“Bu gün mən Milli Məclisə təklif verdim...”
22.02.2025 [09:16]
Parlament qəbul etdi
Milli Məclisin 24 fevral 1994-cü il 791 №-li qərarı
“...1994-cü il 26 fevral ərəfəsində mən Milli Məclisə təklif verdim. Milli Məclis qərar qəbul
etdi və Xocalı soyqırımı Xocalı faciəsi günü elan olundu. Bu gün bizim tariximizdə, bizim
təqvimimizdə matəm günüdür, hüzn günüdür. Bunu biz qanunla qəbul etdik....”
Heydər Əliyev
İnsanlıq əleyhinə cinayət
Unutsaq, unudularıq, deyiblər. Biz də soy-kökünə, milli-mənəvi dəyərlərinə bağlı olan bir xalq kimi, emənilərin zaman-zaman tarixi torpaqlarımızda azərbaycanlılara qarşı törətdikləri qətliamları, amansız deportasiyaları heç vaxt yaddan çıxarmırıq. Baş verənlər həm də hüquqi müstəvidə təsbit olunaraq gələcək nəsillərə çatdırılır. 1994-cü il fevralın 24-də Milli Məclis Xocalı soyqırımı ilə bağlı xüsusi qərar və dünya azərbaycanlılarına müraciət qəbul edib. Bəhs olunan qərara əsasən, ölkəmizdə 26 fevral “Xocalı soyqırımı günü” kimi müəyyənləşdirilib.
Qan yaddaşımıza yazılan faciə
XX yüzillikdə Azərbaycan xalqı 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə olmaqla düz dörd dəfə ermənilər tərəfindən amansız deportasiyaya, etnik təmizləmələrə məruz qalıb. Ötən yüzillikdə sərhəd tanımayan erməni vandalizminin növbəti ünvanı isə Xocalı şəhəri olub. Burada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən soyqırımı ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri cinayətlər sırasında xüsusi amansızlığı ilə fərqlənir. Həmin qanlı tarixdə keçmiş sovet ordusunun 366-cı alayının dəstəyi ilə Xocalıya hücum çəkən ermənilər bir gecənin içində bütün şəhəri yerlə-yeksan ediblər. Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır.
Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bugünədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlifdərəcəli bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib.
Sadalanan faktlar bir daha təsdiqləyir ki, ermənilər bütün beynəlxalq konvensiyaları tapdalayaraq Xocalıda insanlıq əleyhinə cinayət törədiblər. Ermənilər hər zaman özlərini dünyaya “mədəni” və yaxud “qəhrəman” xalq kimi təqdim etməyə çalışırlar. Ancaq Xocalı faciəsi bunun sadəcə mif olduğunu bütün təfərrüatları ilə ortaya qoyur.
Xocalı soyqırımına siyasi qiymət verilməsi
Xocalı faciəsini törədən, uşaqları, qadınları, qocaları xüsusi qəddarlıqla qətlə yetirən və sonradan bunu milli səviyyədə “qəhrəmanlıq dastanına” çevirən ermənilərin mənəviyyatsızlığı, insanlıqdan kənar olmaları öz yerində. Belə əməllər yalnız nifrətə layiqdir. Ancaq o dövrdə Azərbaycana rəhbərlik edən şəxslərin məsuliyyətsizliyi də heç bir ölçüyə sığmır. Həmin ərəfədə ermənilərin silahlanmasına, hücuma keçməyə hazırlaşmalarına aid xəbərlər gəlirdi. Xocalı sakinlərinin yaratdıqları yerli özünümüdafiə dəstələrinin müqavimətinə baxmayarq, şəhər ətrafında mühasirə həlqəsi getdikcə daralırdı. Bakıdan, respublika rəhbərliyindən kömək istənilirdi. Bununla belə, xocalıların fəryadına ögey münasibət bəslənildi. Şəhərin müdafiəsi, oradan əhalinin çıxarılması üçün hansısa bir tədbir görülmədi və nəticədə faciə qaçılmaz oldu.
Eyni zamanda, siyasi çəkişmələrin nəticəsi olaraq 1992-ci ilin yazında qeyri-qanuni yolla hakimiyyətə gələn AXC-”Müsavat” iqtidarı Xocalı faciəsinə hüquqi-siyasi qiymət verməyə tələsmədi. Bu da səbəbsiz deyildi. Bəhs olunan çütlük hakimiyyətə aparan yollarını xalqın məhrumiyyətləri və faciələri üzərindən açmışdılar. Onların yeganə məqsədi hakimiyyətə gəlmək idi və bu istəklərinə çatdıqdan sonra verdikləri bütün vədləri unutdular.
Xocalı faciəsinə siyasi qiymət 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi hakimiyyətinə qayıdan böyük siyasətçi Heydər Əliyevin təkidli səyləri sayəsində verildi. Milli Məclisdə bəhs olunan qərar da məhz Heydər Əliyevin təşəbbüsü əsasında çıxarıldı. Bundan sonra Prezident Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilib. Həmçinin 1998-ci ildə Heydər Əliyevin müvafiq sərəncamında Xocalı faciəsi soyqırımı adlanıb. 2002-ci ildə isə Milli Məclisdə soyqırımının 10 illiyi qətnaməsində 1992-ci ilin 26 fevralında baş verənlər soyqırımı kimi tanınıb.
Mübariz FEYİZLİ
“Xocalı soyqırımı (genosidi) günü haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı” adlanan sənəddə deyilir:
“Azərbaycan Respublikasının Milli Məclisi erməni təcavüzkarları tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında Milli Məclisin Qaçqınlar və xaricdə yaşayan soydaşlarla əlaqə komissiyasının təklifini müzakirə edərək qərara alır:
1. 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən
törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da “Xocalı soyqırımı günü” elan olunsun və bu barədə beynəlxalq təşkilatlara məlumat verilsin.
2. Xocalı hadisələri barəsində həqiqətin dünya xalqlarına çatdırılması və “Xocalı soyqırımı günü”nün beynəlxalq miqyasda keçirilməsi üçün dünya azərbaycanlılarına müraciət edilsin (müraciətin mətni əlavə olunur).
Bakı şəhəri, 24 fevral 1994-cü il”.
Xəbər lenti
Hamısına baxGündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15

