Mono-etnik siyasətə son!
17.01.2025 [10:27]
Məğlub Ermənistan tərəfindən aparılan təbliğat sülhə və etimad mühitinin yaradılmasına xidmət etmir
Məğlub Ermənistanın həyata keçirdiyi siyasətdən o qənaət hasil olur ki, bu ölkə 44 günlük müharibənin və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin nəticələrindən öz dərsini almayıb. Başda N.Paşinyan olmaqla iqtidar komandasının təmsilçilərinin, ayrı-ayrı dövlət qurumlarının verdikləri absurd bəyanatlar heç bir halda xoş mərama əsaslanmır və postmüharibə dönəmində qalib Azərbaycanın təşəbbüsü ilə başlayan sülhyaratma prosesini əngəlləməyə xidmət edir. Xüsusilə də Ermənistanın hazırkı Xarici İşlər Nazirliyi öz sələflərinin təcrübəsini davam etdirərək, uydurma açıqlamaların verilməsi ilə məşğuldur. Ermənistan XİN-in 15 yanvar 2025-ci il tarixli bəyanatı da bu qəbildəndir. Sözügedən bəyanatda guya 1990-cı ilin yanvarında Bakıda ermənilərə qarşı qırğının törədilməsi ilə bağlı əsassız iddialar yer alıb.
Həmişə ədalət mövqeyindən çıxış edən Azərbaycan tərəfindən həmin bəyanata cavab özünü çox gözlətməyib. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə bəyanatla bağlı şərh verib. Eyni zamanda, Qərbi Azərbaycan İcması (QAİ) əsassız və böhtan dolu açıqlamalarla əlaqədar sənəd yayıb.
Azərbaycana qarşı sistematik etnik nifrət və dözümsüzlük siyasəti
Qalib Azərbaycanın yaratdığı yeni reallıqlar onilliklər ərzində müharibə risklərindən əziyyət çəkən region üçün sülhü heç vaxt olmadığı qədər yaxın edib. Regionun gələcəyi naminə mövcud reallıqlar dəyərləndirilməli və sülh üçün yaranan imkanlardan maksimum dərəcədə istifadə olunmalıdır. Bunun üçün etimad mühitinin yaradılması çox vacibdir. Ancaq Ermənistanın saxta təbliğatı heç bir halda sülhə xidmət etmir. Ayxan Hacızadə bildirib ki, Ermənistan Xarici İşlər Nazirliyinin guya 1990-cı ilin yanvarında Bakıda ermənilərə qarşı qırğının törədilməsi ilə bağlı əsassız bəyanatı bu ölkənin Azərbaycana qarşı sistematik etnik nifrət və dözümsüzlük siyasətinin hələ də davam etdirildiyini göstərir.
Hər kəsə bəllidir ki, etnik təmizləmə və kütləvi qırğın siyasəti məhz Ermənistana və ermənilərə xas xüsusiyyətdir. Ermənilərin son iki yüz il ərzində kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması tarixi faktdır. Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib, 2000-dən çox toponimin adları dəyişdirilib. Yalnız 1948-1953-cü illər ərzində 150 minə yaxın azərbaycanlı indiki Ermənistan ərazisində öz tarixi torpaqlarından kütləvi surətdə və zorakılıqla deportasiya olunub. Bununla yanaşı, 1987-1991-ci illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından növbəti deportasiyası baş verib, nəticədə 250 mindən artıq azərbaycanlı Ermənistandan qovulub. Bütün bunları sübut edən tarixi və hüquqi sənədlər mövcuddur. Ayxan Hacızadənin bildirdiyi kimi, qeyd olunan faktlar Ermənistan tərəfinə yaxşı məlumdur. “Ermənistan XİN bu kimi uydurma təbliğat xarakterli məlumatlar yaymaqla tarixən Azərbaycanın dinc əhalisinə qarşı həyata keçirdiyi soyqırımı, etnik təmizləmə siyasətini, Xocalı şəhərində bir gecədə 613 mülki şəxsi vəhşicəsinə qətlə yetirdiyini, 30 ilə yaxın müddət ərzində bir milyondan çox azərbaycanlının fundamental hüquqlarını kobudcasına pozduqlarını gizlətmək məqsədini güdür”, - deyə Azərbaycan XİN-in rəsmisi vurğulayıb.
Ermənilər saxta təbliğatlarında həmçinin uydurma “Sumqayıt qırğınları”na da istinad edirlər. Aparılan istintaq Sumqayıt hadisələrinin təfərrüatlarını tam şəkildə üzə çıxarıb. Bununla bağlı internetdə hər kəsə açıq olan geniş məlumatlar var. Həmin hadisələr Ermənistan ərazisindən azərbaycanlıların deportasiyası və kütləvi şəkildə qətlə yetirilməsinə haqq qazandırmaq üçün ermənilərin özlərinin düşünüb hazırladıqları və Eduard Qriqoryan vasitəsilə icra olunan məkrli bir plan idi. “Bakı nefti və Azərbaycanın zənginliklərinin hesabına varlanan və qazandıqları vəsaitləri azərbaycanlıların qırğınına və tarixi abidələrinin məhvinə xərcləyən ermənilərin kompensasiya almaq hüququnun olduğunun iddia olunması isə absurd təfəkkürdən xəbər verir”, - deyə Ayxan Hacızadə bildirib.
Məğlub Ermənistan İkinci Qarabağ müharibəsindən əvvəlki ritorikasını təkrarlayır
Qərbi Azərbaycan İcmasınin yaydığı sənəddə bildirildiyi kimi, Ermənistan tərəfinin verdiyi bəyanatın tonu bu ölkənin İkinci Qarabağ müharibəsindən əvvəlki ritorikasını xatırladır. QAİ diqqəti hakimiyyət illəri Azərbaycan torpaqlarının işğalı və azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin böyük hissəsinin aparıldığı dövrə təsadüf edən Levon Ter-Petrosyanın prezident qismində 1993-cü ildə etdiyi və bu günlərdə mətbuatda yayılan məlum çıxışına diqqət çəkib. Həmin çıxışda səsləndirilən fikirər azərbaycanlılara qarşı etnik təmizləmənin Ermənistanın dövlət siyasəti olduğunu bir daha təsdiq edir. L.Ter-Petrosyan çıxışında Azərbaycan SSR-dən ermənilərin köçünün məhz Ermənistanın özü tərəfindən təşkil edildiyini də bildirib. Sitat: “Hərəkat vaxtında başlamasaydı, bu gün Azərbaycanda 500 min erməni qalacaqdı. Onlar fiziki cəhətdən məhv edilməsələr belə, bu, Ermənistanı diz çökdürmək üçün ən güclü rıçaq olardı. Onların əhəmiyyətli bir hissəsi, 300 mindən çox insan Ermənistanda sığınacaq tapdı. Bu da milli problem idi, hərəkatımız sayəsində həll olunan böyük miqyaslı problem”.
Əlavə şərhə ehtiyac yoxdur. Ermənistanın birinci prezidenti indiyədək gizli saxlanılan çıxışında məkrli planın detallarını açıq şəkildə etiraf edib. “Ermənistan hökuməti böhtan və nifrət dolu bəyanatlar vermək əvəzinə, irqçiliyinə və mono-etnik siyasətinə son verməli, Qərbi azərbaycanlıların qayıdışına şərait yaradaraq, oradakı multi-etnik mühiti bərpa etməlidir”, - deyə QAİ Ermənistan iqtidarına çağırış edib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Oktyabr 17:59

