Bakı birinci Avropa Oyunlarına ciddi hazırlaşır
04.05.2013 [10:36]
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva “Olimpiya kəndi”ndə aparılan hazırlıq işləri ilə tanış olub
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mayın 3-də “Olimpiya kəndi”ndə aparılan hazırlıq işləri ilə tanış olub.
Bakının Nizami rayonunda yerləşən, birinci Avropa Oyunlarının keçirilməsi zamanı istifadə olunacaq “Olimpiya kəndi” 382 min 397 kvadratmetr sahəni əhatə edir. Olimpiya kəndi Avropa Oyunlarının keçiriləcəyi əsas idman komplekslərinə - Olimpiya Stadionuna, Su İdmanı Növləri Mərkəzinə, Gimnastika Kompleksinə və Hava Limanına yaxın olmaqla yanaşı, şəhərin müxtəlif istiqamətlərinə gediş-gəlişin rahat və sərfəli olduğu bir ərazidə yerləşir. On üç yaşayış binası, yardımçı binalardan ibarət kompleksdə iki, üç və dörd otaqlı 1161 mənzil var. Burada, həmçinin elektrik yarımstansiyaları, qazanxana, yeraltı su anbarı, nasosxana, hər binanın maşın parkı mövcuddur. Kompleksdə 3520 otaqdan əlavə 42 min kvadratmetr sahəni əhatə edən dupleks evlərin salınması üçün də hazırlıq işləri görülüb.
Ərazidəki 1100 şagird yerlik yeni məktəb binası isə Bakı Avropa Oyunları Koordinasiya Komitəsinin fəaliyyəti üçün ayrılıb.
Xanım Mehriban Əliyevaya məlumat verilib ki, Koordinasiya Komitəsinin fəaliyyəti, burada çalışan yerli və beynəlxalq ekspertlər üçün bütün lazımi şərait yaradılıb. Binada müxtəlif toplantıların keçirilməsi üçün böyük və kiçik zallar, müxtəlif kabinələr var. Kompleksdə voleybol, basketbol meydançaları yaradılıb, qapalı üzgüçülük hovuzu, trenajor zalı inşa olunur. Həmçinin kütləvi informasiya vasitələri təmsilçilərinin fəaliyyəti də nəzərə alınıb. Bütünlükdə kompleksdəki hazırlıq işləri 2014-cü ilin sonunadək başa çatdırılacaq.
Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva yarışlar zamanı ölkəmizə gələcək idmançıların və nümayəndə heyətlərinin qalması üçün hazırlanan mənzillərdəki şəraitlə tanış olub.
Görülən işlərdən razılığını bildirən Mehriban xanım Əliyeva tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxMaraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15

