/ / Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “RAGB-Fashion Day” moda müsabiqəsi keçirilib
Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “RAGB-Fashion Day” moda müsabiqəsi keçirilib
07.05.2013 [14:03]
Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə mayın 5-də Moskvanın mərkəzindəki “MOD-Design” Müasir Dizayn və İnnovasiyalar Mərkəzində gənc Rusiya və Azərbaycan dizaynerlərinin “AMOR-Fashion Day” moda müsabiqəsi keçirilib. RAGB və “Baku” beynəlxalq jurnalının təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan və Rusiyanın gənc dizaynerləri ən yeni geyim kolleksiyalarını təqdim ediblər. Möhtəşəm moda bayramında Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyeva və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak ediblər.
Gecəyə gələnlər “MOD-Design” Mərkəzinin foyesində “Baku” jurnalının təqdimatı ilə “BAKU-Fashion” fotosərgisi, habelə məhəndiyə (bədəndə xına ilə rəsmlər) ustalarının işləri ilə tanış olublar. Böyük nümayiş zalında gecənin aparıcıları - RAGB-nin əlaqələndiricisi Natiq Əliyev və Yelena Tereşşenko gənc dizaynerlər Səbinə Abışova, Ülviyə Şabanova, Elnurə Bədəlova, Tamilla Baysaqurova, Ayna Maqomaliyeva, Vəfa Rəhmanova, Natalya Litvinova, Xədicə və Luiza Arapxanovalar, Olqa Petrova, Svetlana Privalovanın ən son moda kolleksiyalarından danışıblar. Kolleksiyaların hazırlanmasında bu mövsümdə çox aktual olan ipək, şifon, krujeva və əlbəttə, hamının çox sevdiyi pambıq parçalardan istifadə olunub. Podiuma çıxan modellərin təqdimatında gündəlik həyat üçün rahat geyimlərlə yanaşı, qeyri-adi, avanqard üslubda ideyalar da maraq doğurub.
Tanınmış Rusiya dizayneri və stilisti Vladislav Lisovetsin rəhbərliyi ilə münsiflər heyətinin yekdil rəyinə əsasən azərbaycanlı dizayner Səbinə Abışovanın “Cəsarət” (Derzost) kolleksiyası birinci yerə layiq görülüb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva müsabiqənin diplomunu və “Baku” jurnalının hədiyyələrini Səbinə Abışovaya təqdim edib. Elnurə Bədəlova “Dəlib keçən” (“Naskvoz”) kolleksiyasına görə münsiflər heyətinin sədri Vladislav Lisovetsin xüsusi mükafatını alıb. Xədicə və Luiza Arapxanovaların “Möhtəşəm yüz il”, Ülviyə Şabanovanın “Kəpənək uçuşu”, Natalya Litvinovanın “Çayın üstündən uçarkən” kolleksiyaları münsiflər heyəti üzvlərinin ayrıca mükafatlarına layiq görülüb. Sonda dizaynerlər tamaşaçıların alqışları altında kolleksiyaları nümayiş etdirmiş modellərlə birlikdə podiuma çıxıblar.
Münsiflər heyətinin sədri Vladislav Lisovets AzərTAc-ın müxbirinə deyib: “Çox şadam ki, Leyla xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan və Rusiya dizaynerlərinin bir meydanda işləməsinə imkan yaradan belə bir layihə həyata keçirilmişdir. Bir bakılı kimi də bu tədbirdə iştirak etməkdən məmnunluq duyuram. Bu gecə burada olduqca səmimi ab-havanın şahidi oldum”.
“AMOR-Fashion day” bir çox beynəlxalq əhəmiyyətli moda müsabiqələrinə və nümayişlərinə ev sahibliyi edən Rusiya paytaxtının mədəni həyatında əlamətdar hadisəyə çevrilib. Müsabiqə iştirakçılarının fikrincə, layihə moda aləmində ilk addımlarını atan dizaynerlərin beynəlxalq moda industriyasına inteqrasiyası, ən qabaqcıl və cəsarətli ideyalarını tamaşaçılara təqdim etməsi, mötəbər moda mütəxəssislərinin rəyindən bəhrələnməsi, bu sahədə yeni tendensiyaları müzakirə etməsi üçün misilsiz fürsətdir.
Gecənin qonaqları arasında Rusiya və Azərbaycanın tanınmış ictimai xadimləri, məşhur stilistlər, Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, Ümumrusiya Azərbaycan Konqresinin təmsilçiləri var idi.
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33