Sosial
20 Oktyabr 17:55

YAP xəbərləri
20 Oktyabr 17:51

Siyasət
20 Oktyabr 17:49

YAP xəbərləri
20 Oktyabr 17:31

YAP xəbərləri
20 Oktyabr 17:20

YAP xəbərləri
20 Oktyabr 17:07

YAP xəbərləri
20 Oktyabr 16:56

Siyasət
20 Oktyabr 16:50

YAP xəbərləri
20 Oktyabr 16:47

YAP xəbərləri
20 Oktyabr 16:45

Gündəm
20 Oktyabr 16:42

YAP xəbərləri
20 Oktyabr 16:20

YAP xəbərləri
20 Oktyabr 16:19

YAP xəbərləri
20 Oktyabr 15:50

YAP xəbərləri
20 Oktyabr 15:38

YAP xəbərləri
20 Oktyabr 15:33
Diaspor
20 Oktyabr 15:26

Sosial
20 Oktyabr 15:23
YAP xəbərləri
20 Oktyabr 15:21

YAP xəbərləri
20 Oktyabr 14:56

YAP xəbərləri
20 Oktyabr 14:52

Xəbər lenti
20 Oktyabr 14:31

YAP xəbərləri
20 Oktyabr 14:29

YAP xəbərləri
20 Oktyabr 13:56

Hadisə
20 Oktyabr 13:54

Sosial
20 Oktyabr 13:29

YAP xəbərləri
20 Oktyabr 13:28

Sosial
20 Oktyabr 13:27

Hadisə
20 Oktyabr 13:12

İqtisadiyyat
20 Oktyabr 13:09

İqtisadiyyat
20 Oktyabr 13:07

YAP xəbərləri
20 Oktyabr 12:54

Gündəm
20 Oktyabr 12:54

YAP xəbərləri
20 Oktyabr 12:25

Gündəm
20 Oktyabr 12:13

YAP xəbərləri
20 Oktyabr 11:52

YAP xəbərləri
20 Oktyabr 11:50

Sosial
20 Oktyabr 10:42

Dünya
20 Oktyabr 10:21

YAP xəbərləri
20 Oktyabr 09:53

Sosial
20 Oktyabr 09:47

Dünya
20 Oktyabr 09:14

Dünya
20 Oktyabr 08:42

Gündəm
20 Oktyabr 02:43

Dünya
19 Oktyabr 23:35

Dünya
19 Oktyabr 22:27

Siyasət
19 Oktyabr 21:39

İdman
19 Oktyabr 20:30

Sosial
19 Oktyabr 19:59

Sosial
19 Oktyabr 18:30

Sosial
19 Oktyabr 17:57

Dünya
19 Oktyabr 16:29

İqtisadiyyat
19 Oktyabr 15:34

Siyasət
19 Oktyabr 14:32

YAP xəbərləri
19 Oktyabr 13:29

Dünya
19 Oktyabr 13:25

Dünya
19 Oktyabr 12:30

Dünya
19 Oktyabr 11:41

Siyasət
19 Oktyabr 11:35

Dünya
19 Oktyabr 10:51

Dünya
19 Oktyabr 10:29

Dünya
19 Oktyabr 10:16

İdman
19 Oktyabr 09:50

Sosial
19 Oktyabr 09:21

İdman
19 Oktyabr 08:55

Siyasət
19 Oktyabr 08:17

Analitik
18 Oktyabr 22:22

Siyasət
18 Oktyabr 21:35

Dünya
18 Oktyabr 20:41
