/ / Ağalar Vəliyev: Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində Azərbaycanın daxili və xarici siyasət istiqamətlərini bir daha açıqladı
Ağalar Vəliyev: Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində Azərbaycanın daxili və xarici siyasət istiqamətlərini bir daha açıqladı
09.01.2025 [15:25]
Son illərdə Azərbaycanda sosial-iqtisadi sahədə mühüm uğurlar əldə edilir. Azərbaycan vətəndaşlarının sosial rifah halı durmadan yüksəlir, qeyri-neft sektorunda inkişaf daimi xarakter alır, sənaye istehsalı artır, dövlət büdcəsi isə rekord həddə müəyyənləşdirilir. Ötən il Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib. Əlbəttə ki, bütün bunların təməlində uzun illər ərzində aparılan məqsədyönlü islahatlar, düşünülmüş siyasət dayanır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yerli telekanallara müsahibəsində ölkəmizin iqtisadi göstəriciləri ilə bağlı səsləndirdiyi rəqəmlər bunu bir daha təsdiqləyir.
Bu fikirləri mediaya açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev söyləyib.
Millət vəkili bildirib ki, dövlətimizin başçısının müsahibədə vurğuladığı kimi, artıq uzun illərdir aparılan məqsədyönlü islahatlar nəticəsində ölkəmizdə dayanıqlı iqtisadi inkişafa nail olunub və gələcək illərdə bu dinamika qorunub saxlanılacaq. Belə ki, keçən il ümumi daxili məhsul 4 faizdən, qeyri-neft sektoru 6 faizdən, qeyri-neft sənayesi isə 7 faizdən çox artıb.
Hazırda Azərbaycanın xarici borcu ümumi daxili məhsulun cəmi 7.2 faizini təşkil edir ki, bu sahədə ölkəmiz dünyada liderlər sırasındadır. Eyni zamanda, ötən il valyuta ehtiyatlarımız 5 milyard dollardan çox artaraq 72 milyard dollara çatıb. Valyuta ehtiyatlarımızın xarici borcu 14 dəfə üstələməsi, bu ilin dövlət büdcəsinin Azərbaycan tarixində ən böyük - rekord səviyyədə - büdcə xərcləri 41 milyard manatdan, icmal büdcənin isə 48 milyard manatdan çox olması ölkəmizin dayanıqlı maliyyə resurslarına malik olduğunu sübut edir.
Deputat qeyd edib ki, bu gün Azərbaycanın iqtisadi inkişafı ölkə vətəndaşlarının sosial rifah halının yaxşılaşmasına da səbəb olub. Təsadüfi deyil ki, bu ilin yanvarından minimum əməkhaqqı və pensiyanın məbləği artırılıb. Qarabağın, Şərqi Zəngəzurun bərpası və Böyük Qayıdış prosessi kimi nəhəng və yüksək maliyyə tələb edən çağırışla üz-üzə qalan Azərbaycanın vətəndaş rifahına bu qədər böyük diqqət ayırması dövlət siyasətinin mahiyyətini göstərir. Onu nümayiş etdirir ki, ölkəmizdə sosial və iqtisadi inkişaf paralel gedir.
Dövlətimizin başçısının müsahibəsində toxunduğu daha bir məsələyə - COP29-un təşkili məsələsinə münasibət bildirən parlamentari deyib ki, bu tədbirin uğurla keçirilməsi Azərbaycanın qətiyyətini və prinsipiallığını bir daha ortaya qoydu. Belə ki, uzun illər ərzində həllini gözləyən karbon bazarları ilə bağlı razılaşma məhz Bakıda öz həllini tapdı, COP-un əsas mövzularından biri olan maliyyələşmə məsələsi ilə bağlı əvvəl razılaşdırılmış rəqəm üç dəfə artırılaraq 300 milyard dollara çatdırıldı.
Əlbəttə ki, bu böyük nailiyyətdir. Özü də nəzərə alsaq ki, bu nailiyyət bəzi ölkələrin COP29-u boykot etmək çağırışı fonunda qazanıldı, o zaman bunun əhəmiyyəti daha da artmış olur. Bu, bir daha göstərir ki, Azərbaycan dövləti beynəlxalq aləmdə uğurlu, düzgün və məqsədyönlü iş aparır.
