Bakıda Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılmasına başlanılıb
16.05.2013 [17:44]
Bakıda Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılmasına başlanılıb.
Heydər Əliyev Fondunun layihəsi əsasında inşa olunacaq Memorial Kompleks Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək və faciə barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyır.
Fonddan AzərTAc-a bildiriblər ki, layihə rəmzi məna kəsb edən konsepsiya üzrə işlənilib. Konsepsiyaya əsasən, kompleksin həyətində fevralın sonlarında çiçək açan ağaclar əkiləcək. Bu, 1992-ci ilin fevralında qətlə yetirilmiş günahsız insanların yarımçıq qalmış ömrünü xarakterizə edir. Kompleksi dörd tərəfdən əhatə edən düzbucaqlı monolit isə Xocalı sakinlərini soyqırımından qorumağa çalışan rəmzi əllər formasında təsvir olunub.
Memorial Kompleksin maketi hazırda Heydər Əliyev Mərkəzində təşkil olunan “Mini Azərbaycan” layihəsi çərçivəsində sərgilənir.
Xocalı Soyqırımı Memorial Kompleksinin maketi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edilib. Layihə ilə tanış olan Prezident İlham Əliyev kompleksin inşasının həyata keçirilməsi üzrə müvafiq tövsiyə və tapşırıqlarını verib.
Memorial Kompleksdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı motoatıcı alayı tərəfindən 613 nəfərin qətlə yetirilməsi, şəhərin tamamilə dağıdılması barədə faktlar təqdim olunacaq. Kompleksin quruluşu, burada yaradılan ab-hava, təqdim edilən materiallar həmin günlərdə Xocalıdakı hadisələri bir daha görməyə, bu faciənin dəhşətini yaxından hiss etməyə imkan verəcək.
Xocalı Soyqırımı Memorial Kompleksi faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana fəryadı” abidəsinin yaxınlığında inşa olunacaq.
Xatırladaq ki, Heydər Əliyev Fondu Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı kimi tanıdılması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu günədək həyata keçirilmiş layihələr çərçivəsində dünyanın müxtəlif ölkələrində Xocalı qətliamına dair faktlar yayılıb, yürüşlər təşkil edilib, internet vasitəsilə müxtəlif aksiyalar, o cümlədən faciənin soyqırımı kimi tanınması üçün imza toplama kampaniyası və s. keçirilib. Nəticədə Xocalı faciəsinə dair həqiqətlərin əhatə dairəsi və bu cinayəti soyqırımı kimi tanıyan ölkələrin sayı ilbəil artır.
Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalı zamanı törətdikləri cinayətlərin dünyada olduğu kimi təqdim edilməsi, həmçinin bu qətliamın gələcək nəsillərin yaddaşında daim yaşadılması istiqamətində növbəti addımdır.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

