Milli Məclisin iclasında...
15.02.2025 [11:13]
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib
Fevralın 14-də Milli Məclisin növbəti iclası keçirilib. Əvvəlcə spiker Sahibə Qafarova iclasın gündəliyi barədə məlumat verib. Gündəliyə 15 məsələ daxil edilib.
İlk olaraq “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2024-cü ildə fəaliyyəti haqqında məruzəsi” dinlənilib. Məruzəni ədliyyə nazirinin müavini Toğrul Hüseynov təqdim edib. O, 2024-cü ildə Ədliyyə Nazirliyində bələdiyyələrə inzibati nəzarəti həyata keçirmək və onların fəaliyyətinin səmərəliliyini artırmaq məqsədi ilə görülən işlər barədə məlumat verib. Nazir müavini bələdiyyələrin fəaliyyəti ilə bağlı metodoloji iş və maarifləndirmə, maliyyə idarəçiliyində şəffaflığı artırmaq üçün qanunvericilikdə edilən dəyişikliklər, bələdiyyə torpaqlarından qanunauyğun və səmərəli istifadə olunması və digər istiqamətlərdə görülən işləri diqqətə çatdırıb. Bildirilib ki, 2024-cü ildə hüquq ekspertizasından keçən 102 min 831 bələdiyyə aktının 97 faizi qanunvericiliyə uyğun olub. Nazir müavini, ümumilikdə, 2024-cü il ərzində həyata keçirilən tədbirlərin ölkəmizdə bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin olunmasına, yerli büdcə gəlirlərinin artırılmasına, bələdiyyələrin yerli özünüidarəetmə orqanı kimi ictimai nüfuzunun yüksəldilməsinə və digər aktual məsələlərə həsr olunduğunu söyləyib.
Məruzədə qeyd olunub ki, bələdiyyələrin fəaliyyətində rast gəlinən nöqsanlar bələdiyyə torpaqlarının idarə edilməsi, maliyyə vəsaitlərindən istifadə, şəffaflıq və hesabatlılığın təmini, bələdiyyə idarəçiliyi və digər məsələləri əhatə edir. Təhlillərin nəticələrinə əsasən yerli özünüidarəetmə fəaliyyətində yol verilən nöqsanlar bələdiyyənin adından başqalarına hüquq verən saxta sənədlərin hazırlanması, bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin saxta sənədlər əsasında satılması, bələdiyyənin vəzifəli şəxsləri tərəfindən bələdiyyə əmlakı barəsində təkbaşına qərar verilməsi faktlarıdır. Bundan başqa, nöqsanlar arasında bələdiyyənin vəzifəli şəxsləri tərəfindən bələdiyyə torpaqlarının istifadəsi və mühafizəsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməməsi, bələdiyyə əmlakının mənimsənilməsi və ya israf edilməsi, bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətinin, habelə hərraca və ya müsabiqəyə çıxarılan torpaqların ilkin qiymətinin bazar qiyməti nəzərə alınmadan real dəyərindən daha aşağı müəyyən edilməsi, bələdiyyənin vəzifəli şəxslərinin səhlənkarlığı nəticəsində yerli vergi və ödənişlərin, o cümlədən icarə haqlarının toplanması işi aşağı səviyyədə təşkil edilməklə bələdiyyənin maliyyə vəziyyətinin əsaslı şəkildə pisləşməsi var.
Məruzədə bildirilib ki, 2024-cü il ərzində İnzibati Xətalar Məcəlləsinin 549-cu (bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın fəaliyyətinə mane olma) maddəsi ilə 103 inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib. Həmin protokollar əsasında 77 bələdiyyənin vəzifəli şəxsi məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilib, 15 inzibati xəta protokoluna xitam verilib və 11-i isə hazırda məhkəmələrin icraatındadır. Bələdiyyələrlə onların fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan arasında elektron sənəd dövriyyəsi təşkil edildikdən sonra bələdiyyə aktlarının vaxtında təqdim edilməməsi hallarının, habelə bununla bağlı bələdiyyələrin vəzifəli şəxsləri tərəfindən törədilən inzibati xətaların sayı əhəmiyyətli dərəcədə azalıb.
Bundan başqa, ötən il 9 min 720 hektar torpaq sahəsinin ayrılmasına dair bələdiyyələr tərəfindən verilən aktlar qanunsuz hesab edildiyindən ləğv olunub. Məruzəyə əsasən, bu, 9 min 686 hektar torpaq sahəsinin icarəyə, 34 hektar torpaq sahəsinin isə mülkiyyətə verilməsi haqqında qərarlar olub. Sənəddə bildirilib ki, il ərzində örüş sahələrinin qanunsuz olaraq ayrı-ayrı şəxslərə ayrılması, zəbt olunması və digər pozuntulara qarşı qanuna müvafiq tədbirlər davam etdirilib, nəticədə 3 min 376 hektar örüş sahəsi ilə bağlı qanunsuz bələdiyyə aktları inzibati nəzarət orqanının təklifləri və ya məhkəmələrə verilmiş iddialar əsasında ləğv olunub, ya da dəyişdirilib.
Eyni zamanda, “Elektron icra” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumata əsasən 2024-cü il ərzində debitor borcların ödənilməsi ilə bağlı bələdiyyələr tərəfindən qəbul edilmiş 11 min 290 inzibati akt (2023-cü il ərzində 5 min 585) icra məmurları tərəfindən icraata qəbul olunub və icraatda qalıqla birgə 16 min 785 inzibati akt olub. Onlardan 6 min 669 aktın (2023-cü il ərzində 7 min 523) icrası təmin edilib.
Müzakirələr zamanı çııxş edən millət vəkilləri ötən il yerli özünüidarəetmədə baş verən dəyişikliklərdən, son bələdiyyə seçkilərindən söz açıb, bələdiyyənin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin əsas aspektlərindən danışıblar. Qeyd edilib ki, Ədliyyə Nazirliyinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2024-cü il üzrə məruzəsi dolğun və ətraflı hazırlanıb. Məruzədə həm bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət, həm də onlara metodoloji yardım üzrə il ərzində həyata keçirilən məqsədyönlü işlər və digər əhəmiyyətli tədbirlər geniş şəkildə əks olunub. Deputatlar, həmçinin bu sahədə mövcud problemlərin həlli ilə bağlı fikir və təkliflərini də səsləndiriblər.
Müzakirələrdən sonra illik məruzə qəbul olunub.
“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna təklif edilən dəyişikliklərdə isə bu kateqoriyadan olan uşaqların təhsil üzrə təminatları dəyişir. Qüvvədə olan qanuna əsasən, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə və orta ixtisas təhsili, ali təhsil müəssisələrini bitirdikləri zaman müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada mövsümi paltar və ayaqqabı, habelə respublika üzrə orta əmək haqqının iki mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunurlar.
Amma nəzərdə tutulan dəyişikliklərə əsasən, təminat müəyyənləşdirilən məbləğdə birdəfəlik müavinət formasında olacaq. Başqa sözlə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman onlara müvafiq təhsil müəssisəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə birdəfəlik müavinət ödəniləcək.
İclasda gündəlikdə olan digər qanunlar da müzakirə edilərək qəbul olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına bax
Sosial
22 Mart 21:16