Xarici siyasətimizin əsas istiqamətləri baxımından cənab Prezidentin müsahibəsində vurğulanan məqamlara diqqət çəkən millət vəkili ölkəmizin beynəlxalq təşkilatlarda üzvlüyü, regional və qlobal proseslərə təsiri imkanlarından bəhs edərək bildirib ki, qardaş Türkiyənin dəstəyi ilə Azərbaycanın müsəlman dövlətlərini birləşdirən ən böyük təşkilat olan, onların iqtisadiyyatının 60 faizini təşkil edən D8-ə üzvlüyü ölkəmizin nüfuzunu, iqtisadi gücünü bir daha göstərir. Dünyada mövcud olan 60 müsəlman ölkəsi arasında ilk genişlənmədə məhz Azərbaycanın bu təşkilata üzv seçilməsi, həm də dövlətimizin və onun başçısına etimadın təzahürüdür.
Heç şübhəsiz ki, Azərbaycan bu təşkilatın işində də fəal iştirak edəcək və onun fəaliyyətinə töhfə verəcək. Çünki ölkəmiz bu gün Türk Dövlətləri Təşkilatının ən fəal üzvlərindən biridir, bir neçə il əvvəl dünyanın ən böyük ikinci təşkilatı olan Qoşulmama Hərəkatına uğurla sədrlik edib.
Milli Məclisin üzvü diqqətə çatdırıb ki, dövlət başçısının müxtəlif məsələlərə ölkəmiz tərəfindən adekvat cavabın verilməsi ilə bağlı dedikləri Azərbaycanın bu gün bölgədə və dünyada cərəyan edən hadisələrə təsir etmək iqtidarında olduğunu, müstəqil siyasət yürütdüyünü, hər bir ölkəyə və prosesə münasibətdə özünün baxışına malik olduğunu söyləməyə əsas verir.
Xarici siyasətlə bağlı cənab Prezidentin açıqlamaları həm də onu göstərir ki, bu gün ölkəmiz həm iqtisadi, həm hərbi güc, həm də siyasi müdriklik baxımından regionun əsas aktorudur, dünya ölkələri ilə qarşılıqlı faydalı münasibətlər qurmaqda maraqlıdır, eyni zamanda, dünya ölkələri bölgə ilə bağlı siyasətlərində rəsmi Bakının maraqlarını mütləq nəzərə almalıdırlar.
Qlobal və regional dəyişiklikləri, yeni realliqları və çağırışları ölçüb-biçməli olan Ermənistan dövlət başçımızın bu kontekstdəki tövsiyyələrinə və məsləhətlərinə qulaq asmalı, Azərbaycanın irəli sürdüyü sülh müqaviləsinin şərtlərini qəbul etməli və Zəngəzur dəhlizinin açılmasına şərait yaratmalıdır.
Çünki hazırda regionda yaranan vəziyyət bunu diktə edir. Azərbaycan gündən-günə güclənir, Şərq ilə Qərb arasında əvəzolunmaz halqaya, habelə bir çox beynəlxalq siyasi və iqtisadi təşkilatlarda aparıcı güvvəyə çevrilir. Eyni zamanda Avropanın enerji təhlükəsizliyinə, regional sabitliyə mühüm töhfələr verir. Bütün bunlar isə artan iqtisadi gücümüz sayəsində mümkün olur.
Dövlətimizin başçısının Qərbi azərbaycanlıların doğma yurdlarına təhlükəsiz şəkildə, ləyaqətlə qayıtmaqla bağlı fikirlərinə də toxunan Ağalar Vəliyev sonda vurğulayıb ki, soydaşlarımızın Qərbi Azərbaycana və Qərbi Zəngəzura yerləşəcəkləri vaxta qədər bu məsələnin gündəlikdən çıxarılmayacağı ilə bağlı bəyanat, heç şübhəsiz, bir daha Azərbaycan dövlətinin qətiyyətindən xəbər verir. Çünki dövlətimizin başçısının sözü ilə əməli üst-üstə düşür və inanırıq ki, Qərbi azərbaycanlılarla bağlı məsələdə də bu belə olacaq.
Xəbər lenti
Hamısına baxSosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30

