/ / Heydər Əliyev Fondunun, “Baku” jurnalının və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə layihəsi çərçivəsində Vyanada “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgisi açılıb
Heydər Əliyev Fondunun, “Baku” jurnalının və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə layihəsi çərçivəsində Vyanada “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgisi açılıb
16.05.2013 [17:44]
Mayın 14-də Vyanada Heydər Əliyev Fondunun, “Baku” jurnalının və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə layihəsi çərçivəsində Vyana İncəsənət Tarixi Muzeyində “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgisinin rəsmi açılışı olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva mərasimdə iştirak edib.
Açılış mərasimində çıxış edən Vyana İncəsənət Tarixi Muzeyinin sərgilərin idarə olunması şöbəsinin rəhbəri Kristian Hölzl bu sərginin Vyanada açılmasından məmnun olduğunu bildirib. O deyib ki, Avstriya tarixinin qiymətli əsərlərinin qorunduğu bu muzey “Bakıya uçuş” sərgisini qəbul etməkdən məmnundur.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə çıxış edib.
Azərbaycanın tarixi və zəngin mədəniyyəti barədə danışan Leyla xanım Əliyeva deyib ki, müsəlman aləmində ilk qız məktəbi Azərbaycanda yaranıb, Şərqdə ilk demokratik respublika Azərbaycanda qurulub, Şərqdə ilk opera bizim ölkəmizdə səhnələşdirilib. “Azərbaycanın paytaxtı Bakı müasirlik və qədimliyin sintezidir”, - deyən Heydər Əliyev Fondunun vitse-prezidenti məhz buna görə də bu şəhərin bütün dövrlərdə insanlar üçün maraqlı olduğunu vurğulayıb.
Leyla xanım Əliyeva “Baku” jurnalının fəaliyyətindən danışıb, bu nəşrin Azərbaycanın təbliğinə xüsusi diqqət göstərdiyini bildirib. Heydər Əliyev Fondunun vitse-prezidenti sərginin əhəmiyyətini qeyd edərək deyib:
- Əziz dostlar! Sənət mənim həmişə həssaslıqla yanaşdığım sahədir. Mən çox şadam ki, bu sərgi Azərbaycandan olan istedadlı rəssamlara öz əsərlərini dünyaya nümayiş etdirmək üçün imkan yaradır. Bu sərgidə 21 rəssamın 100-dən çox əsəri təqdim olunur. Buraya rəsm əsərləri, videoinstalyasiyalar, heykəllər və fotoşəkillər daxildir. Biz artıq bu sərgini Avropanın 5 paytaxtında - Londonda, Parisdə, Berlində, Moskvada və Romada təşkil etmişik. Əlbəttə, Vyanada - qədim tarixə malik bu gözəl şəhərdə olmaqdan çox məmnunuq. Düşünürəm ki, bu şəhər Avropanın mühüm mədəni sütunlarından biridir.
Sərginin kuratoru Erve Mikaeloff Avropanı gəzən bu sərginin Avstriyanın paytaxtı Vyanada açılmasından məmnun olduğunu deyib və sərginin işinə uğurlar arzulayıb.
Daha sonra “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgisi ilə tanışlıq olub. Heydər Əliyev Fondunun Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlər sırasında xüsusi əhəmiyyəti olan bu sərgini Şərq və Qərb mədəniyyətinin sintezi olan müasir Azərbaycan incəsənətinin uğurlu təqdimatı kimi də qiymətləndirmək olar. Sərgidə Altay Sadıxzadənin, Leyla Əliyevanın, Müseyib Əmirovun, Adil Yusifin, Zərnişan Yusifin, Əliyar Əlimirzəyevin, Rəşad Ələkbərovun və başqalarının əsərləri üslubu ilə iştirakçıları özünə cəlb edir. Sərgidəki əsərlərdə dövrümüzün aktual mövzularına toxunulur, eksperimental yanaşmalardan istifadə edilir. Bu əsərlər fərqli forma və rənglə diqqəti çəkir. Müasir incəsənətin bu maraqlı nümunələri qeyri-adi düşüncənin məhsulu olaraq, maraqlı işlənmə texnikası ilə seçilir. Bir-birindən fərqli, avanqard ideyaların hakim kəsildiyi bu sənət əsərləri müasir Azərbaycan incəsənətinin özəlliyindən xəbər verir.
Bununla yanaşı, sərgi Heydər Əliyev Fondunun istedadlı gəncləri üzə çıxarmaq istiqamətində atdığı addımların nə qədər uğurlu olduğunu bir daha təsdiqləyir. Belə layihələr nəticəsində zəngin Azərbaycan mədəniyyəti ilə yanaşı, ölkəmizin istedadlı gəncləri də dünyada tanınır və qəbul edilir.
Sərginin ovqatı həm də onu nümayiş etdirir ki, Azərbaycanda mədəniyyətə və sənətə hər zaman böyük diqqət olub, ölkəmizdə mədəniyyətin inkişafı, azad yaradıcılıq imkanlarının təmin edilməsi üçün müxtəlif tədbirlər həyata keçirilir.
Vyanada “Bakıya uçuş” sərgisi mayın 26-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

