Siyasətin əxlaq kodeksi və siyasi lider modeli
14.02.2025 [16:25]
Siyasi liderin ideal obraz və modeli məsələsi bütün dövrlərdə elmi və populyar diskussiyaların əsas mövzularından biri olub. Fəlsəfə, sosiologiya, psixologiya, tarix, politologiya və digər elmlərin tədqiqat predmeti olan “siyasi lider” məfhumuna həsr edilmiş yüzlərlə, bəlkə də minlərlə dissertasiya yazılıb. Təsadüfi deyil ki, sözügedən məfhumla bağlı müxtəlif elmi yanaşma və nəzəriyyələr mövcuddur. “İdeal lider hansı keyfiyyətlərə cavab verməlidir?” sualı hər zaman mütəfəkkirləri düşündürüb.
Əlbəttə ki, bu cür axtarışlar heç də səbəbsiz olmayıb. Tarixən istisnasız olaraq hər bir cəmiyyət güvənə biləcək lider axtarışındadır. Elə bir lider ki, ilk növbədə, ölkəsinin daxilində təhlükəsizliyi, dayanıqlı inkişafı və sabitliyi təmin edə bilsin, beynəlxalq münasibətlər müstəvisində isə dövlət maraqlarını mütləq prioritet kimi bəyan edə biləcək qədər nüfuz və siyasi iradəyə malik olsun. Cəmiyyət, millət və dövlət olaraq sabaha ümidlə baxmaq üçün fundamental hesab olunan əsaslar məhz bunlardır. Bəli, sözügedən mürəkkəb mövzu bəlkə də bir köşə yazısı üçün uğurlu sayıla bilməz, ancaq müasir reallıqlar onu diktə edir ki, köşə yazı formatı siyasi maarifçilik üçün ən optimal variantlardandır.
Mövzuya müraciət etməyə vadar edən əsas səbəb Prezident İlham Əliyevin yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına verdiyi müsahibəsində səsləndirdiyi fikirlər oldu. Bilavasitə mövzuya keçməzdən öncə kiçik haşiyəyə çıxaraq qeyd etməliyəm ki, ölkə başçısının səsləndirdiyi bu cür fikirlərin elmi, peşəkar və geniş ictimai müzakirələrin predmeti olmadığına çox təəccübləndim. Görəsən, görmürlər, fərqində deyillər, yoxsa görmək istəmirlər?
AZƏRTAC xəbər verir ki, bu fikirlər politoloq Asif Adilin “Siyasətin əxlaq kodeksi və siyasi lider modeli” sərlövhəli məqaləsində yer alıb.
Politoloq bildirib ki, həmin müsahibədə dövlətimizin başçısı cəmi bir neçə sual ətrafında müasir siyasi lider məfhumunun əsas fəlsəfi kateqoriyalarını müəyyən etməklə dünya mütəfəkkirlərini düşündürən sualları cavablandırdı. Sitat: “Liderlik, əlbəttə ki, böyük bir məsuliyyətdir...”. Beləliklə, ideal siyasi lider modelinin əsas keyfiyyət göstəricilərindən biri məhz məsuliyyətdir. Odur ki, xəstə ambisiyalı demaqoqlar apriori olaraq ideal siyasi lider obrazına uyğun gəlmirlər. Məhz elə bu səbəbdən də bu cür siyasətciklərin “triumflarının” ömrü kiçik qalmaqal qədər çox qısa olur.
Onun sözlərinə görə, mövcud kontekstin inkişafında dövlət başçısının növbəti fikirləri də kifayət qədər maraqlı və məzmunludur: “Bəzən müəyyən siyasi səbəblər üzündən hakimiyyətə can atan liderlər çoxlu vədlər verir və sonra onları yerinə yetirmir və bu da məyusluğa, inamsızlığa gətirib çıxarır. Bu, dünyanın müxtəlif yerlərində siyasi böhrana gətirib çıxarır”. Beləliklə, Prezident bu cür fikirlərlə siyasətdə “məsuliyyət” amilini bilavasitə “peşəkarlıq” və “effektiv fəaliyyət” kimi məfhumlarla əlaqələndirmiş oldu. Siyasətçinin məsuliyyətsiz və yalan bəyanatları cəmiyyətdə apatiya və sosial böhrana gətirib çıxara biləcəyini dolayısı ilə bildirən dövlət başçısı, əslində, radikal təfəkkürün müasir cəmiyyətlər üçün nə qədər zərərli və təhlükəli olduğunu xatırlatmış oldu.
Siyasətin əxlaq kodeksini müəyyən etmək iqtidarında olan, habelə müasir cəmiyyətlərin siyasət sahəsinə etibar və ümidini artıra biləcək bu cür fikirlər bütün aidiyyəti elmi və ali təhsil ocaqlarının baş stendlərində əks olunmalıdır. Bu gün müxtəlif təhsil ocaqlarında oxuyan sabahın siyasətçi və menecerlərinin təfəkkürü məhz bu cür yanaşma və fikirlərin təsiri altında formalaşdırılmalıdır. Milli siyasi fikir və nəzəri məktəblər də məhz bu cür ifadələr ətrafında aparılan peşəkar diskussiya və yazılan elmi məqalələr vasitəsilə formalaşdırılır.
