/ / XİN: Ermənistanın Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan şəxslərlə bağlı əsassız iddialarını rədd edirik
XİN: Ermənistanın Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan şəxslərlə bağlı əsassız iddialarını rədd edirik
28.02.2025 [17:00]
Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanda erməni məhbuslarla və hərbi cinayətlərdə ittiham olunan şəxslərlə pis rəftar, o cümlədən onların davam edən məhkəmə prosesi ilə bağlı əsassız iddiaların qeyd olunduğu 28 fevral tarixli bəyanatını qətiyyətlə pisləyir və rədd edirik.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin məsələ ilə bağlı şərhində bildirilib.
A.Hacızadə qeyd edib ki, Ermənistanın 30 ilə yaxın müddətdə qayğısına qaldığı separatçı liderlər və saxlanılan digər erməniəsilli şəxslər ya müharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağır cinayətlərdə ittiham olunur, ya da artıq bu cinayətlərə görə məhkum ediliblər. Cenevrə konvensiyalarına, habelə ümumilikdə beynəlxalq və milli qanunvericiliyə uyğun olaraq Azərbaycan bu kimi cinayətlərin araşdırılması, həmçinin mühakiməsi üzrə hüquq və öhdəliklərə malikdir. Bu kimi həbslərin tam hüquqi əsası var və bu, saxlanılan şəxslərin hüquqlarına xələl gətirmir. Hətta saxlanılan şəxslər hərbi əsir olsalar belə, III Cenevrə Konvensiyasına əsasən, ittiham oluna biləcəkləri bir cinayət törətdiklərinə görə cinayət təqibi davam edən hərbi əsirlər, bu kimi məhkəmə prosesi bitənə və lazım gələrsə, cəzalarını çəkib bitirənə qədər məhbusluqda saxlanıla bilər.
“Təqsirləndirilən şəxslərin bütün hüquq və vəzifələri lazımi qaydada təmin olunub və izah edilib, bütün məhkəmə prosesi və ifadələri qeydə alınıb. Azərbaycanda məhbuslara qarşı qəddar rəftarla bağlı iddialar müstəqil şəkildə araşdırılıb və bu iddialar yalandır. Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin mütəmadi səfərləri, ailə üzvləri ilə telefon və video əlaqələri həyata keçirilib, sonuncu dəfə belə görüş fevral ayında təşkil olunub.
Yaxşı məlumdur ki, Azərbaycan 2020-ci il müharibəsindən sonra humanitar jest olaraq, habelə beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə uyğun şəkildə hərbi əsir statusu olan və ya saxlanılan şəxs hesab edilən 200 nəfərdən çox ermənini azadlığa buraxıb və repatriasiya edib. Buna baxmayaraq, Azərbaycan tərəfindən Ermənistana qaytarılandan sonra həmin şəxslərin bəziləri Ermənistan hakimiyyəti tərəfindən həbs olunub və sorğu-sual edilib. Ermənistan XİN-ə onu da xatırlatmaq istərdik ki, Azərbaycan, həmçinin 2023-cü ildə həyata keçirdiyi antiterror tədbirlərindən sonra 10 mindən çox şəxsi heyətə malik qeyri-qanuni erməni silahlı qüvvələrinə silahı yerə qoymağa və Azərbaycan ərazilərini tərk etməyə icazə verməklə böyük jest edib.
Azərbaycandan fərqli olaraq, Ermənistan nə azərbaycanlı hərbi əsirlərə və həbs edilmiş mülki şəxslərə qarşı ləyaqəti alçaldan rəftar halları ilə bağlı heç bir araşdırma başlatmayıb, nə də itkin düşmüş 4000 azərbaycanlının yeri barədə məlumatların verilməsində əməkdaşlıq edib. Şahidlərə və çoxsaylı faktlara əsasən, beynəlxalq humanitar hüquq, o cümlədən 1949-cu il Cenevrə konvensiyaları kobud şəkildə pozularaq, bütün azərbaycanlı hərbi əsirlərə işgəncə verilib, onlar pis rəftara məruz qalıb, ləyaqəti alçaldan şəraitdə saxlanılıb.
Görünən odur ki, Ermənistan tərəfindən belə bir bəyanatın verilməsi bu ölkənin siyasi rəhbərliyinin bir zamanlar Azərbaycana qarşı təcavüz aktı və siyasətini davam etdirmək naminə bütün vasitələrlə açıq şəkildə dəstəklədikləri şəxslərin hazırda müharibə cinayətləri törətməkdə ittiham edilməsi ilə əlaqədar məhkəmə prosesi ilə bağlı nə qədər narahat olduqlarını nümayiş etdirir. Ermənistanın işğalçı və təcavüzkar ölkə kimi dövlət məsuliyyəti və bir sıra qanunsuz əməlləri danılması mümkün olmayan faktdır. Beləliklə, bu əməllərdə təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb olunmaları siyasi manipulyasiya ilə xələl gətirilə bilinməyəcək qədər haqq işidir.
Hətta bu gün də müharibə cinayətlərində ittiham olunan şəxslərin məhkəmə prosesini alqışlamaq əvəzinə, bu məhkəməni “səhnələşdirilmiş” adlandıran Ermənistan onilliklər ərzində səbəb olduğu yaraları sağaltmaqda və bu prosesin üzə çıxara biləcəyi həqiqətlə üzləşməkdə maraqlı deyil.
Bu kritik dönəmdə Azərbaycan tərəfi Ermənistan tərəfinin hərbi cinayətləri törədənlərin məsuliyyətə cəlb edilməsi də daxil olmaqla, regionda sülh səylərinə xələl gətirən əsassız bəyanatlardan çəkinəcəyini gözləyir”, - deyə A.Hacızadə bildirib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

