Rəsmi İrəvan təlaş içindədir
29.01.2025 [09:56]
Ermənistan rəhbərliyinin ağır cinayətə ucuz bəraət qazandırmaq cəhdi
Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın ədalət mühakiməsinə təqdim olunmuş təqsirləndirilən şəxslərə psixatrop maddələr verilməsi haqdakı gülünc bəyanatı bu ölkənin mühüm təlaş içində olduğunu göstərir. Həmin iddiaları şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Ermənistan baş nazirinin İctimai Televiziyaya verdiyi müsahibədə guya regional eskalasiyaya rəvac vermək məqsədilə separatçı rejimin nümayəndələrinə qarşı psixotrop maddələrin tətbiq olunması ilə bağlı səsləndirdiyi iddiaların heç bir əsası yoxdur və tamamilə gülüncdür.
Təqsirləndirilən şəxslərin bütün hüquqları lazımi qaydada təmin olunub
Ermənistanın baş nazirinin Azərbaycanda aparılan məhkəmə prosesinin üzərinə kölgə salmaq cəhdi əbəsdir. Ayxan Hacızadənin bildirdiyi kimi, təqsirləndirilən şəxslərin bütün hüquq və vəzifələri lazımi qaydada təmin olunub və izah edilib, bütün məhkəmə prosesi və ifadələri qeydə alınıb. Erməni tərəfinin apardığı böhtan kampaniyası öz təsdiqini tapmadı - Azərbaycanda məhbuslara qarşı qəddar rəftarla bağlı iddialar müstəqil şəkildə, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən araşdırılıb və bu iddiaların yalan olduğu təsbit edilib. “Ermənistan tərəfindən belə bir bəyanatın verilməsinin, bu ölkənin siyasi rəhbərliyinin bir zamanlar Azərbaycana qarşı təcavüz aktı və siyasətini davam etdirmək naminə bütün vasitələrlə açıq şəkildə dəstəklədikləri şəxslərin hazırda müharibə cinayətləri törətməkdə ittiham olunması ilə əlaqədar davam edən məhkəmə prosesi ilə bağlı nə qədər əsəbi olduğunu nümayiş etdirdiyi aydındır”, - deyə XİN rəsmisi vurğulayıb.
Bəlli olduğu kimi, Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə məhkəmə prosesi davam edir. Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməni əsilli şəxslər tərcüməçilərlə, müdafiə üçün vəkillərlə təmin edilib. Məlum cinayət işi üzrə 531 mindən çox zərərçəkmiş və onların nümayəndələri var. Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən törədilən cinayətlərdə təqsirli bilinən 15 nəfər, o cümlədən Harutyunyan Arayik, Vardanyan Ruben, Qukasyan Arkadi, Sahakyan Bako, İşxanyan Davit, Babayan Davit, Mnatsakanyan Levon, Beglaryan Vasili, Qazaryan Erik, Allahverdiyan Davit və digərləri müxtəlif maddələrlə ittiham olunurlar. Onlar Azərbaycan əleyhinə hərbi və dövləti cinayətlər törətmiş şəxslərdirlər.
Yeri gəlmişkən, Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın məhkəmə prosesinin hazırlıq iclası yanvarın 27-də davam etdirilib. Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.
Ermənistan rəhbərliyinin əməlləri unudulmayıb
“Üzdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını iddia edən Ermənistan baş nazirinin ölkəmizin ərazilərində saxladığı qondarma rejimi təbliğ etdiyini və 2 sentyabr 2023-cü il tarixində, nümayəndələrinin Azərbaycan tərəfindən məsuliyyətə cəlb edilməsindən bir neçə həftə əvvəl, separatçı xunta rejimini qondarma “müstəqillik” münasibətilə təbrik etdiyini heç kim unutmayıb. Ermənistanın işğalçı və təcavüzkar ölkə kimi dövlət məsuliyyəti və bir sıra qanunsuz əməlləri danılması mümkün olmayan faktdır. Beləliklə, bu əməllərdə təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb olunması, siyasi manipulyasiya ilə xələl gətirilə bilinməyəcək qədər haqq işidir”, - deyə A.Hacızadə bildirib.
Bəhs olunan müsahibədə separatçı rejimin nümayəndələrinə guya psixotrop maddələrin tətbiqinə dair iddialar, qeyd edildiyi kimi, Ermənistan rəhbərliyinin nə qədər əsəbi olduğunu göstərir. Narahatlıq nədən qaynaqlanır?
Əlbəttə ki, bu təlaş, əsəbilik əbəs yerə yaranmayıb. Qeyd edək ki, Arayik Harutyunyan ilk məhkəmə iclasında Gəncəyə raket atılması əmrini vermədiyini, belə bir səlahiyyətinin olmadığını deyib. Sitat: “Azərbaycan xalqı hesab edir ki, bu əmri mən vermişəm (Gəncəni vurmaq - red.). Bu qərarı mən verməmişəm. Bəli, bununla bağlı açıqlamam var idi. İndi bu açıqlamadan təəssüflənirəm və üzr istəyirəm. Mənim o hüququm, o səlahiyyətim, hətta fikir bildirmək imkanım da yox idi”. Arayik Harutyunyan əlavə edib: “Niyə o zaman belə açıqlama verdiyimi istintaq zamanı verdiyim ifadədə izah etdim”.
Faşist mahiyyətin növbəti ifşası
Arayik Harutyunyanın son açıqlamasına istinadən, Gəncəyə raket atılması əmrinin Ermənistan rəhbərliyindən gəldiyi qənaətini ifadə edə bilərik. Görünür, Bakıda keçirilən məhkəmə fonunda İrəvanın siyasi elitasında çaxnaşma yaranması da elə bununla bağlıdır. Ermənistan rəhbərliyi məhkəmədə konkret adların çəkiləcəyindən bərk narahatdır və buna görə də “psixotrop maddə” versiyasını gündəmə gətirib. Çünki adlar çəkiləcəyi təqdirdə əmri verən şəxsin məsuliyyəti yaranacaq. Digər tərəfdən də, Ermənistanın faşist siyasəti növbəti dəfə ifşa olunacaq. Ermənistan rəhbərliyi məhkəmədə konkret adların çəkiləcəyi təqdirdə belə ifadələrin guya psixotrop maddənin təsiri altında anlaqsız verildiyini bildirəcək və bununla da məsuliyyəti öz üzərindən kənara atmağa çalışacaq. Lakin bu, ağır cinayətə ucuz bəraət qazandırmaq cəhdindən başqa bir şey deyil. Belə manipulyasiyalarla məsuliyyətdən qaçmaq əsla mümkün olmayacaq.
Xatırladaq ki, Vətən müharibəsi günlərində Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

