Tramp radikal və korrupsioner quruluşu hədəfə aldı...
22.01.2025 [10:37]
Yeni Prezident köhnə administrasiyanı ifşa etdi
Yeganə Hacıyeva: ABŞ-dakı bürokratik ekstremizmdən sadəcə, ABŞ özü deyil, həm də başqa ölkələr əziyyət çəkir
Yanvarın 20-də ABŞ-ın 47-ci Prezidenti Donald Tramp andiçmə mərasimində bir sıra məsələlərə toxunmaqla yanaşı, əvvəlki administrasiyanın - Bayden komandasının fəaliyyətini ifşa etdi. Yeni Prezident əvvəlki komandanın ölkədə formalaşdırdığı radikal və korrupsioner quruluşu pisləyərək hökumətin etimad böhranı ilə üzləşdiyini bildirib. Tramp Bayden hökumətinin dövlətin əsas təsisatlarına etinasızlıq göstərərək vətəndaşlardan güc və sərvət qoparmaqda ittiham edib. Bildirib ki, illərdir cəmiyyətimizin sütunları sınıb və yaranan tamamilə bərbad vəziyyətdə radikal və korrupsioner quruluş vətəndaşlarımızdan hakimiyyət və sərvət qoparıb. O, hökumətin daxili məsələləri idarə edə bilməməsi və xaricdəki bir sıra uğursuzluqları kimi qəbul etdiyi məsələlərə diqqət çəkib.
Bəli, göründüyü kimi, ABŞ-ın yeni Prezidenti açıq dillə ölkədəki vəziyyətin ağır olduğunu bildirir. Ümumiyyətlə, son dövrlərdə ABŞ daxilində cərəyan edən proseslər siyasi mütəxəssislər tərəfindən birmənalı qarşılanmır - ekstremizmin yeni hallarının daha da inkişaf etməsi bu ölkədə həm daxili qarşıdurmanı gücləndirir, həm də Vaşinqtonun xarici siyasət kursuna təsir edir. Nəzərə alsaq ki, prosesdə korrupsiya elementləri də açıq şəkildə özünü göstərməkdədir, bu, Trampın da ifadə etdiyi kimi ABŞ siyasi elitasının çöküşünü rəsmiləşdirən fakta çevrilir. Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq Yeganə Hacıyeva bildirib ki, ABŞ-da daxili siyasi vəziyyət düşünüldüyü qədər sabit zəmində deyil. Belə ki, ABŞ dünyada ekstremizmin yeni formalarının tüğyan etdyi ölkələrdən biri, bəlkə də birincilərdəndir: “Bu məsələ ilə bağlı hələ bir neçə il öncə mühüm araşdırmalar aparmışam və həmin araşdırmada yeni ekstremizmin ABŞ-a təsirləri ilə bağlı ciddi göstəricilər yer alır. Qeyd edim ki, ekstremizm ən yeni tarixdə sima dəyişib. Dünya isə daha çox köhnə və ya ənənəvi ekstremizmlə mübarizəyə kökləndiyi üçün bu yeni hallar bəzən diqqətdən yayınır. Başqa sözlə, bütün dünyada ənənəvi ekstremizin fonunda daxili ekstremizm o qədər də nəzərə çarpmır. Bu gün üçün isə dünyada aktual olan ekstremizmin yeni formaları haqda danışarkən birinci növbədə, ABŞ-ın yeni prezidenti Donald Trampın inauqurasiya mərasimindən sonra xalqa müraciətində ifadə etdiyi “bürokratiya ekstremizmi”nə toxunmaq lazımdır. Ümumiyyətlə, yeni ekstremizmin bir çox formaları mövcuddur ki, onlar ənənəvi ekstremizmdən daha dağıdıcı və ya təsirli sayılır. Məsələn, ABŞ cəmiyyətində də dəfələrlə açıq şəkildə biruzə verilən və fikir ayrılığı üzərindən doğan ekstremizm bu ölkədə bir çox hallarda ciddi riskləri aydın şəkildə təsvir edir. Bu formanın ən dəhşətli tərəflərindən biri də budur ki, həm də silahlı ekstremizmdir. Bunun bariz nümunəsi kimi 2021-ci ilin yanvar ayında baş verən hadisələri göstərmək olar - bütün ölkə boyu bir milyon etirazçı insanların bir qismi həm də əli silahlı olan insanlar idilər. Bunun ayrı-ayrılıqda komponentlərinə nəzər saldıqda, isə ştatlar üzərindən ektremist qrupların mövcud olduğunu görmək olar. Həmin ekstremist qruplar mövsimi olaraq müxtəlif dairələrə xidmət edən hərbi qruplardır. Bəzi ştatlarda Birləşmiş Ştatların regional adminsitrasiyaları bu silahlı qruplarla hesablaşır, onların gücünü qəbul edir və s. Bəzi hallarda isə ştat rəhbərləri məcburi şəkildə onlarla razılaşır, hesablaşır. Bu deyərdim ki, dünyada olan silahlı separatizm ekstremizmindən belə daha təhlükəlidir”.
Politoloq qeyd edib ki, ABŞ üçün xarakterik olan bir digər yeni ekstremizm forması “bürokratik ekstremizm”dir. “ABŞ-dakı bürokratik ekstremizmdən isə sadəcə ABŞ özü deyil, həm də başqa ölkələr əziyyət çəkir. Baydenin hakimiyyəti dövründə biz bunu aktiv şəkildə müşahidə etdik. Bürokratik ekstremizm olmayan proseslər, psevdoreallıqlar üzərindən bir sıra ölkələrə qarşı təşəbbüslər başladır. Məsələn, erməni lobbisinin ideoloji nüvəsini təşkil edən tezislər üzərindən ABŞ Konqresində Azərbaycana qarşı dinləmələr təşkil edilir, Konqresə qanunverici aktlar təqdim olunur və s. Təəssüf ki, bu proseslər hələ də yekunlaşmayıb və davam etməkdədir. Burada lobbi pulları adı altında korrupsiya elementləri də istisna edilmir ki, Tramp öz çıxışında məhz bu məqama diqqət çəkirdi”, -deyən Y.Hacıyeva əlavə edib ki, üçüncüsü isə bütün dünyaya ABŞ-dan yayılan və Donald Trampın da qarşısını almağa çalışdığı cinslərarası ekstıremizm - gender ekstremizmidir: “ABŞ-da bu ekstremizm o səviyyədə inkişaf edib ki, mən onlardan birini “femibolşevizm” adlandırmışam. Təəssüfləndirici haldır ki, Baydenin dövründə transgender siyasəti o qədər fəal şəkildə təbliğ edilirdi ki, hətta dövlət səviyyəsində dəstəklənirdi. Bu nəticə etibarı ilə ABŞ cəmiyyətində açıq parçalanmaya gətirib çıxarıb. Bütün sahələrdə bu parçalanma müşahidə olunmaqdadır. Hətta bu məsələ orduya qədər yol tapmışdı. İlkin mərhələ olaraq hazırda ABŞ-da cərəyan edən ekstremizmin ümumi mənzərəsi bundan ibarətdir”.
SADİQ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38