Dünya
22 Mart 20:17

Dünya
22 Mart 19:35

Dünya
22 Mart 18:43

Hadisə
22 Mart 17:32

Sosial
22 Mart 16:30

İqtisadiyyat
22 Mart 15:18

Dünya
22 Mart 14:37

Dünya
22 Mart 13:25

Dünya
22 Mart 12:22

Gündəm
22 Mart 11:29

Siyasət
22 Mart 10:36

İdman
22 Mart 09:45

Xəbər lenti
22 Mart 08:33

Dünya
21 Mart 23:37

İdman
21 Mart 22:22

Dünya
21 Mart 21:17

Dünya
21 Mart 20:24

Dünya
21 Mart 19:31

Dünya
21 Mart 18:35

Hadisə
21 Mart 18:03

Dünya
21 Mart 17:29

Dünya
21 Mart 16:41

Xəbər lenti
21 Mart 15:46

Gündəm
21 Mart 15:03

Gündəm
21 Mart 14:51

Dünya
21 Mart 14:28

Dünya
21 Mart 13:34

Dünya
21 Mart 12:43

Dünya
21 Mart 11:42

İdman
21 Mart 11:16

Dünya
21 Mart 10:51

İdman
21 Mart 10:20

Sosial
21 Mart 09:49

Hadisə
21 Mart 09:14

Dünya
21 Mart 08:37

Dünya
20 Mart 22:14

Hadisə
20 Mart 21:23

Sosial
20 Mart 20:42

Hərbi
20 Mart 20:15

Gündəm
20 Mart 19:36

Dünya
20 Mart 19:31

Xəbər lenti
20 Mart 18:46

Dünya
20 Mart 18:26

Hadisə
20 Mart 17:25

Dünya
20 Mart 16:54

Dünya
20 Mart 16:23

Sosial
20 Mart 15:56

YAP xəbərləri
20 Mart 15:39

YAP xəbərləri
20 Mart 14:46

İqtisadiyyat
20 Mart 14:09

Siyasət
20 Mart 13:49

Gündəm
20 Mart 13:33

İqtisadiyyat
20 Mart 13:31

Analitik
20 Mart 13:12

MEDİA
20 Mart 12:57

Analitik
20 Mart 12:33

İqtisadiyyat
20 Mart 12:11

Analitik
20 Mart 11:57

Analitik
20 Mart 11:33

Analitik
20 Mart 11:10

Gündəm
20 Mart 09:54

Asiya
20 Mart 09:16

Dünya
20 Mart 08:56

Dünya
20 Mart 08:32

Sosial
19 Mart 23:39

Xəbər lenti
19 Mart 23:33

Dünya
19 Mart 23:12

İdman
19 Mart 22:52

Xəbər lenti
19 Mart 22:38
