ABŞ BMT-ni tərk edir?
22.02.2025 [11:32]
Yaxın zamanda ABŞ Birləşmiş Millətlər Təşkilatını tərk edə bilər - Respublikaçı konqresmenlər ABŞ-ın BMT-dən tam çıxması ilə bağlı qanun layihəsi təqdim ediblər. Bu layihə ölkənin BMT-yə üzvlüyünün ləğvini, təşkilatın maliyyələşdirilməsinin tam dayandırılmasını və BMT-nin sülhməramlı missiyalarında iştirakın qadağan olunmasını nəzərdə tutur.
Sənədin təşəbbüskarları hesab edirlər ki, BMT ABŞ-ın milli maraqlarına uyğun fəaliyyət göstərmir və ölkə bu təşkilata üzv qalmaqla həm siyasi, həm də maliyyə baxımından ciddi itkilərlə üzləşir. Respublikaçılar vurğulayırlar ki, ABŞ-ın BMT-yə ödədiyi vəsaitlər qeyri-effektiv xərclənir və təşkilatın beynəlxalq siyasətdəki mövqeyi Amerika dəyərləri ilə ziddiyyət təşkil edir.
Qeyd edək ki, qanun layihəsi ölkə daxilində ciddi müzakirələrə səbəb olub - demokratlar bu addımı beynəlxalq diplomatiyaya ağır zərbə kimi qiymətləndirir və ABŞ-ın qlobal liderliyini zəiflədə biləcəyini bildirirlər. Respublikaçılar isə hesab edirlər ki, ABŞ BMT-dən ayrılmaqla öz müstəqil xarici siyasətini daha sərbəst şəkildə həyata keçirə biləcək.
Hazırda layihənin Konqresdə nə dərəcədə dəstək qazana biləcəyi sual altındadır. ABŞ-ın BMT-dən çıxması üçün bu qanun layihəsinin həm Nümayəndələr Palatası, həm də Senat tərəfindən təsdiqlənməsi və prezident tərəfindən imzalanması tələb olunur.
Maraqlıdır, görəsən, Konqresdə qanun layihəsinin qəbul olunması nə dərəcədə realdır? Əgər ABŞ BMT-nin üzvlüyündən çıxarsa, təşkilatda hansı dəyişikliklər baş verəcək? Dünyada hansı proseslərin baş verəcəyinin şahidi olacağıq? Sözsüz ki, BMT-nin Təhlükəsizlik Şurasının 4 daimi üzvü qalacağı təqdirdə təşkilatın nizamnaməsinə yenidən baxılacaq...
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da 2023-cü il sentyabrın 19-da BMT-nin Baş Assambleyasının tribunasında təşkilatda ciddi dəyişikliklərin aparılmasına ehtiyac olduğunu bəyan etmişdi: “Biz BMT-nin rəhbərliyi altında dünyanın təhlükəsizliyi, sülhü və rifahının təmin edilməsinə cavabdeh olan qurumları sürətlə yenidən qurmalıyıq. Biz öz coğrafiyası və demoqrafik xüsusiyyətləri ilə dünyanın bütün mənşəyini, inanclarını və mədəniyyətlərini təmsil etməyə qadir olan qlobal idarəetmə arxitekturası qurmalıyıq. Nəticədə bir daha bütün qəlbimizlə deyirik ki, dünya beşdən böyükdür, daha ədalətli dünya mümkündür”.
Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ilin yanvarında telekanallara müsahibəsində BMT-də islahatların zəruri olduğunu qeyd etmişdi: “70 ilə yaxın müddətdə, xüsusilə də son 30 ildə baş verən hadisələr, siyasi-hüquqi mənzərə BMT-də islahatların zəruri olduğunu qeyd-şərtsiz təsdiqləyir. Birincisi, təşkilat faktiki olaraq hegemon güc mərkəzlərinin geosiyasi inhisarındadır. Xüsusilə də, Təhlükəsizlik Şurasında yer alan ölkələr istənilən qərarı qəbul edirlər, istədikləri vaxt hansısa qərara veto qoya bilirlər. Burada beynəlxalq hüququn subyekti, BMT-nin üzvü olan digər müstəqil dövlətlərin rəyləri, mövqeləri, demək olar ki, nəzərə alınmır”.
Məsələ ilə bağlı politoloq İlqar Vəlizadə “Yeni Azərbaycan” qəzetinə şəhrində qeyd edib ki, hazırda konqresdə belə bir qanunun qəbul olunması inandırıcı görünmür: “Güman etmirəm ki, Konqresdə belə bir qanun layihəsi qəbul olunacaq. Böyük ehtimalla, respublikaçılar öz istəklərinə nail ola bilməyəcəklər. Amma respublikaçılar öz hədəfinə nail olmaq üçün nə zamansa yenə də belə bir qanun layihəsi təqdim edə bilərlər”.
Politoloq vurğulayıb ki, Birləşmiş Ştatların BMT üzvlüyündən çıxması qlobal dünyada ciddi proseslərə gətirib çıxaracaq: “Ümumiyyətlə, İkinci Dünya müharibəsindən bəri davam edən status-kvo dəyişəcək, yəni indiki beynəlxalq siyasi sistem dağılmaq təhlükəsi ilə üz-üzə qalacaq. ABŞ öz istədiyi kimi hərəkət edəcək və maraqlarına uyğun sistemin qurulmasına çalışacaq. Digər böyük güclər də öz bildikləri kimi hərəkət edəcəklər. Qlobal dünya çoxqütblü sistemə transformasiya olunacaq”.
BMT-də islahatların keçirilməsinə gəlincə, İ.Vəlizadə bunun mümkün olduğunu bildirib: “ABŞ-ın BMT-ni tərk edəcəyi təqdirdə qurumun Təhlükəsizlik Şurası öz funksionallığını itirəcək. Belə demək mümkünsə, yeni oyunçulardan ibarət yeni Təhlükəsizlik Şurası qurula bilər”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59