Yuxarıda qeyd olunan müsahibədə öz əksini tapmış Prezident İlham Əliyevin növbəti fikirlərini də burada prinsipial olaraq vurğulamaq istərdik: “Bizim mövqeyimiz ondan ibarətdir ki, əgər hər bir ölkə diqqətini, sadəcə, öz gündəminə yönəltsə, başqa ölkənin işlərinə müdaxilə etməyə çalışmasa, münaqişələr, narazılıqlar, müharibələr olmaz. Bütün dünyada hələ də qeyri-sabit vəziyyətin olmasının və qan tökülməsinin yeganə səbəbi ondan ibarətdir ki, imperialist keçmişi olan ölkələr, sadəcə olaraq, müdaxilə etməyə, dominantlıq etməyə, diktə etməyə davam etmək istəyir və bu, təbii olaraq, müqavimətə gətirib çıxarır”.
Razılaşın ki, dünyada baş verən proseslər və müşahidə olunan tendensiyalar fonunda dövlətin birinci şəxsi tərəfindən bu cür fikirlərin açıq şəkildə səsləndirilməsi üçün böyük inam, güc və iradə tələb olunur. Bunlardır ideal siyasi lideri xarakterizə edən prinsipial keyfiyyətlər. Keçmiş dövrlər haqqında oxuduğumuz tarixi kitablarda bizlərə qəhrəman kimi təqdim olunanlar məhz o şəxslərdir ki, kimi bu cür ritorikaya və iradəyə sahib olub. Axı niyə biz bu həqiqətləri görməməliyik? Əks halda sosial şəbəkələrin “qəhrəmanları” və demaqoq siyasətcikləri öz populist və məsuliyyətsiz şou xarakterli ritorika ilə gənclərimiz üçün yanlış örnəklərə çevrilə bilərlər.
“Bu mənada Prezident İlham Əliyevin növbəti fikirləri də əlamətdar məna daşıyır: “Beləliklə, ictimaiyyətin dəstəyini əldə etmək istəyən liderlərə məsləhətim o olardı ki, həmişə həqiqəti söyləyin və beynəlxalq təzyiqdən, beynəlxalq mediadan asılı olmayaraq, haqqınızda nə dediklərindən, sizi necə adlandırdıqlarından, sizi necə təhqir etmələrindən asılı olmayaraq, ölkəniz üçün doğru olanı edin”. Beləliklə, “prinsipial mövqe” və “ali dəyərlərə sadiqlik” də ideal siyasi lider modelinin əsas göstəricilərinə daxil olunur. Bu inamın, bu gücün mənbəyi ilk növbədə Azərbaycanın haqlı mövqeyidir. Burada bir daha kiçik haşiyəyə çıxaraq qeyd edək ki, “prinsipiallıq” əsla radikal təfəkkürə və demaqogiyaya məxsus olan keyfiyyət sayıla bilməz. Burada prinsipiallığı əvəz edən keyfiyyət qərəzdir”, - deyə A.Adil vurğulayıb.
Onun sözlərinə görə, mövzu ilə bağlı qeyd olunmalı önəmli məqamlardan biri Qərbdə artıq uzun illərdir ki, “nüfuzlu və xarizmalı siyasi lider” defisitinin yaşanmasıdır. Sözügedən amil Qərbin bəzi manipulyativ və spekulyasiya xarakterli bəyanatlarının əsas səbəblərindən biridir. “Gübrə” və “dopinqlə” yetişdirilən Qərbin siyasi liderləri apriori olaraq xarizmatik lider ola bilməz. Məhz elə bu səbəbdən də onları xilas etmək naminə siyasi texnologiyalardan geniş istifadə olunur, habelə siyasi dövriyyəyə ənənəvi dəyərlər sistemini təhrif edən ultra liberal və amorf məzmunlu psevdodəyərlər salınır. Onlardan fərqli olaraq Azərbaycanda Prezident İlham Əliyevə siyasi texnologiyaların “sehrləri” arxasında gizlənməyə ehtiyac yoxdur. Biz bu obyektiv həqiqəti anlamalı, ifadə etməkdən çəkinməməli, bununla fəxr etməliyik.
“Dünya tarixində baş vermiş müharibələrə diqqət yetirsək açıq şəkildə görə bilərik ki, yalnız əsl Lideri olan xalqlar bu müharibələrdə qalib ola biliblər. Demaqogiya ilə lider olmaq mümkünsüzdür. Ucuz və məsuliyyətsiz demaqogiyalar cəmiyyəti yalnız uçuruma, daha dərin böhranlara sürükləyə bilər. Siyasəti şoudan, peşəkarlığı təlxəklikdən, prinsipiallığı manipulyasiyalardan, həqiqəti də ucuz demaqogiyadan ayırd etməyi bacarmalıyıq”, - deyə politoloq əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22

