Kərki necə işğal edildi?
18.01.2025 [12:38]
1990-ci il yanvarın 19-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Kərki kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğaldan sonra kəndin əhalisi məcburi köçkün vəziyyətinə düşüb. Hücum zamanı kəndin əhalisi Şurut dərəsi vasitəsilə Sədərək kəndinə doğru çəkilmişdilər. Növbəti gün erməni silahlı dəstələri Kərki kəndinə hücum edərək evləri yandırmış, kəndi tamamilə xarabalığa çevirmişdilər.
Məlumat üçün bildirək ki, qədim və zəngin tarixə irsə malik Kərki Azərbaycanın 4 anklav ərazisindən biridir. Kənd Ermənistan ərazisi ilə tam əhatə olunur və ümumi ərazisi təxminən 960 hektardır.
Kəndin işğalına aparan yol
1988-ci ildə erməni millətçilərinin təşəbbüsü ilə başlayan Qarabağ münaqişəsi Kərki kəndinə də öz təsirini göstərib. 1988-1990 - ci illərdə erməni silahlı dəstələri zaman-zaman Kərki kəndinə hücumlar edib və kəndi işğal etməyə cəhd etmişdilər. 1989-cu ilin dekabrın 14-də erməni silahlıları Naxçıvanın Kərki, Sədərək, Günnüt və Havuş kəndlərini güclü atəşə tutmuşdular. 1990-cı il yanvarın 15-dən isə hücumlar daha intensiv hal almışdı.
İşğal məsələsinə toxunmamışdan əvvəl, Kərki kəndinin işğalına aparan başlıca amillərə nəzər yetirək:
1929-ci ilin 18 fevralında Zaqafqaziya SFSR MİK Rəyasət heyətinin əsassız qərarına əsasən Naxçıvan MSSR ərazisindən 65 700 ha torpaq sahəsi Ermənistana verilmiş və həmin qərara əsasən Naxçıvanın Kərçihan, Qurdqulaq, Goradiz, Ağbin, Ağxəç, Almalı, Sultanbəy, İtqıran və Kilit kəndinin bir hissəsi Ermənistan SSRİ-nin nəzarətinə keçmişdi.
Belə bir taleni Kərki kəndi də yaşamalı olur. Azərbaycan SSRİ Mərkəzi İcraiyyə Komitəsinin 5 may 1938-ci il tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikasının Kərki kəndinin ətrafındakı torpaqların xeyli hissəsi Ermənistana verilir. Beləliklə, kənd Naxçıvanla bütün quru əlaqələri kəsilir və tam təcrid olunur.
1930-ci illərdə Azərbaycan SSRİ rəhbərliyinin bağışlanmaz səhvi 1990-ci ildə Kərkinin erməni silahlı dəstələri tərəfindən işğal olunmasına və kərkililərin öz doğma yurdlarını məcburi tərk etməsinə gətirib çıxarır.
Kənd necə işğal olundu?
1989-ci ilin sonlarında Kərki kəndi tamamilə blokada halına düşür. Kəndin əhalisi ərzaq, yanacaq və digər zəruri ehtiyaclardan məhrum olur. 1990- ci ilin yanvarında kənd ərazisində Azərbaycan və Ermənistan silahlı dəstələri arasında döyüşlər geniş vüsət alır. Yanvarın 18-də kərkililərin güclü müqavimətinə baxmayaraq, kənd SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun dəstəyi ilə erməni silahlıları tərəfindən işğal olunur.
Hadisələrin canlı şahidlərinin sözlərinə görə, həmin gün kənd səhər saat 4 radələrindən axşamadək şiddətli atəşə tutulub. 30 nəfərədək Kərki sakini Şərur Rayon Polis Şöbəsinin 3 əməkdaşı ilə birlikdə 2 mindən çox silahlı erməniyə qarşı vuruşsa da, döyüş sursatlarının bitməsi səbəbi ilə onlar yaşayış yerini tərk etməli olublar.
Zaman gələcək...
Prezident İlham Əliyevin qətiyyəti və şücaəti, şanlı ordumuzun qəhrəmanlığı hesabına bu gün tarixi torpağımız Qarabağ azaddır. Qarabağ yenidən qurulur və bu torpaqlarda həyat yenidən dirçəlir. Çox qürurverci haldır ki, qarabağlılar öz doğma torpaqlarına qayıdır və yeni həyat qururlar.
Gün gələcək kərkililər öz doğma torpaqlarına qayıdacaqlar. Dövlətimiz bu istiqamətdə qətiyyətli addımlar atmağa hazırdır.
Yunis Abdullayev
Xəbər lenti
Hamısına baxElm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:46
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23

