Əli Həsənov: Rusiya ilə münasibətlər Azərbaycanın xarici siyasətində əsas yer tutur
21.05.2013 [13:06]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibəti ilə keçirilən təntənəli tədbirlərdə iştirak etmək üçün Həştərxana gəlmiş Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mayın 20-də Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin ilə görüşüb.
Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin bildirib ki, mayın 20-də Həştərxanda böyük dövlət xadimi Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş təntənəli tədbirlər keçiriləcək. O vurğulayıb ki, məhz Heydər Əliyevin sayəsində bu gün Azərbaycan ilə Rusiya arasında sıx dostluq əlaqələri yaranıb. O deyib: “Azərbaycan ilə Həştərxan vilayəti arasında münasibətlər xüsusi diqqətə layiqdir, bu münasibətlər Prezident İlham Əliyevin himayəsi altında daha da inkişaf etmişdir”.
Qubernator Həştərxanda həyata keçirilmiş sosial layihələrə görə Azərbaycan dövlətinə və Heydər Əliyev Fonduna minnətdarlığını ifadə edib. Aleksandr Jilkin bildirib ki, Heydər Əliyev Fondu ilə birlikdə ekoloji layihə həyata keçirilməsi planlaşdırılır. O deyib: “Xəzərdə ekoloji təhlükəsizlik və nadir balıq növlərinin qorunub saxlanmasına həsr edilmiş avtoyürüş keçiriləcəkdir. Layihənin məqsədi həm də iki ölkə gənclərinin qarşılıqlı yaxınlaşmasıdır. Avtoyürüş Azərbaycanın və Həştərxan vilayətinin ərazisində keçiriləcək”.
Vilayət rəhbəri onu da qeyd edib ki, Azərbaycan tərəfinin fəal iştirakı ilə Həştərxan Dövlət Universitetində Azərbaycan dilinin və Azərbaycan mədəniyyətinin öyrənilməsi üzrə mərkəz yaradılacaq. A.Jilkin bildirib ki, həmin mərkəzdə Azərbaycan dili üzrə tərcüməçilər hazırlanacaq.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib: “Rusiya ilə münasibətlər Azərbaycanın xarici siyasətində əsas yer tutur”.
O vurğulayıb ki, bu siyasətin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Heydər Əliyevin bu kursu bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən uğurla davam etdirilir. Ə.Həsənov vurğulayıb: “Həştərxan vilayəti bu münasibətlərdə xüsusi rol oynayır. Azərbaycan ilə Həştərxan vilayəti arasında hökumətlərarası saziş imzalanmışdır və bu vilayətlə əlaqələr dinamik inkişaf edir”.
Şöbə müdiri Ulu öndər Heydər Əliyevə həsr edilmiş yubiley tədbirləri keçirilməsi təşəbbüsünə görə Həştərxan vilayətinin rəhbərliyinə minnətdarlığını bildirib.
Görüşdə Bakının Nərimanov rayonu İcra Hakimiyyətinin başçısı, Milli Məclisin deputatları, Həştərxan vilayətindəki Azərbaycan Diasporunun rəhbərləri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

