/ / Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bakının Nəsimi və Binəqədi rayonlarında uşaq bağçalarının əsaslı təmirdən sonra açılışında iştirak edib
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bakının Nəsimi və Binəqədi rayonlarında uşaq bağçalarının əsaslı təmirdən sonra açılışında iştirak edib
07.06.2013 [02:09]
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iyunun 6-da Nəsimi rayonundakı 74 və 92 nömrəli, Binəqədi rayonundakı 298 nömrəli körpələr evi-uşaq bağçalarının əsaslı təmirdən sonra açılışında iştirak edib.
Heydər Əliyev Fondunun prezidenti əvvəlcə 74 nömrəli körpələr evi-uşaq bağçasında yaradılmış şəraitlə tanış olub.
Mehriban xanım Əliyevaya və qızı Arzu Əliyevaya gül dəstələri təqdim edilib.
Azərbaycanın birinci xanımı bağçanın əsaslı təmirdən əvvəlki vəziyyətini əks etdirən fotostendə baxıb.
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verib ki, bu gün uşaqların keyfiyyətli təhsil və dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilməsi, qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq körpələr evlərinin, uşaq bağçalarının, internat və orta məktəblərin əsaslı şəkildə yenidən qurulması bu istiqamətdə aparılan işlərin ardıcıl xarakter aldığını nümayiş etdirir. Nəsimi rayonundakı 74 və 92 nömrəli körpələr evi-uşaq bağçaları da bu inkişaf proqramına uyğun olaraq əsaslı təmir edilib. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu uşaqlarımızın gələcəyinə yönələn müxtəlif layihələr həyata keçirir, dövlətin bu istiqamətdəki siyasətinə daim dəstək olur.
Qeyd edilib ki, 1962-ci ildən fəaliyyət göstərən bağçada bu illər ərzində heç vaxt əsaslı təmir işləri aparılmayıb. Ötən ilin mayında başlanılan əsaslı bərpa işləri nəticəsində bu məktəbəqədər təhsil müəssisəsində uşaqlar üçün lazımi şərait yaradılıb.
Mehriban xanım Əliyeva uşaq bağçasında yaradılan şəraitlə tanış olub.
Bildirilib ki, burada 75 uşağın təlim-tərbiyəsi ilə peşəkar mütəxəssislər məşğul olacaq. Bağçanın ikimərtəbəli binasında dörd qrup var. On iki otağı olan müəssisədə musiqi zalı da yaradılıb. Buradakı şərait uşaqların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmağa imkan verir.
* * *
Sonra Mehriban xanım Əliyeva Nəsimi rayonundakı 92 nömrəli körpələr evi-uşaq bağçasının da əsaslı təmirdən sonra açılışında iştirak edib.
Qeyd olunub ki, bu bağça da 1962-ci ildən fəaliyyət göstərir. Müəssisədə ayrı-ayrı illərdə bərpa işləri aparılsa da əsaslı təmirə ehtiyac yaranıb. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq ötən il burada əsaslı təmir işlərinə başlanılıb. Təmir işlərinin qısa zamanda və yüksək keyfiyyətlə həyata keçirilməsi üçün lazımi tədbirlər görülüb. Nəticədə bu uşaq bağçasındakı şərait ən müasir tələblərə uyğunlaşdırılıb.
Müəssisə ilə tanış olan birinci xanım Mehriban Əliyevanın diqqətinə çatdırılıb ki, ikimərtəbəli binada Azərbaycan bölməsi ilə yanaşı, rus bölməsi də fəaliyyət göstərəcək. Məktəbəqədər, orta və kiçik qrupların fəaliyyət göstərdiyi bağçada 2 yaşından 6 yaşadək, ümumilikdə 75 uşağın təlim-tərbiyəsi ilə 20 nəfərlik pedaqoji və xidməti heyət məşğul olacaq. Bu uşaq müəssisəsi də bütün zəruri avadanlıq, o cümlədən oyuncaqlarla təchiz edilib. Bağçaya Heydər Əliyev Fondu tərəfindən lazımi inventarlar hədiyyə olunub.
Mehriban xanım Əliyeva bağçada yaradılan şəraitdən razılığını bildirib.
Müəssisənin yerləşdiyi ərazidə yaşayan sakinlər Azərbaycanın birinci xanımını salamlayıblar.
* * *
Daha sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Binəqədi rayonunda əsaslı təmirdən sonra istifadəyə verilən 298 nömrəli körpələr evi-uşaq bağçasına gəlib.
Məlumat verilib ki, 298 nömrəli körpələr evi-uşaq bağçası da “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına əsasən əsaslı təmir olunub. 1968-ci ildən istifadədə olan bağçada əsaslı təmir işlərinə ötən ilin iyununda başlanılıb və qısa zamanda sona çatdırılıb. Burada uşaqların yaşaması, ilkin biliklərə yiyələnmələri, əylənmələri üçün hər cür şərait yaradılıb.
Qeyd olunub ki, 10 min 820 kvadratmetr ərazi təmizlənib, 1542 kvadratmetr sahəni əhatə edən ikimərtəbəli dörd bina tamamilə yenilənib. 230 yerlik uşaq bağçasında balacaların təlim-tərbiyəsi və əyləncəsi üçün hər cür şərait yaradılıb. Bağçanın həyəti abadlaşdırılıb. Xüsusilə də yay aylarında uşaqların bağçanın həyətində istirahət edib əylənmələri üçün müxtəlif oyun meydançası salınıb, yelləncəklər, attraksionlar quraşdırılıb. Bağçanın həyətində iki min kvadratmetr sahədə yaşıllıq salınıb, müxtəlif çiçəklər, gül kolları əkilib.
Məlumat verilib ki, burada 2-6 yaş arasında 12 məktəbəhazırlıq qrupu var. Uşaqların estetik zövqünü formalaşdırmaq üçün yaradılan musiqi zalında balacalar həm də özlərinin hazırlayacaqları tamaşaları təqdim edə biləcəklər. Burada müxtəlif nağıl qəhrəmanlarının obrazlarını yaratmaq üçün tamaşa zalı, səhnə quraşdırılıb. Bağçadakı tibb, mətbəx, yataq, dərs, yemək otaqları və ləvazimatları, məişət əşyaları, musiqi alətləri tamamilə yenilənib. Binanın girişində və dəhlizində müşahidə kameraları, yanğından mühafizə sistemi quraşdırılıb. Balacaların təlim-tərbiyəsi ilə 19 tərbiyəçi məşğul olacaq. Uşaqların gün ərzində dörd dəfə keyfiyyətli qidalanması üçün zəruri ərzaq məhsullarından ibarət menyu tərtib edilib.
Görülən işlərdən razı qalan Mehriban xanım Əliyeva bağçanın kollektivinə uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23

