/ / Bakıda Azərbaycan-Belarus diplomatik münasibətlərinin yaradılmasının 20 illiyinə həsr olunmuş forum keçirilib
Bakıda Azərbaycan-Belarus diplomatik münasibətlərinin yaradılmasının 20 illiyinə həsr olunmuş forum keçirilib
12.06.2013 [00:49]
Dünən Azərbaycan Diplomatik Akademiyasında (ADA) Azərbaycan-Belarus diplomatik münasibətlərinin yaradılmasının 20 illiyinə həsr olunmuş forum keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, ADA-nın rektoru, akademik Hafiz Paşayev xalqlarımız və dövlətlərimiz arasında səmimiyyət üzərində qurulmuş əlaqələrdən, siyasi, iqtisadi və mədəni sahələrdə səmərəli əməkdaşlıqdan danışıb. Rəhbərlik etdiyi ali təhsil müəssisəsində belə tədbirlərin tez-tez keçirildiyini qeyd edən Hafiz Paşayev deyib ki, Azərbaycan-Belarus diplomatik münasibətlərinin yaradılmasının 20 illiyinə həsr olunmuş forumun keçirilməsi üçün ADA ən yaxşı məkandır.
İki ölkə arasında diplomatik münasibətlərin təməlinin 1993-cü il iyunun 11-də qoyulduğunu diqqətə çatdıran akademik Hafiz Paşayev ötən 20 il ərzində ölkələrimiz arasında münasibətlərin inkişafından, əldə olunan uğurlardan danışıb. Bildirilib ki, hazırda iki ölkə arasında əlaqələr bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, mədəni sahələrdə dinamik inkişaf edir. Azərbaycanda və Belarusda tez-tez qarşılıqlı mədəniyyət günləri keçirilir. Xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsində belə tədbirlərin böyük əhəmiyyəti var.
Ölkəmizin beynəlxalq münasibətlərdə əldə etdiyi uğurları diqqətə çatdıran akademik Hafiz Paşayev Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinin diplomatiyamızın ən böyük uğurlarından biri, beynəlxalq birlik tərəfindən dövlətimizin əhəmiyyətinin təsdiqi olduğunu qeyd edib, həmin vaxt Azərbaycanı dəstəklədiyinə görə Belarus Respublikasına təşəkkürünü bildirib.
Belarus Respublikasının xarici işlər naziri Vladimir Makeyin ölkəmizə səfərinin əhəmiyyətini qeyd edən akademik Hafiz Paşayev əminliklə vurğulayıb ki, belaruslu nazirin Bakıda keçirdiyi görüşlər ölkələrimiz arasında dostluq və mehriban tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə öz töhfəsini verəcək.
Belarus Respublikasının xarici işlər naziri Vladimir Makey Azərbaycanın paytaxtında sürətli inkişafa doğru böyük dəyişikliklərin baş verdiyini, Bakının, sözün əsl mənasında, memarlıq incisi və dünyanın ən gözəl şəhərlərindən biri olduğunu vurğulayıb. Qonaq deyib ki, hazırda respublikanız təməli Ümummilli lider, müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev tərəfindən qoyulmuş yolla inamla irəliləyir. Dövlətlərimizin müstəqilliyinin möhkəmləndirilməsi, xalqlarımızın rifahının daim yüksəldilməsi Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenkonun həyata keçirdikləri siyasətin prioritetlərindəndir.
Ölkəsinin Azərbaycan ilə münasibətlərə böyük əhəmiyyət verdiyini qeyd edən nazir deyib ki, Azərbaycan Belarusun mühüm strateji tərəfdaşlarındandır. Bakıya səfərinin ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 20 illiyi ilə üst-üstə düşdüyünü söyləyən V.Makey bu münasibətlə Azərbaycan və Belarus xalqlarını təbrik edib, iki ölkə arasında əlaqələrin daha da genişlənəcəyinə əminliyini bildirib.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov iki ölkə arasında münasibətlərin dərin köklərə bağlı olduğunu, Azərbaycan-Belarus əlaqələrinin bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə sürətlə inkişaf etdiyini bildirib. Nazir bu münasibətlərin genişlənməsində və dərinləşməsində dövlətlərimizin başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyətini xüsusi vurğulayıb.
Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirildiyini söyləyən nazir ölkələrimiz arasında elm, təhsil, yüksək texnologiyalar üzrə əməkdaşlıq çərçivəsində böyük işlərin görüldüyünü bildirib. Ə.Abbasov ötən 20 il ərzində iki ölkənin iqtisadi münasibətlərinin dinamik inkişafından, qazanılan uğurlardan və qarşıda duran vəzifələrdən də danışıb.
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, Azərbaycan-Belarus Dostluq və Əməkdaşlıq Cəmiyyəti sədrinin müavini, akademik Ziyad Səmədzadə ikitərəfli münasibətlərin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyini bildirib. Xalqlarımız və ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsində belə tədbirlərin əhəmiyyətini qeyd edən Milli Məclisin komitə sədri Azərbaycan-Belarus münasibətlərinin qurulmasında Ulu öndər Heydər Əliyevin böyük xidmətlərini və bu əlaqələrin hazırkı inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun uğurlu fəaliyyətlərini xüsusi vurğulayıb.
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Əli Hüseynli bildirib ki, dostluq münasibətlərinin daim möhkəmləndirilməsi, istər ikitərəfli, istərsə də beynəlxalq qurumlar çərçivəsində qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi yolunda səylər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək.
Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç 20 ildə qazanılmış uğurların qorunub saxlanmasının və daha da artırılmasının iki ölkənin qarşısında duran mühüm vəzifələrdən olduğunu bildirib.
İki ölkə arasında əlaqələrin inkişafına müstəsna töhfələr verdikləri üçün akademik Z.Səmədzadə, Ə.Hüseynli, Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayev, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyev, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru Mehriban Alışanova Belarus Respublikasının müvafiq qurumlarının fəxri fərmanları ilə təltif olunublar.
Tədbirdə, həmçinin iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasına həsr olunmuş poçt markasının təqdimat mərasimi keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

