Milli Məclisin payız sessiyası başa çatıb
30.12.2024 [12:41]
Dekabrın 29-da Milli Məclisin payız sessiyasının son iclası keçirilib. İclasın gündəliyinə 10 məsələ daxil edilib. Əvvəlcə spiker Sahibə Qafarova bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması xalqımızın və dövlətimizin Konstitusiya dəyərlərinə və suverenlik prinsiplərinə sadiqliyini bir daha təsdiq edir. Onun sözlərinə görə, Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul edilmiş ilk Konstitusiyamız müasir Azərbaycanın hüquqi, demokratik və dünyəvi dövlət kimi formalaşmasında önəmli rol oynayıb.
“Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində və antiterror tədbirlərində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması xalqımızın və dövlətimizin həyatında müstəsna əhəmiyyətli hadisə olub. Bu hadisə həm də ölkəmizin bütün ərazisində Konstitusiyamızın hüquqi qüvvəsinin bərpasını təmin edib. İnamla söyləmək olar ki, “Konstitusiya və Suverenlik İli” milli dövlətçilik şüurunun daha da möhkəmlənməsinə töhfə verərək, ölkə vətəndaşlarının ümumi dəyərlər və gələcəyə birgə baxış əsasında daha sıx birləşməsinə kömək göstərəcək. Ölkəmiz tarixi mirasına, ötən dövrdə əldə etdiyi nailiyyətlərə əsaslanaraq qlobal çağırışlara cavab vermə əzmini nümayiş etdirəcək”, - deyə Milli Məclisin sədri qeyd edib.
Sonra millət vəkilləri cari məsələlərlə bağlı çıxış ediblər. Deputat Vüqar Bayramov bildirib ki, 2018-2024-cü illərdə Azərbaycanda müavinət və təqaüdlərdə 5 dəfə artım olub. Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” sərəncamla yeni sosial paketə start verilib. Paket ümumilikdə 3 milyon vətəndaşımızı əhatə edəcək. O cümlədən, 1,1 milyon vətəndaşın pensiyalarında artım olacaq. Bundan başqa, minimum əməkhaqqı yüksəldilməsi nəticəsində 700 mindən çox vətəndaşımızın maaşlarında artım baş verəcək. 2018-ci ilin əvvəlindən minimum əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyə qədər artıma nail olunub. Bu dinamika gələn il də davam edəcək.
Millət vəkili qeyd edib ki, 2025-ci ildə artımlar üçün əlavə olaraq 1,4 milyard manat ayrılacaq. Bu isə o deməkdir ki, 2018-ci ildən sonra dövlət başçısının göstərişi ilə reallaşdırılan sosial paketlərə 8.5 milyard manat əlavə vəsait ayrılır.
Parlamentin komitə sədri Siyavuş Novruzov isə çıxışında 2024-cü ilin xalqımız və dövlətimiz üçün əlamətdar il olduğunu bildirib. Onun sözlərinə görə, il ərzində prezident və parlament seçkiləri keçirilib, ölkəmizdə çoxsaylı beynəlxalq tədbirlər reallaşdırılıb.
Sonra gündəlikdəki məsələlər müzakirə olunub. İclasda “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə layihə birinci oxunuşda qəbul edilib. Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunmuş “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi BMT-nin Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması üzrə Komitəsinin 33-cü sessiyası çərçivəsində verilmiş tövsiyələrə uyğun hazırlanıb. Qanun layihəsinə əsasən, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununun 8.5-ci maddəsində “qanunsuz miqrantların saxlanılması” sözləri “müvafiq icra hakimiyyəti orqanının müvəqqəti yerləşdirmə” sözləri ilə əvəz edilir.
Millət vəkilləri iclasın gündəliyində olan digər qanu layihələrini də qəbul ediblər.Sonda Milli Məclisin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciəti qəbul edilib.
Həmçinin, Milli Məclis adından Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubları ünvanlanıb.
Parlamentin payız sessiyası Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
İqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25

