Eldar İbrahimov: Maksim Musayev doğru danışmır
17.05.2013 [13:34]
Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov “Gün.az”-a müsahibə verib. Həmin müsahibədə E.İbrahimov həm Yeni Azərbaycan Partiyasının ötən illər ərzində keçdiyi inkişaf yolu ilə bağlı fikirlərini bildirib, həm də keçmiş millət vəkili Maksim Musayevin həqiqətdən uzaq fikirlərinə, səsləndirdiyi ittihamlara münasibət bildirib. Komitə sədrinin sözlərinə görə, YAP-ın bir yaradıcısı, bir qurucusu olub, O da Ümummilli liderimiz Heydər Əliyevdir: “Biz sadəcə, Onun ətrafında olan və olmuş adamlarıq... Biz bu prosesdə iştirak edən və etmiş insanlarıq...Biz yaradıcı, qurucu ola və bu cür təqdim edilə də bilmərik...”.
M.Musayevin partiyanın təsis konfransında çıxış etməsi ilə bağlı iddiasına toxunan E.İbrahimov deyib ki, Maksim Musayev yalan danışır: “O, düz demir, onların heç biri çıxış etməyib, konfransda kimlər çıxış edib, o da bilir, mən də bilirəm... Yəni, o, bu məsələdə düz və ədalətli danışmır...”.
Maksim Musayevin vaxtilə “91-lər”in müraciətinə imza atmaqdan imtina etdiyini söyləyən Eldar İbrahimovun sözlərinə görə, sabiq millət vəkilinə bununla bağlı təklif edilib: “Maksim Musayevin şəxsən özünə müraciət olunmuşdu, eyni zamanda, adını çəkmək istəmədiyim bir şəxsə - çünki dünyasını dəyişib -, o cümlədən, başqa bir neçə nəfərə də mən özüm təklif etmişdim ki, Ulu öndər Heydər Əliyevlə bağlı müraciətə, indi “91-lər” adlandırılanların müraciətinə qol çəkin, bunlar isə demişdilər ki, bizdən uzaq edin... Amma indi “91-lər”dən olan Əli Əhmədova böhtan atırsınız. Bu, həmin Əli Əhmədovdur ki, universitetin adi bir müəllimi idi, ancaq o zaman özündə cəsarət tapıb, Heydər Əliyevə istəyi, böyük məhəbbəti olub və “91-lər”-dən biri kimi həmin müraciətə imza atıb... Və sonra da universitetdə - hansı ki, ən güclü Xalq Cəbhəsi universitetdəydi, bizim əleyhimizə olan adamların əksəriyyəti ora toplaşmışdılar - heç kimdən qorxmadan, çəkinmədən YAP-ın ilk partiya təşkilatının yaradılmasında öncüllərdən biri olub...”.
Maksim Musayevin həmişə ambisiyalı adam olduğunu xatırladan Eldar İbrahimovun sözlərinə görə, o, özünü hamıdan yuxarıda bilir. Amma ondan da qat-qat əziyyət çəkən insanlar var idi, olublar və bu gün də var... Onlar isə heç danışmırlar. Eldar İbrahimov M.Musayevin özünün partiyanı atdığını və YAP-la əlaqələrini kəsdiyini söyləyib.
Bu ilin sonunda keçiriləcək prezident seçkiləri ilə bağlı fikirlərə də toxunan Eldar İbrahimov deyib ki, YAP-ın seçkilərdə növbəti dəfə namizədi ölkə Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyev olacaq: “Dəfələrlə dediyim bir fikri yenə də təkrarlamaq istəyirəm, İlham Əliyevin Prezidentliyə ehtiyacı yoxdur, amma bizim, YAP-ın, bütövlükdə, Azərbaycan xalqının Onun Prezidentliyinə ehtiyacı var. Ona görə ki, 10 illik Prezidentliyi dövründə İlham Əliyevin gördüyü işlər göz qabağındadır və ilk seçkidə dediyi kimi O, hər bir azərbaycanlının Prezidenti oldu...
Biz 600 minlik YAP üzvlərinin və bütövlükdə Azərbaycan xalqının iştirakı və böyük dəstəyi ilə İlham Əliyev növbəti seçkilərdə yenidən ölkə Prezidenti seçiləcək”.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11

