropa İttifaqı münasibətlərində etimadsızlıq doğura biləcək sənəddir.
Geniş müzakirələrdə Milli Məclisin üzvləri Azərbaycanın haqlı və ədalətli mövqeyindən, demokratiya yolu ilə qətiyyətlə addımlamasından söz açıblar. Onlar dünya ölkələrində baş verən bir sıra hadisələri və oxşar hadisələrə fərqli prizmadan yanaşmaları yada salaraq bu qətnamənin də ikili standartların ifadəsi olduğunu bildiriblər.
İclasda bəyanatın mətninin hazırlanması üçün Milli Məclis sədrinin müavini Valeh Ələsgərovun sədrliyi ilə işçi qrupu yaradılıb.
Daha sonra gündəlikdəki digər məsələlərə baxılıb.
İclasda bir sıra qanun layihələrini təqdim edən beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ilk olaraq “Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyası haqqında” Əsasnamənin təsdiqinə dair qanun layihəsi barədə məlumat verib. Sənəd ratifikasiya edildikdən sonra bu ilin may ayında Vyanada imzalanmış “Azərbaycan Respublikası və Avstriya Respublikası arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında” Bəyannamə barədə məlumat dinlənilib. Qeyd olunub ki, bu sənəd Azərbaycanın dünyada etibarlı tərəfdaş olduğunu bir daha sübut edir.
Bəyannamə səs çoxluğu ilə təsdiq edilib.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin məlumatı dinlənildikdən sonra deputatlar 2001-ci ildə təsdiqlənmiş “Yerli özünüidarə haqqında” Avropa Xartiyasının 12-ci maddəsinin 2-ci bəndinə dair Azərbaycan Respublikasının Bəyanatı”nda dəyişiklik edilməsinə səs veriblər.
Parlament “Azərbaycan Respublikasının və Latviya Respublikasının aviasiya hakimiyyəti orqanları arasında əməkdaşlıq haqqında” Protokolun təsdiq olunmasına razılıq verib.
Daha sonra “Azərbaycan Respublikası Hökuməti ilə Makedoniya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Makedoniya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” sazişlər də təsdiqlənib.
Parlament bir sıra qanunlara dəyişikliklər edib.
İclasda Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, qanun layihəsinə təklif olunan dəyişiklik cinayət işləri üzrə təhqiqatın aparılması maddəsinə aiddir. Deputatlar məsələyə müsbət münasibət bildiriblər.
“İcra haqqında” Qanunun müvafiq maddələrinə təklif olunan dəyişikliklər də ətraflı şərh olunub.
Dəyişikliklər səsverməyə qoyularaq qəbul edilib.
Milli Məclis üzvlərinin nəzərinə çatdırılıb ki, “İcra məmurları haqqında” Qanunda təklif olunan dəyişiklik bu sənədin İnzibati Prosessual Məcəlləyə uyğunlaşdırılması ilə bağlıdır.
Parlament dəyişiklikləri təsdiq edib.
“Bank olmayan kredit təşkilatları haqqında” və “Banklar haqqında” qanunlara təklif olunan dəyişikliklər də səs çoxluğu ilə qəbul olunub.
Parlament “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında”, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “Xidməti və mülki silah haqqında”, “Yol hərəkəti haqqında” qanunlara, həmçinin “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”yə təklif olunan dəyişiklikləri də təsdiqləyib.
Milli Məclis sədrinin müavini Valeh Ələsgərov deputatları “Avropa Parlamentinin 2013-cü il 13 iyun tarixli qətnaməsi ilə əlaqədar Milli Məclisin Bəyanatı”nın mətni ilə tanış edib. Bəyanat müzakirə olunduqdan sonra səs çoxluğu ilə qəbul edilib.
Bununla da Milli Məclisin növbədənkənar sessiyasının ikinci iclası başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33

